Konfrans Liqasında bu həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
“Football-plus.az” xəbər verir ki, UEFA-nın məlumatına görə, bu nominasiyada Ayub Əl-Kaabi qalib gəlib. Onun qələbə şansı yüksək idi. Belə ki, hücumçu “Olimpiakos”un finalda “Fiorentina”y 1:0 hesabı ilə qalib gəldiyi oyunda yeganə qolun müəllifi olmuşdu.
Həftənin ən yaxşı futbolçusunu azarkeşlər UEFA-nın saytında keçirilən səsvermə yolu ilə seçiblər. Əl-Kaabi bu ada digər namizədləri – oyundaşları Kostas Tsolakis və David Karmonu, həmçinin Pyetro Terraçanonu (Fiorentina) arxada qoyub. Əlavə edək ki, mərakeşli 11 qolla Konfrans Liqasında mövsümün ən yaxşı bombardiri də olub.
Konfrans Liqasında hamını qabaqladı
Konfrans Liqası





