• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Əliabbas Rzazadə: “Astaradakı zalımız kiçik və şəraitsiz olsa da, həvəslə məşq edirdik” – LAYİHƏ

İdman / Layihə / Manşet

28-01-2024, 23:0

Bugünkü həmsöhbətimiz də cənub bölgəsindəndi. Əliabbas Rzazadə Astarada doğulub, orda güləşlə məşğul olmağa başlayıb.

Çəkdiyi zəhmətin bəhrəsi kimi Avropa çempionluğuna yüksəlib. Amma özü də deyir ki, hələ də özünü tam zirvədə hiss etmir...

- Əliabbas bəy, ilk sualda ənənəmizə sadiq qalaraq sizi oxucularımıza daha yaxından tanıtdırmağa çalışaq. Güləşə gəlişiniz necə oldu? İlk məşqçinizi və məşq etdiyiniz güləş məktəbini necə xatırlayırsız?
- Mən güləşlə məşğul olmağa səkkiz yaşımdan başlamışam. Astaraya rayonunda kiçik bir zalda güləşə doğru ilk addımlarımı atdım. Qonşuluqdakı həmyaşıdlarımın hamısı güləşlə məşğul olmağa gedirdi. Bu da məndə həvəs oyatdı. Beləcə güləşlə məşğul olmağa başladım. Astarada ilk müəllimim Tofiq Həmidov oldu. Tofiq müəllim Astaradakı kiçik zalda çox güləşçi yetişdirib. Mənlə yanaşı, Cəbrayıl Həsənov Tofiq Həmidovun yetişdirdiyi güləşçilərdəndi. Düzdü, zal kiçik, şəraitsiz idi. İndi də o vəziyyətdədi. Amma biz o zalda böyük həvəslə məşq edirdik. Tofiq müəllim biz astaralı gənclərə güləşi sevdirməkdə əvəzsiz rol oynayıb. Artıq 10 yaşım olanda məni Bakıya gətirdilər, Respublika Olimpiya İdman Liseyinə dəvət almışdım. Təhsilimi orda davam etdirməyə başladım.

Əliabbas Rzazadə: “Astaradakı zalımız kiçik və şəraitsiz olsa da, həvəslə məşq edirdik”


- Güləşi sizə sevdirən nə oldu? Sizcə, güləş başqa fərdi idman növlərindən hansı cəhətlərinə görə fərqlənir?
- 2008-ci ildə Cəbrayıl Həsənov İstanbulda - gənclər arasında dünya çempionu oldu. Biz də ona baxırdıq, həvəslənirdik. Özümü həvəsləndirirdim, güləşi daha çox sevirdim. Arzulayırdım ki, mən də onun kimi güləşim, uğurlar qazanım. Əsas məqsədim uğur qazanıb, bayrağımızı yüksəltmək, himnimizi səsləndirmək idi. Ən böyük arzularım güləşlə bağlı idi. Cəbrayıl Həsənovu da özümə kumir seçmişdim. Mən ona baxaraq güləşə getmişəm, bu idman növünü sevmişəm. Deyirdilər ki, sən də Cəbrayıl kimi güləşə, uğur qazana bilərsən. Düzdü, onun qədər uğur qazana bilməmişəm. Hazırda bizim güləş yığmamızın da baş məşqçisidi. Ondan öyrənəcəyimiz hələ çox şey var.



- Karyeranıza da nəzər salaq. Güləşçi kimi qazandığınız uğurlar hansılardı? Qarşıda hansı yarışlar, hansı hədəflər dayanır?
- Güləşçi kimi ilk uğurumu Astarada qazanmışam. Heç bir ay yox idi ki, məşqlərə başlamışdım. Rayon birinciliyi keçirilirdi. Astara çempionatında birinci oldum. Mənim üçün həm ilk, həm də unudulmaz uğur idi. Yeniyetmələr arasında da ara-sıra uğurlar qazandım. Gənclər arasında isə dəfələrlə Azərbaycan çempionu olmuşam. Avropa və dünya çempionatlarında mükafatlar qazanmışam. Əsas nəticə isə dünya birinciliyində qalib olmaq sayılır. Bildiyiniz kimi, mən ötən il Avropa çempionu adını qazandım. Amma dünya çempionatında gözlənilmədən məğlub oldum. Qarşıda bizi reytinq turniri gözləyir. Mənim üçün çox ciddi sınaqdı. Bu sınağa var qüvvəmlə hazırlaşıram. Ondan sonra da Avropa çempionatına qatılmalıyam. Apreldə Bakıda olimpiya təsnifat turniri keçiriləcək. Həmin yarışda 57 kiloqram çəki dərəcəsində qatılacam və Olimpiadaya vəsiqə qazanmağa çalışacam. Olimpiadada qızıl medal qazanmaq, himnimizi səsləndirib, bayrağımızı yüksəltmək mənim ən böyük arzumdu.



- Doğulduğunuz bölgədə, yəni Astarada hazırda güləşin vəziyyəti necədi? Yeniyetmələrin və gənclərin idmanla məşğul olması, sizin fəth etdiyiniz zirvələrə çatması üçün uyğun şərait varmı?
- Bizim bölgədə güləş çox sevilir. Cəbrayıl Həsənovun qazandığı nəticələr, mənim Avropa çempionu olmağım bunun göstəricisidi. Bundan sonra güləşə daha çox maraq yaranıb. İndi az qala iki ailədən birində uşaqlar güləşlə məşğul olur. Bu da həm güləşimiz, həm də bölgəmiz adına sevindirici haldı. Deyərdim ki, cənub zonasında ən çox bizim bölgədə güləşlə məşğul olurlar. Bizlə yanaşı, Əli Rəhimzadə də Astara rayonunundandı. Böyüklər arasında Azərbaycan çempionu olub. Musa Ağayev, Ramiq Heybətov kimi idmançılar var ki, onlardan da gələcəkdə böyük uğurlar gözlənilir. Əminliklə deyirəm ki, Astarada güləşə böyük maraq var. Gələcəkdə burda yeni Avropa və dünya çempionları, eləcə də olimpiya mükafatçıları yetişəcək. Rusiya güləş məktəbini misal gətirmək istəyirəm. Bir müddət əvvəl Şimali Osetiyada təlim-məşq toplanışına yollanmışdım. Ordakı şərait bizdən qat-qat üstündü. Düşünürəm ki, həmin şərait bizdə olsa, daha tanınmış və güclü güləşçilər çıxar. Bu baxımdan şəraitin zəif olduğunu qeyd etmək olar.



