• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Gəncədə çalışan türkiyəli mütəxəssis: “Gənclərə inanmaq, onlara etimad göstərmək lazımdı” - LAYİHƏ

İdman / Layihə / Manşet

29-10-2023, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Son zamanlar Azərbaycan basketbolunda bir canlanma yaşanır. Ölkə çempionatında rəqabət yüksəlir ki, bunda da ölkəmizə gələn əcnəbi mütəxəssislərin və idmançıların böyük payı var. Həmin mütəxəssislərdən biri də qardaş Türkiyədən Gəncəyə dəvət olunan Bedri Meriçdi. Artıq bir aydan çoxdu ki, Bedri bəy “Gəncə” basketbol komandasının baş məşqçisi təyin edilib. Azərbaycandakı işi onun üçün də ilk xarici təcrübə olacaq. 41 yaşlı mütəxəssis indiyə qədər Türkiyədə “Anakaragücü” və “Böyük Anadolu” klublarında çalışıb. Maraqlı məqamdı ki, onun oğlu Derin Berköz 16 yaşlılardan ibarət Azərbaycan yığmasının üzvüdü. Bedri Meriçlə söhbətə ənənəvi olaraq ilkin tanışlıqdan başladıq.

- Bedri bəy, ilk sualımızda sizi oxucularımıza daha yaxından tanıtmaq istəyirik. Özünüz haqqında hansı məlumatları bizimle paylaşa bilərsiz? Basketbola gəlişiniz necə oldu? Bir idmançı və məşqçi kimi hansı uğurları qazanmısız?
- Mən basketbolla Türkiyənin paytaxtı Ankara şəhərində məşğul olmağa başlamışam. “Türk Telekom Ankara” komandasının bütün aşağı yaş qruplarında oynamışam. Bir növ deyə bilərəm ki, basketbola ilk addımlarımı bu klubda atmışam, bu oyunun sirlərini məhz orda öyrənmişəm. Peşəkar basketbolçu kimi də “Türk Telekom Ankara”nın formasını geyinmişəm, Türkiyənin birinci liqasında mübarizə aparmışıq. Ondan sonra Türkiyənin aşağı yaş qrupları üzrə milli komandalarında çıxış etmişəm. Bir çox turnirlərin qalibi olmuşam, çempionluqlar yaşamışam. Məşqçi kimi də ilk addımlarımı aşağı yaş qruplarında atmağa başlamışam. Ankaranın şəhər birinciliklərində qalib olmuşuq, Türkiyə səviyyəsində bir çox tunrilərdə medallar qazandıq, çempion olduq. Daha sonra A komandasında birinci liqada baş məşqçinin köməkçisi, ikinci liqada isə baş məşqçi kimi fəaliyyətim olub. Sevinirəm ki, keçmişə baxanda həm basketbolçu, həm də məşqçi kimi qazanılan bir çox uğurları görə bilirəm. Demək ki, boş yerə zəhmət çəkməmişəm. Bundan sonra da bu uğurun davamını gətirməyə çalışacam.

- “Gəncə”yə gəlişiniz necə baş verdi? İlk dəvət kimdən gəldi?
- Bu yerdə onu qeyd edim ki, mənim bundan əvvəl də Azərbaycan Basketbol Federasiyası ilə müəyyən əlaqələrim, danışıqlarım var idi. Ölkənizin basketbolunda gedən proseslərlə yaxından maraqlanırdım, burdakı inkişaf meyllərini diqqətdə saxlayırdım. Elə “Gəncə”yə gəlişimdə də federasiya ilə əlaqələrimin rolu oldu. Belə deyim, belə bir təşəbbüsü mənə basketbol federasiyasından bildirdilər, onlardan dəvət aldım. O təşəbbüslə də bura gəldim. İşimizə başlamışıq. Çalışırıq ki, “Gəncə”nin inkişafı, güclənməsi üçün biz də bilik və bacarığımızı əsirgəməyək.

Gəncədə çalışan türkiyəli mütəxəssis: “Gənclərə inanmaq, onlara etimad göstərmək lazımdı”


- İlk təəssüratlarınız necədi? Gəncənin və ümumilikdə Azərbaycan basketbolunun hazırkı vəziyyətini necə qiymətləndirirsiz?
- İlk təəssüratıma əsasən deyə bilərəm ki, inkişaf etdirməli olduğumuz çox tərəflər var. Çatışmayan cəhətlər, problemlər xeyli çoxdu. Bunu təəssüf hissiylə qeyd edirəm. Bu fikrim həm Gəncə basketboluna, həm də ümumilikdə Azərbaycan basketboluna aiddi. Gələr-gəlməz bu nüanslara diqqət etməyə, bəzi müşahidələr aparıb, nəticə çıxarmağa nail oldum. Xüsusiylə də bölgələrdə görüləcək işlər çoxdu. Problem varsa, onların həlli yolları da mövcuddu. Dayanmadan işləmək, inkişafı istəmək, ona çalışmaq lazımdı. Mümkünsüz heç nə yoxdu. Düşünürəm ki, bu görülən işlər öz nəticəsini verəcək, Azərbaycanda basketbolun inkişafına nail olacağıq.

- Bölgələrdə basketbolu inkişaf etdirməyimiz üçün nələr etməliyik? Ümumiyyətlə, bizim basketbolumuzun əsas problemləri hansılardı?
- Hər şey “alt yapı”dan, yəni aşağıdan başlayır. Əvvəlcə rəqabətə davamlı aşağı yaş komandaları olmalıdı. Ən başdan başlamalıyıq. U-10, U-12, U-14 və U-16 komandaları formalaşdırılmalı, onlar arasında çempionatlar keçirilməlidi. İlk başda hər bir bölgədə bu komandalar formalaşdırılmalı, çempionatlat təşkil olunmalıdı. Bununla həm kütləvilik təmin olunacaq, həm də azyaşlı basketbolçular rəqabətə öyrəşəcəklər. Az qala hər rayonun özünün daxili çempionatı keçirilməlidi, orda fərqlənənlər regional turnirlərə qatılmalıdılar. Ordan da Azərbaycan çempionatına güclü komandalar gəlməlidi. Sözsüz ki, bunu da təşkil etmək üçün yaxşı mütəxəssislərə ehtiyacımız var. Deməli, paralel olaraq məşqçiləri də yetişdirməliyik. Yaxşı mütəxəssislər olmalıdı ki, onlar da öz bildiklərini uşaqlara öyrətsinlər, onları düzgün yetişdirə bilsinlər. Daha bir vacib məqam da strukturla, idman zalları ilə bağlı olan problemdi. Açığı, basketbol zalları ilə bağlı da müəyyən problemlər görürəm. Onların da həllinə nail olmalıyıq. İnkişaf etmək istəyiriksə, bu məqamlar üzərində çalışmalıyıq.

- Son sualımız Türkiyə və Azərbaycan basketbolu barədədi. İki qardaş ölkənin basketbolunu necə müqayisə etmək olar? Hansı oxşar və fərqli cəhətlər var?
- Ortada çox ciddi bir reallıq var. Həmin reallıq da ondan ibarətdi ki, Türkiyə ilə Azərbaycan basketbolu arasında böyük bir fərq mövcuddu. Çünki Türkiyədə basketbol çox inkişaf edib. Artıq orta məktəblərdən uşaqlar basketbolla məşğul olmağa başlayırlar. Basketbolçu yetişdirilməsi sistemli aparılır. Təkcə peşəkar basketbol klubları idmançı yetişdirməklə məşğul deyil, xüsusi basketbol məktəbləri var. Demək olar ki, hər bir orta məktəbin özünün ayrıca basketbol zalı qapılarını uşaqların üzərinə açır. Fərqliliyi soruşursuzsa, ağlıma gələn ilk cavab budu. Azərbaycanda mənim gördüyüm qədəriylə basketbol zalları ilə bağlı problem yaşanır, zallar çatışmır. Azyaşlılar üçün nə qədər çox zal olsa, o qədər də çox uşaq basketbolla məşğul olub, yetişə bilərlər. İdmançılar özlərinə inanmalı, inkişaf etmək üçün çox çalışmalıdılar. Onlara inanmaq, etimad göstərmək lazımdı. Bunun üçün də onlara əsas komandanın heyətində yer verməyə, çempionat oyunlarına buraxmağa ehtiyac var. Türkiyədə ayrıca Gənclər Liqası da keçirilir. Onun oxşarı Azərbaycanda keçirilə bilər. İndilik gördüyüm fərqlər bunlardı.

İLKİN SULTANLI



Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Aktual / İdman

28-09-2023, 17:0

Meriç "Gəncə" ilə anlaşdı

İdman

18-08-2023, 12:0

“Gəncə”ni Levent Bedri Meriç çalışdıracaq - ÖZƏL

İdman

11-10-2023, 11:0

Bedri Meriç: “Döyüşkən komanda yaradacıq”

İdman

26-10-2023, 16:0

“Bura gəlməmiş ölkəniz haqda heç bir bilgim yox idi” – Los-Ancelesdən Gəncəyə

İdman / Manşet

12-09-2023, 18:0

“Gəncə” silkələnir: Meriç gəlir, rəhbərlikdə dəyişiklik olacaq

İdman

24-08-2023, 12:0

“Gəncə”nin taleyinə gələn həftə aydınlıq gələcək

Aktual
"Sabah"ın məğlub heyəti, qələbə həsrəti - "bayquşlar" ÇL-yə hazırdımı?
“Xızıroğlu” Xızır kimi yetişdi
Boqomolski coşdu – 10 oyunda 0 qol, 4 oyunda 4 qol!
Bakıda keçiriləcək dünya çempionatı ətrafında qalmaqal - Avropa Parlamentinin üzvləri FİFA prezidentinə müraciət etdi
İlahi Ədalət budu – sövdələşən yığmalardan 5-i evə yollandı!
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Son xəbərlər
  • Bu gün, 19:33
    ''Fənərbaxça'' Avstriyaya yollandı - DÇ-də iştirak edənlər də heyətdədi
  • Bu gün, 19:02
    İspaniya klubunu tərk etdi
  • Bu gün, 18:32
    "Qarabağ"dan 8-ci transfer
  • Bu gün, 18:01
    Parisi tərk edəcək
  • Bu gün, 17:30
    Florensiyanı tərk etdi
  • Bu gün, 17:00
    Kapitan daha bir il "Turan"da
  • Bu gün, 16:29
    "Zirə" afrikalı oyunçu transfer etdi
  • Bu gün, 15:58
    Paraqvay çirkli oyunu heç bir işə yaramadı - ''Əksinə biz onları əsəbləşdirdik''
  • Bu gün, 15:30
    ''Fənərbaxça'' bu transferi təkzib etdi
  • Bu gün, 14:59
    Cüdoçumuz Praqada "gümüş" qazandı
  • Bu gün, 14:27
    Madriddən Londona üz tutacaq
  • Bu gün, 13:56
    "Vestri"nin baş məşqçisi Qurban Qurbanovdan nə gizlədir? - xalları qurban verdi
  • Bu gün, 13:42
    İspaniyadan Niderlanda üz tutdu
  • Bu gün, 13:11
    Millimiz Albaniya ilə qarşılaşacaq
  • Bu gün, 12:43
    "Kəpəz"in daha bir rəqibi müəyyənləşdi
  • Bu gün, 12:27
    ''Beşiktaş'' gənc qürbətçini transfer etdi
  • Bu gün, 11:58
    "Sabah"ın məğlub heyəti, qələbə həsrəti - "bayquşlar" ÇL-yə hazırdımı?
  • Bu gün, 11:32
    Milandan Turinə yollana bilər
  • Bu gün, 11:00
    Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə!
  • Bu gün, 10:31
    Karyerasını başa vurdu
  • Bu gün, 10:00
    Tanınmış qapıçı daha bir il Türkiyədə oynayacaq
  • Dünən, 23:53
    “Xızıroğlu” Xızır kimi yetişdi
  • Dünən, 23:12
    "Qarabağ"dan 1-ci liqa klubuna keçdi
  • Dünən, 22:40
    "Turan Tovuz" yeni qapıçı transfer etdi
  • Dünən, 22:19
    İtaliya klubunu tərk etdi
  • Dünən, 21:48
    Boqomolski coşdu – 10 oyunda 0 qol, 4 oyunda 4 qol!
  • Dünən, 21:26
    Səbayıl "Uzgen"ə keçdi
  • Dünən, 21:12
    “Neftçi” yarımfinalda
  • Dünən, 20:43
    Sinenka da "İmişli"dən getdi
  • Dünən, 20:12
    Milli komandanı tərk etdi
  • Dünən, 19:41
    ''Trabzonspor''un yeni transferi Argentinaya vurduğu qoldan sonra nələr dedi?
  • Dünən, 19:10
    Matç zamanı silahlı insident baş verib - DÇ-nin QORXUSU
  • Dünən, 18:40
    ''Qalatasaray''ın hazırlıq oyunlarında rəqibləri bəlli oldu
  • Dünən, 18:00
    “Karvina” “Turan Tovuz”un taleyini yaşadı, “Qarabağ”ın yolu açıldı
  • Dünən, 17:30
    400-dən çox PUA müsadirə edilib - DÇ-nin FAKTI
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 263
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 242
Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
Oxunub: 162
“Kəpəz”də baş məşqçi karuseli - azarkeşlər Azər Məmmədovu istəmir, sədr isə...
Oxunub: 150
“Turan Tovuz” “Fənərbaxça” ilə nə vaxt qarşılaşacaq?
Oxunub: 139
Leandro Andrade bir aya yeni dil öyrənəcək - Azərbaycanı heç yada da salmadı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə