Hacı Əliyev və Əliabbas Rzazadə Avropa çempionu oldu

18.04.2023 22:15 300
İdman / Manşet
Sərbəst güləş üzrə Azərbaycan millisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında növbəti medallarını əldə edib.

"Football-plus.az" xəbər verir ki, komandanın lideri Hacı Əliyev qızıl medal qazanıb. O, 70 kq çəkinin finalında Bolqarıstan təmsilçisi Ramazan Ramazanovu məğlub edib - 10:3. Hacı bununla da, Avropa çempionatının dördqat qalibi olub.

57 kq çəkidə mübarizə aparan Əliabbas Rzazadə isə həlledici görüşdə türkiyəli Süleyman Atlı ilə üz-üzə gəlib. O, rəqibini vaxtından əvvəl 12:2 hesabı ilə məğlub edib. Bu, Rzazadənin ilk Avropa çempionluğudu.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul