• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Gəncədə hər üç evdən birində güləşlə məşğul olan var” - LAYİHƏ

Layihə / Manşet

9-07-2023, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Azərbaycan idmanını güləşsiz təsəvvür etmək mümkünsüzdü. Güləşçilərimiz daim nüfuzlu beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil edir, vətənə medallarla dönürlər. Bugünkü müsahibimiz də belə idmançıların yetişməsində böyük rolu olan mütəxəssislərdən biridi.

"Football-plus.az" xəbər verir ki, Arzu Rəhimov Gəncədə yeniyetmə və gənclərə güləşin sirlərini öyrədir, Azərbaycan idmanı üçün gələcəyin çempionlarını yetişdirir.

- Arzu bəy, istərdim ki, sizi oxucularımıza daha yaxından tanıdaq. Güləşdə ilk addımlarınızı necə atdız, ilk məşqçinizi necə xatırlayırsız? Sizə güləşi sevdirən nə oldu?
- Məndə güləşə sevgi ailə bağlarından irəli gəlib. Özüm güləşçi ailəsində böyümüşəm. Atam Nadir Rəhimov Azərbaycanda tanınmış güləş məşqçilərindən olub. Onu çoxları “Lələ” ləqəbi ilə tanıyıb. Belə bir idmançı ailəsində doğulduğum üçün güləşi sevmişəm. Qardaşım da güləşçi idi. Özüm 1989-cu ildən 2001-ci ilə qədər güləşlə məşğul olmuşam. Yetərincə böyük müddətdi. Nadir Rəhimov kimi bir güləş mütəxəssisinin evində böyüdüyüm üçün güləşi sevməyə bilməzdim. Elə ilk məşqçim də atam olub, bu idman növünün sirlərini ondan öyrənmişəm.

- Məşqçiliyə başlamağa necə qərar verdiz?
- 2001-ci ildə hərbi xidmətdən qayıtdım və məşqçiliyə başlamağa qərar verdim. İdmançıları hazırlamaq üçün onlara gündə iki dəfə məşq keçirdik, səhər və axşam məşqlərində həvəslə çalışırdıq. 2004-cü ildən 2006-cı ilə qədər artıq yetirmələrim ilk uğurlarını qazanmağa başladılar.

“Gəncədə hər üç evdən birində güləşlə məşğul olan var”


Yetirmələrimə təkcə güləş fəndlərini öyrətmirdim, onlara cəsur olmağı, daim məşqlərə can yandırmağı öyrədirdim. Onlara cəsarət aşılayırdım. Elə buna görə də həmin uşaqlar çox qısa müddət sonra uğur qazanmağa başladılar. Özümün də məşqçiliyə böyük həvəsim var idi, atamdan öyrəndiklərimi güləşdə ilk addımlarını atan uşaqlarla böyük həvəslə paylaşırdım.



- Elə yetirmələriniz barədə danışardız. Onların hansı uğurları var?
- Sərxan Cəfərov, Tural Zeynalov kimi güləşçilərin adını qürurla çəkə bilərəm. Fazil Həsənov da böyüklər arasında mükafatçılar sırasına düşüb, beynəlxalq yarışlarda gümüş və bürünc medallar qazanıb. Ramiz Həsənov hazırda da böyük səylə məşqlərini davam etdirir, yarışlara qatılır, güləşməyə davam edir.



Murad Süleymanov adlı çox istedadlı güləşçimiz var. Yeniyetmələr arasında keçirilən yarışlarda dəfələrlə fərqlənib. Murad öz çəki dərəcəsində Azərbaycanda tanınmış idmançılardandı, gənclər arasında Avropa çempionatında gümüş medal qazanıb, onu finalda zorla uduzdurdular. 2015-ci ildə bu uğuru qazanıb. Növbəti il isə Avropa çempionu adını qazandı. Finalda rusiyalı tanınmış güləşçini məğlub etmişdu. Murad dünya kubokunun da mükafatçısıdı.

Ondan başqa Sadiq Hüseynov 2022-ci ildə yeniyetmələr arasında Avropa çempionudu, hazırda da yığma komandanın üzvüdü. Digər idmançılarımız da yığmanın heyətində məşq edir. İsa Yusibov da 15 yaşa qədər idmançılardan ibarət yığmaya dəvət alıb.



Perspektivli uşaqlarımız çoxdu. Qardaşımoğlu Rəvan keçən il 15 yaşadək güləşçilər arasında Avropa çempionu oldu. Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən qitə birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxdı, bayrağımızı ucaldıb, himnimizi səsləndirdi. Rəvan hazırda da məşqlərini davam etdirir. Bununla yanaşı, Tofiq Əliyevin adını çəkə bilərəm.



- Ümumiyyətlə, Gəncədə güləşə maraq hansı səviyyədədi? Yeniyetmələrin və gənclərin idmana olan marağı sizi qane edirmi?
- Gəncədə güləş, demək olar ki, ən populyar idman növlərindən biridi. Gənclərin çoxunda idmana maraq var. Buna bizim tanınmış idmançılarımızın çox olması da təsir edir. Toğrul Əsgərov, bilirsiz ki, olimpiya çempionudu. Yeniyetmələr də belə idmançılara baxır, güləşlə maraqlanır, onlar kimi olmağa çalışırlar. Biz əsasən yeniyetmələrlə və azyaşlılarla məşq edirik. Onların da güləşə marağı yüksək səviyyədədi.



Belə bir deyim vardı: “Hər evdən bir güləşçi”. İndi Gəncədə hər qapıdan olmasa da, üç evdən birində güləşçi çıxır. Valideynlər də güləşə maraq göstərir, övladlarını bu seçimdə dəstəkləyirlər. Fikrimcə, bu məqam da gələcək baxımından çox vacibdi.



- Son sualım idman və təhsil ilə bağlıdı. Bu iki amil bir-birinə mane olurmu? Təhsil idmançıların həyatında nə dərəcədə önəmlidi?
- Təhsil nəinki idmana, hər bir şəxsiyyətin formalaşmasına kömək olur, insanın inkişafına təkan verir. Savadlı idmançıyla məşq etmək də asandı. Çünki savadı olan idmançı güləşəndə də savadla güləşir, texniki fəndləri düzgün yerinə yetirir, taktikanı düzgün qurur. Bəli, müəyyən məqamlarda idmanla təhsilin toqquşması baş verir. Ölkə birinciliyində fərqlənən idmançılar yığmaya dəvət alır, davamlı keçirilən təlim-məşq toplanışlarına yollanır. Sözsüz, həmin müddətdə o idmançının təhsil aldığı məktəbə gəlməsi, dərslərdə iştirak etməsi də mümkün olmur. Belədə onun barəsində federasiyadan məktub gəlir, biz də onu idmançının təhsil aldığı məktəbə təqdim edirik ki, onu dərsdən yayınmış saymasınlar. Ondan sonra buraxılan dərslərin əvəzini ödəmək, proqramı mənimsəmək o idmançının üzərinə düşür. Bununla belə, şəxsi qənaətimdi ki, idmançı təhsildən yayınmamalıdı.

İLKİN SULTANLI




Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Layihə / Manşet

4-12-2022, 23:0

Ruzanna Məmmədova: “Ən çox Azərbaycan tarixi ilə bağlı kitablar oxuyuram” - LAYİHƏ

İdman / Layihə / Manşet

5-02-2023, 23:0

Həsrət Cəfərov: “Qalır yaradılan şəraitin qarşılığında məşq etmək, Azərbaycan üçün uğur qazanmaq” - LAYİHƏ

Layihə

27-11-2022, 23:0

“Atam istəyirdi ki, güləşlə məşğul olum, özümü müdafiə etməyi bacarım” – LAYİHƏ

Layihə / Manşet

19-02-2023, 23:0

Taleh Məmmədov: “Haqsızlıqlar məni daha da güclü etdi” - LAYİHƏ

Layihə / Manşet

31-07-2022, 23:0

Təhmasib İsayev: “Klublar idmançıları öz öhdəsinə götürməlidi ki, valideynlərə və federasiyaya yük düşməsin” - LAYİHƏ

Layihə / Manşet

14-08-2022, 22:0

Solmaz Adilova: “Valideynlərin dəstəyi qadın güləşçilərimiz üçün vacibdi” - LAYİHƏ

Aktual
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
Son xəbərlər
  • Bu gün, 17:06
    Fransaya qayıtmayacaq
  • Bu gün, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Bu gün, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Bu gün, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Bu gün, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
  • Bu gün, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Bu gün, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Bu gün, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Bu gün, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Bu gün, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Bu gün, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Bu gün, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Bu gün, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Bu gün, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Bu gün, 12:20
    Parisi tərk edəcək
  • Bu gün, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Bu gün, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Bu gün, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Bu gün, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
  • Bu gün, 11:00
    “Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı
  • Bu gün, 10:50
    CAS “Turan Tovuz”un şikayətini niyə təmin etmədi? – klubun əleyhinə işləyən səbəb üzə çıxdı!
  • Bu gün, 10:21
    Norveç, Argentina və Avstriya qələbə qazandı - DÇ səhəri
  • Bu gün, 10:08
    “Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
  • Bu gün, 09:45
    Azərbaycan ilk dəfə STEM Racing proqramına qoşuldu
  • Bu gün, 08:51
    “Avrokuboklarda iştirak etmək bizim üçün gözlənilməz oldu” - Rəşad Sadıqov
  • Bu gün, 08:11
    Avropa çempionlarının DÇ ilə bağlı uğursuz ənənəsi davam edir - Kabo Verdenin qapıçısı fenomenə çevrildi!
  • Bu gün, 01:02
    Fransa inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:59
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 23:51
    "Neftçi"nin yay hazırlıq planı - bir rəqib bəllidi
  • Dünən, 23:20
    Londondan Madridə yollanacaq
  • Dünən, 22:59
    “Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
  • Dünən, 22:49
    Samuel Lobato "Qarabağ"da
  • Dünən, 22:30
    "Sumqayıt" Hakan Sünalla yolları ayırdı
  • Dünən, 22:02
    Mourinyonun köməkçisi olacaq
  • Dünən, 21:31
    "Seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik" - Qurban Qurbanov
Daha çox
Oxunub: 280
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 266
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 234
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 232
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə