“Zirə” klubu paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kollini heyətinə qatıb.
"Football-plus.az" xəbər verir ki, 32 yaşlı futbolçu ilə müqavilə cari mövsümün sonuna qədər olan müddəti əhatə edəcək.
Yarımmüdafiəçi ilə müqavilə müddətini uzatmaq hüququ da "Zirə"yə məxsusdu.
Qeyd edək ki, 2016/2017 mövsümündə "Zirə"nin şərəfini qoruyan futbolçu Azərbaycanda həmçinin “Şamaxı”, “Neftçi”, İtaliyada “Çezena”, “Pavia”, İspaniyada “Alaves”, Rumıniyada “Unversitad Krayova", Səudiyyə Ərəbistanında “Ohod” klublarında çıxış edib.