- İdmançı olmaq, güləşlə məşğul olmaq sizin üçün hansı çətinlikləri yaradıb?
- İdmançı olmaq hər bir insan üçün şərəfdi. Amma böyük idmançı olmaq çox çətindi. Milyonlar arasından bir nəfər çıxır. Həmin o bir nəfər olmaq üçün çox məşq etməlisən, gecəni gündüzünə qatmalısan. Hər nə qədər böyük idmançı olsan, bir zədə səni çətin vəziyyətə sala bilər, yaxud bir məğlubiyyətlə ruh düşkünlüyü yaranar. Çətinliklər hər sahədə var. Böyük idmançıların əksəriyyəti kasıb ailələrdən çıxıb. Mən də kasıb ailədən çıxmışam, maddi cəhətdən çətinliklər olub. Amma mənəvi cəhətdən heç vaxt özümü zəif hiss etməmişəm. Bakıya gəlmişəm, qalmağa yerim olmayıb, kirayələrdə qalmışam. Bir gün yemişəm, bir gün yeməmişəm. Bugünkü nəticələrə baxanda şükr edirəm. Tam zirvədə olmasam da, arxaya baxanda şükr etmək üçün xeyli əsasım var. Zəhmətimin bəhrəsini alıram, bundan sonra da daha səylə çalışacam.

AMAL ABUŞOV



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Layihə / Manşet

4-12-2022, 23:0

Ruzanna Məmmədova: “Ən çox Azərbaycan tarixi ilə bağlı kitablar oxuyuram” - LAYİHƏ

İdman / Manşet

18-04-2023, 22:0

Hacı Əliyev və Əliabbas Rzazadə Avropa çempionu oldu

İdman / Layihə / Manşet

6-08-2023, 23:0

Azər Hüseynov: “İndiki uşaqlar sanki hər yarışda qələbə qazanmaq istəyirlər” - LAYİHƏ

Layihə

27-11-2022, 23:0

“Atam istəyirdi ki, güləşlə məşğul olum, özümü müdafiə etməyi bacarım” – LAYİHƏ

Layihə / Manşet

9-07-2023, 23:0

“Gəncədə hər üç evdən birində güləşlə məşğul olan var” - LAYİHƏ

Aktual
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
“Mən istefa verməmişəm” - Firuz Abdulla və mətbuat katibi iclası gözləyir
Mezzotero asan qol vurdu, amma vurdu da!
Son xəbərlər
  • Bu gün, 11:50
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
  • Dünən, 23:21
    “Belqrano” sürpriz şəkildə çempion oldu!
  • Dünən, 22:45
    “Zirə” Anatoli Nuriyevlə yolları ayırdı
  • Dünən, 22:27
    “Liverpul”u bundan sonra İraola çalışdıracaq - yeni baş məşqçi ilə bağlı cəlbedici məqamlar nədi?
  • Dünən, 21:55
    “Qarabağ”ın hazırlıq planı bəlli oldu
  • Dünən, 21:40
    “Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
  • Dünən, 21:24
    Uğur Cahangirov "Şamaxı"da
  • Dünən, 21:15
    AFFA rəhbərliyi UEFA nümayəndəsi ilə görüş keçirdi
  • Dünən, 21:00
    Millimizin San Marinoya qarşı start heyəti
  • Dünən, 20:55
    U-21 millimiz Qırğızıstana uduzdu
  • Dünən, 20:45
    Azərbaycan boks tarixində ilk
  • Dünən, 20:21
    Yeni Zelandiyanın yeni “ulduzu” kimdi?
  • Dünən, 19:50
    U-20 millimiz ilk matçda qələbə qazandı
  • Dünən, 19:35
    U-17 millimiz Qazaxıstana yenə uduzdu
  • Dünən, 19:16
    “Palmeyras” “Flamenqo” ilə xal fərqini 7-yə çatdırdı - İCMAL
  • Dünən, 18:47
    Milli komandada zəruri dəyişiklik
  • Dünən, 18:13
    Kocaman bu ulduzun ''Fənərbaxça''da qalmasını istəyir
  • Dünən, 17:45
    “Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
  • Dünən, 17:09
    Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
  • Dünən, 16:53
    "Turan Tovuz" Şəhriyar Əliyevlə vidalaşdı
  • Dünən, 16:38
    Fransa təmsilçisi ''Trabzonspor''dan FİFA-ya şikayət etdi!
  • Dünən, 16:10
    Bu gün Lənkəranda güləş festivalı keçiriləcək
  • Dünən, 15:56
    "Şəfa" üç futbolçu ilə yolları ayırdı
  • Dünən, 15:27
    AFFA-nın təşkilatçılığı ilə keçirilən turnirə yekun vuruldu
  • Dünən, 15:05
    Ölkəmizdən Dünya Millətlər Kubokuna 13 boksçu qatılacaq
Daha çox
Oxunub: 724
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 258
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 165
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 161
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə