• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Azər Hüseynov: “İndiki uşaqlar sanki hər yarışda qələbə qazanmaq istəyirlər” - LAYİHƏ

İdman / Layihə / Manşet

6-08-2023, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Azər Hüseynov: “İndiki uşaqlar sanki hər yarışda qələbə qazanmaq istəyirlər”


Budəfəki müsahibimiz də yeniyetmə və gənclərə güləşin sirlərini öyrədən mütəxəssisdi. Düşünürük ki, Azərbaycan idmanı üçün çempionlar yetişdirən mütəxəssisləri daha yaxından tanımağa, onların fikirləri ilə tanış olmağa böyük ehtiyac var. Azər Hüseynov Binə qəsəbəsində güləşçilər yetişdirir, Azərbaycan idmanına töhfə verməyə çalışır. Onunla söhbətə adətimiz üzrə keçmişə körpü salmaqla, yəni güləşlə məşğul olmağa necə başlamasını soruşmaqla başladıq. Söhbətin davamında isə həm güləşimizin indiki vəziyyətinə, həm də hazırkı güləşçilərin problemlərinə toxunduq.



- Azər bəy, layihəmizin ənənəsinə uyğun olaraq sizə ilk sualı güləşə gəlişinizlə bağlı veririk. Keçmişə səyahət edək. Güləşə ilk addımlarınızı harda, kimin rəhbərliyi altında atmısız?
- Mənim üçün keçmişə səyahət etmək həmişə xoşdu. Çünki o günləri xatırlayanda həmin o xoş hissləri yenidən yaşamış oluram. 1978-ci ildə, Bakı şəhərində doğulmuşam. Daha dəqiq desəm, Xəzər rayonunun Binə qəsəbəsində. O vaxtlar uşaqların, yeniyetmələrin idmana böyük marağı vardı. Xüsusən də güləş kimi bizim milli idman növünə. Mən də 10 yaşımdan güləşlə məşğul olmağa başlamışam. “Neftçi” İdman Cəmiyyətində Əliqulu Həsənov ilk müəllimimiz idi. Məhz onun rəhbərliyi altında güləşə ilk addımlarımı atdım, bu idman növünün incəliklərini öyrənməyə başladım. Müxtəlif turnirlərin, respublika birinciliyinin qalibi olmuşam. Qazandığım belə mükafatların sayı çoxdu. Bu idman növünü seçməyim də səbəbsiz olmayıb. Qonşuluqda yaşayan məndən yaşca böyük uşaqlar güləş məşqlərinə gedirdilər. Mən də onlara dedim ki, sizlə getmək istəyirəm. Etiraz etmədilər. Bir neçə dəfə məşqlərə qatılandan sonra gördüm ki, güləşə bağlanıram, onu sevməyə başlayıram. Beləcə güləşlə daha böyük istəklə məşğul olmağa, yarışlara qatılmağa başladım.



- Bəs məşqçilik fəaliyyətinə necə başladız?
- 10 yaşımdan güləşlə məşğul olmağa necə başlamışamsa, o vaxtdan da elə idmanın içindəyəm. 1996-cı ildə İdman Akademiyasına qəbul olundum. 2000-ci ildə isə həmin akademiyanı bitirdim. Bundan üç il sonra isə “Təhsil” idman məktəbində məşqçiliyə başladım. O vaxtdan bəri də mənə doğma olan Binə qəsəbəsində məşqçi kimi fəaliyyətimə davam edirəm.



- Artıq bir mütəxəssis kimi bilik-bacarıqlarınızı yetirmələrinizə öyrədirsiz. Onların məşqlərə yanaşması sizi qane edirmi? Yetirmələrinizin hansı uğurlarını qeyd etmək istərdiz?
- Səmimi sözümdü ki, indiki uşaqlar məşqlərə çox ciddi, ürəklə yanaşırlar. Sanki hər yarışda qələbə qazanmaq istəyirlər. Bunun üçün səylə məşq edir, həvəslə öyrənirlər. 77 kiloqram çəki dərəcəsində Sənan Süleymanov böyüklər arasında Avropa çempionudu, dünya çempionatının isə gümüş medalını qazanıb. Bir yetirməm kimi onunla fəxr edirəm. Bir çox beynəlxalq yarışın qalibi adını qazanıb, bayrağımızı yüksəldib, himnimizi səsləndirib. Orxan Nuriyev isə gənclər arasında həm Avropa, həm də dünya çempionu olmağı bacarıb. Orxan da bir çox beynəlxalq turnirlərdə sözünü deyib. O cümlədən də İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Belə istedadlı, əzmkar idmançılarımızın sayı çoxdu. Gələcəkdə də belə idmançılarımızın bizi sevindirəcəyinə əminəm.



- Azər müəllim, sözsüz, zaman yerində dayanmır. Zaman keçdikcə həyatımızda müxtəlif yeniliklər görürük. Bu dəyişikliklərin güləşə təsiri necədi? Qaydalarda, yaxud da məşq prosesində hansısa yeniliklər olurmu?
- Qaydalarda zaman-zaman müəyyən dəyişikliklər olur. Bu barədə də Azərbaycan Güləş Federasiyası biz məşqçiləri müntəzəm məlumatlandırır. Prinsipcə ciddi dəyişikliklər olmur. Sadə dillə desəm, güləş elə həminki[/b] güləşdi. Amma yenə də müəyyən nüanslar olur ki, federasiyadan bizə məlumat gələn kimi onu nəzərə alırıq. Güləş öz axarı ilə gedir, bir qədər təkmilləşir. Əsasən də qaydalarda müəyyən yeniliklər baş verir. Fəndlər isə yerindədi. Tələbələrə qaydaları izah edərkən bu dəyişiklikləri onların nəzərinə çatdırırıq ki, yarışlarda bunu nəzərə alsınlar. Bu sahədə elə bir ciddi əngəlimiz yoxdu.



- Son sualım güləşimizin mövcud durumu, daha doğrusu, problemləri ilə bağlıdı. Bir məşqçi kimi sizi narahat edən hansısa problemlər varmı?
- Problemlər olsa belə, onlar qısa müddətdə həll edilir. Əminliklə demək olar ki, biz mütəxəssislər və idmançılar Azərbaycan Güləş Federasiyasının tam diqqət və qayğısıyla əhatə olunmuşuq. Bizim üçün gözəl şərait yaradılıb. Başda ölkə başçısı cənab İlham Əliyev olmaqda federasiya rəhbərliyinə buna görə minnətdarlığımı çatdırmaq istəyirəm. Çox şadam ki, belə şəraitimiz var. Bizə qalan isə bu şəraitdən yararlanmaq, gənc güləşçilərə bilik və bacarığımızı öyrətməkdi. Eyni məsuliyyət də bizim gənclərin üzərinə düşür. Onlar da yaradılan bu şəraiti dəyərləndirməlidilər. Bu gün Azərbaycanda güləşlə məşğul olmaq və püxtələşmək üçün yaxşı idman zalları, bacarıqlı mütəxəssislər var. Biz bir güləş ailəsi olaraq da bunun qarşılığını öz nəticələrimizlə verməyə çalışmalıyıq. Əminəm ki, belə də olacaq.

[b]İLKİN SULTANLI




Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Layihə / Manşet

30-07-2023, 23:0

Ruslan Şəmilov: “İdman zallarında təkcə güləşçi yox, vətənpərvər əsgərlər yetişdiririk” - LAYİHƏ

Layihə / Manşet

4-12-2022, 23:0

Ruzanna Məmmədova: “Ən çox Azərbaycan tarixi ilə bağlı kitablar oxuyuram” - LAYİHƏ

Layihə / Manşet

9-07-2023, 23:0

“Gəncədə hər üç evdən birində güləşlə məşğul olan var” - LAYİHƏ

Layihə

27-11-2022, 23:0

“Atam istəyirdi ki, güləşlə məşğul olum, özümü müdafiə etməyi bacarım” – LAYİHƏ

İdman / Layihə / Manşet

5-03-2023, 23:0

Sənan Süleymanov: “Sağlam həyat, sağlam gələcək üçün idmanla məşğul olmaq vacibdi” - LAYİHƏ

İdman / Layihə / Manşet

5-02-2023, 23:0

Həsrət Cəfərov: “Qalır yaradılan şəraitin qarşılığında məşq etmək, Azərbaycan üçün uğur qazanmaq” - LAYİHƏ

Aktual
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
“Mən istefa verməmişəm” - Firuz Abdulla və mətbuat katibi iclası gözləyir
Mezzotero asan qol vurdu, amma vurdu da!
Son xəbərlər
  • Bu gün, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Bu gün, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Bu gün, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Bu gün, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Bu gün, 11:50
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
  • Dünən, 23:21
    “Belqrano” sürpriz şəkildə çempion oldu!
  • Dünən, 22:45
    “Zirə” Anatoli Nuriyevlə yolları ayırdı
  • Dünən, 22:27
    “Liverpul”u bundan sonra İraola çalışdıracaq - yeni baş məşqçi ilə bağlı cəlbedici məqamlar nədi?
  • Dünən, 21:55
    “Qarabağ”ın hazırlıq planı bəlli oldu
  • Dünən, 21:40
    “Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
  • Dünən, 21:24
    Uğur Cahangirov "Şamaxı"da
  • Dünən, 21:15
    AFFA rəhbərliyi UEFA nümayəndəsi ilə görüş keçirdi
  • Dünən, 21:00
    Millimizin San Marinoya qarşı start heyəti
  • Dünən, 20:55
    U-21 millimiz Qırğızıstana uduzdu
  • Dünən, 20:45
    Azərbaycan boks tarixində ilk
  • Dünən, 20:21
    Yeni Zelandiyanın yeni “ulduzu” kimdi?
  • Dünən, 19:50
    U-20 millimiz ilk matçda qələbə qazandı
  • Dünən, 19:35
    U-17 millimiz Qazaxıstana yenə uduzdu
  • Dünən, 19:16
    “Palmeyras” “Flamenqo” ilə xal fərqini 7-yə çatdırdı - İCMAL
  • Dünən, 18:47
    Milli komandada zəruri dəyişiklik
  • Dünən, 18:13
    Kocaman bu ulduzun ''Fənərbaxça''da qalmasını istəyir
  • Dünən, 17:45
    “Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
  • Dünən, 17:09
    Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
  • Dünən, 16:53
    "Turan Tovuz" Şəhriyar Əliyevlə vidalaşdı
  • Dünən, 16:38
    Fransa təmsilçisi ''Trabzonspor''dan FİFA-ya şikayət etdi!
Daha çox
Oxunub: 725
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 259
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 171
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 161
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə