“Difai” 2-ci liqadan çəkiləcək?

8.06.2026 11:13 50
Ölkə futbolu / Aktual
1-ci liqanın son mövsümündə 10-cu yeri tutan “Difai” burdakı yerini itirdi. “Football-plus.az” bir neçə gün əvvəl Ağsu klubunun prezidenti Asəf Məlikovla əlaqə saxladıqda belə açıqlama eşitmişdi:

“İkinci liqada iştirakımız haqda hələ ki qərar verməmişik. Belə hakimlik, belə yanaşmalar varsa, davam etməyə dəyməz. Dekorlar dəyişir, artistlər dəyişir, səhnə dəyişmirsə, burda qalmağın xeyri varmı, yoxmu - aydınlaşdırılmalıdı. Klubun fəaliyyətini dayandırması ehtimalını da nəzərdən keçiririk".

Bir həftə sonra hansı qərara gəldiklərini öyrənmək istədik:

“Hələ ki yekun qərar yoxdu. Qəbul olununda xəbər verəcəyik”.

İSRAYIL XEYRULLAYEV