Şahmatçımız Şəhriyar Məmmədyarov Özbəkistanda keçirilən “UzChess Cup” ənənəvi beynəlxalq turnirə qələbə ilə start verib.
"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
Bildirilir ki, ən güclülərin yarışdığı “Masters” bölümündə ölkəni təmsil edən Məmmədyarov birinci turda Hindistan şahmatçısı Vidit Santoş Gujrathiyə qalib gəlib.
Yarışın “Challenge” bölməsində iki şahmatçımız – Eltac Səfərli və Məhəmməd Muradlı da çıxış edir. Onların yarışında birinci turun partiyaları bu gün oynanılacaq.
Altı ölkənin qatıldığı beynəlxalq turnirə iyunun 15-də yekun vurulacaq.