• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fiorentina” ardıcıl 2-ci dəfə finalda!

Konfrans Liqası

12-05-2024, 14:0

Çərşənbə günü və cümə axşamı Konfrans Liqasının (KL) cavab yarımfinal oyunları keçirildi.

“Football-plus.az” xəbər verir ki, ilk matçlarda sərfəli nəticələr əldə edən komandalar finala adladılar. Beləliklə, mayın 29-da Yunanıstanın Afina şəhərində keçiriləcək həlledici matçda “Fiorentina” ilə “Olimpiakos” qarşılaşacaq.

yarımfinal, cavab oyunları
Brügge - Fiorentina 1:1 (ilk oyun - 2:3)
Vanaken, 20 – Beltran, 85-p.
Brügge (Belçika): Minyole, Sabbe, Mexele, Ordonyes, De Kuyper, Odoi (Nusa, 86), Vanaken, Vetlesen (Sinkernaqel, 70), Skuras (Nilsen, 86), Tyaqo, Xutqla.
Fiorentina (İtaliya): Terraçano, Dodo, Martines, Milenkoviç, Biraqi, Mandraqora, Artur (Dunkan, 71), Kuame, N.Qonsales, Belotti (Nzola, 70), Beltran (Ranyeri, 90).

KL-in ötən mövsümünün finalçısı olan “Fiorentina” ardıcıl ikinci dəfə həlledici oyunda iştirak şansına malikdi. İtaliya klubu “Brügge” ilə ev oyununda çətinliklə olsa da, son dəqiqələrdə Nzolanın vurduğu qolla 3:2 hesabıyla qalib gəlmişdi. Son 32 ildə ilk dəfə avrokubokların yarımfinalına çıxan Belçika klubu hazırda Niki Hayenin başçılığı altında ölkə çempionluğu uğrunda mübarizəni davam etdirir. “Fiorentina” isə bütün diqqətini KL-ə yönəldib.

Bütün turnirlərdə keçirdiyi son 9 matçda 8 qələbə qazanan brüggelilər cavab oyunu ərzində topa bir qədər çox – 52 faiz nəzarət etsələr də, florensiyalılar digər statistik göstəricilərdə ev sahiblərini üstələdilər. Bircə faktı qeyd edək ki, Vinçentso İtalyanonun çalışdırdığı komanda qapıya zərbələr planında rəqibini 20:4 hesabıyla arxada qoydu. Amma hər iki komanda qapıya yalnız 2 dəqiq zərbə endirə bildi. Qapıçıların hərəyə bir dəfə seyv etməsi isə 1:1 hesabını qaçılmaz etdi. Brüggelilər 20-ci dəqiqədə Vanakenin zərbəsi ilə hesabı açandan sonra uzun müddət qalib durumunda oldular. Vaxt ötdükcə hücumları artıran qonaqlar istəyinə son dəqiqələrdə çatdılar. Kifayət qədər sərt və kobud axarda (türkiyəli hakim Xəlil Meler ümumilikdə 9 oyunçuya sarı, son dəqiqələrdə isə ev sahiblərinin oyunçusu Odoiyə qırmızı vərəqə göstərdi) keçən matçda Beltranın penalti ilə vurduğu qol “Fiorentina”nı ardıcıl ikinci dəfə finala çıxardı. Xatırladaq ki, İtalyanonun komandası bir il əvvəlki finalda “Vest Hem”ə 1:2 hesabıyla məğlub olmuşdu.

Olimpiakos - Aston Villa 2:0 (4:2)
Əl-Kaabi, 10; 79.
Olimpiakos (Yunanıstan): Tsolakis, Rodiney, Retsos, Karmu, Kini (Apostolopulos, 77), İborra (Andre Orta, 73), Fortunis, Podense (Masuras, 64), Şikinyo, Esse, Əl-Kaabi.
Aston Villa (İngiltərə): Martines, Keş (Kizler-Heyden, 86), Dieqo Karlos (Ayroqbunam, 65), Konsa, Torres, Din (Manro, 86), Beyli (Kellimen, 86), Makqinn, Duqlas Luis, Diabi (Duran, 58), Uotkins.

Hazırda İngiltərə premyer-liqasında 4-cü yerdə möhkəmlənən “Aston Villa”nın mayın 2-də öz meydanında “Olimpiakos”a 2:4 hesablı məğlubiyyəti çox gözlənilməz nəticə olmuşdu. İspaniyalı mütəxəssislərin ilk duelindən Xose Luis Mendilibar qalib çıxmışdı. Birmingemlilərin doğma “Villa Park”dakı uğursuzluğun əvəzini Pireydə çıxmaq ehtimalı az idi. Unay Emeri komandasının finala adlamaq üçün əlindən gələni edəcəyini bildirməklə yanaşı, bu vəzifənin reallaşmasının çox çətinləşdiyini də etiraf etmişdi.

Tarixində ilk dəfə qitə kuboklarının yarımfinalında oynayan “Olimpiakos” heç də zəif sayılmayan rəqibini Yunanıstanda da məğlub etdi. İlk dəqiqələr qonaqların üstünlüyü şəraitində keçsə də, hesabı ev sahibləri açdılar. İngiltərədə het-trik etməklə birmingemliləri şoka salan Əl-Kaabi 10-cu dəqiqədə Kininin ötürməsi ilə Martinesin qoruduğu qapıya yol tapdı. Qonaqlar qapısında erkən qol görməsinə baxmayaraq, ruhdan düşmədi və hücumları davam etdirdilər. Lakin “Aston Villa”nın oyunçuları hücumları məntiqi sonluğa çatdırmaqda çətinlik çəkirdilər. Mendilibarın komandası arxa xətdə sayıq oynamaqla yanaşı, əks-hücumlarda növbəti qolu vurmağa çalışırdı. Belə taktika 79-cu dəqiqədə də bəhrə verdi: Əl-Kaabi bu dəfə də qapıya yol tapdı. Bununla da “Olimpiakos”un tarixində ilk dəfə qitə kuboklarının finalına çıxması rəsmiləşdi. Xatırladaq ki, avrokuboklarda indiyədək finalda oynayan yeganə Yunanıstan komandası Çempionlar Kubokunun 1970/71 mövsümünün son oyununda “Ayaks”a uduzan (0:2) “Panatinaikos” olub. İngiltərə isə 2020-ci ildən sonra ilk dəfə qitə arenasında finalda təmsil olunmayacaq.

Bir il əvvəl “Sevilya”nı Avropa Liqasında qələbəyə daşıyan Mendilibar ardıcıl ikinci dəfə avrokubokda qalib gəlmək şansına malikdi. “Aston Villa”ya iki oyunda 5 qol vuran Əl-Kaabi “Olimpiakos”un tarixinə bir avrokubok mövsümündə 12 qol vuran ilk futbolçu kimi düşdü. 30 yaşlı mərakeşli hücumçu KL-in cari mövsümünün əsas mərhələsində 10 qolla bombardirlərin yarışına başçılıq edir. Maraq üçün Ayubun bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 46 oyunda 32 qol vurduğunu da bildirək.

Bombardirlər: Əl-Kaabi (Olimpiakos) - 10, Zahavi (Makkabi T-Ə) - 8, Petkoviç (Dinamo) - 7.

Oyundan sonra
Unay Emeri, “Aston Villa”nın baş məşqçisi:

“Avrokuboklara ötən mövsümün sonunda vəsiqə qazanmışdıq. Bu mövsüm qitə arenasındakı çıxışımızdan həzz aldıq. Amma beynəlxalq turnirdə qalib gəlmək çox çətindi. Komandamız inkişaf mərhələsindədi. “Olimpiakos” finalda oynamağa layiq idi. Evdəki ilk oyunda da məğlub olmuşduq. Bu mərhələdə rəqabətədavamlı komanda kimi görünə bilmədik. Matça yaxşı başlasaq da, qolu rəqib vurdu. Oyuna nəzarət etdik, lakin qapıya dəqiq zərbə endirə bilmədik. Konfrans Liqasındakı macəramız avrokuboklarda uzun fasilədən sonra çıxış edən “Aston Villa” üçün faydalı təcrübə oldu və biz Avropada gələn mövsüm də mübarizə aparacağıq. Əlbəttə, bir qədər məyusuq, amma bundan sonra sürətlə irəliləməliyik”.

Paylaş:
Digər xəbərlər

Konfrans Liqası

5-05-2024, 14:0

“Villa Park”da çox gözlənilməz nəticə

Konfrans Liqası

21-04-2024, 21:0

Yazıcının rekordu “Lill”ə bəs etmədi

Dünya futbolu

16-04-2024, 19:0

Uotkins Yorkun rekordunu təkrarladı

Dünya futbolu

7-04-2024, 18:0

“Atalanta” Florensiyadan yenə əliboş döndü

Dünya futbolu

28-04-2024, 17:0

“Atalanta”nın qisası yaman ağır oldu - TURUN İCMALI

Konfrans Liqası

12-03-2024, 21:0

Mahirin komandası 1/4 finala yaxınlaşdı

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • 11-08-2026, 21:0
    Parisdən Madridə yollandı
Daha çox
Oxunub: 320
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə