• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Elxan Məmmədov bizə dedi ki, bu şərtlərə cavab vermək boş şeydi” - Lənkəran klublarıyla bağlı ŞOK!

Ölkə futbolu / Manşet

12-01-2024, 09:0

2023-cü ildə ölkə futbolunda müəyyən canlanma oldu. 1-ci liqa ilə əvəzedicilərin çempionatı ayrıldı, yeni və yarımpeşəkar 2-ci liqa təsis olundu.

Bununla belə, bir çox köklü klub və futbol ənənəsi olan rayon peşəkar liqalara buxarılmadı. Onlardan da biri Lənkəran təmsilçisidi. Cənub bölgəsinin liman şəhərinin futbol komandası uzun illərdi ofsaydda saxlanılmaqdadı. "Xəzər Lənkəran 42" Region Liqasının ötən mövsümündə uğurla çıxış etməsinə rəğmən, heç 2-ci liqaya da buraxılmadı və "Xəzər-Lənkəran", "Xan Lənkəran" kimi tarixə qovuşdu. İctimai fəal, bloger, demotiya.com saytının rəhbəri Cəmil Şirvanov Lənkəran təmsilçilərinə münasibətlə bağlı fikirlərini bizlə bölüşdü:

“Elxan Məmmədov bizə dedi ki, bu şərtlərə cavab vermək boş şeydi” - Lənkəran klublarıyla bağlı ŞOK!


"Uzun illərdi futbolumuzun inkişafından danışılır. Amma nədənsə köklü klubların həvəskar liqalardan daha üstün çempionatlara keçid etmələrinə imkan verilmir.

Masallının, Lənkəranın, Qazaxın və digər futbol ənənəsi olan bölgələrimizin komandalarına qarşı haqsızlıqlar hələ də davam etməkdədi. İllər əvvəl ölkə rəhbərliyinin təşəbbüsü ilə iş adamlarına müxtəlif güzəştlər verilməklə onlara şərait yaradıldı ki, klub yaradıb çempionatda iştirak etsinlər. Lakin onlar bu etimaddan sui-istifadə etdilər. Bir sözlə, futbolun inkişaf etdirilməsindən başqa hər işlə məşğul oldular. Sadəcə, bahalı əcnəbi futbolçular alıb klublarda oynatmaqla futbolun inkişaf etdirilməsi ilə bağlı görüntü yaratdılar. Bu həm də yerli futbolçuların əməkhaqqının və transfer qiymətinin fantastik şəkildə artmasına səbəb oldu. Bu klublardan biri də "Xəzər-Lənkəran" idi ki, Azərbaycan futbolunda tarix yazdı, titullar qazandı və rəng qatdı. Lakin futbol sistemində işin düzgün qurulmaması nəticəsində bütün bu tip klublar batdı, özləri ilə birlikdə ölkə çempionatı da batdı. “Xəzər Lənkəran”, “Karvan”, “Bakı”, “Turan” və başqa güclü klublar bü gün hardadı? Sistem problemi yaşayan futbol aləmi öz-özünə dağıldı, klubların çoxu da müxtəlif bəhanələrlə yoxa çıxdı. Ağızdolusu danışılan futbolun psevdo inkişafı sabun köpüyü kimi partlayıb yoxa çıxdı.

2018-ci ildə "Xan Lənkəran"ı təsis edib yenidən 1-ci liqaya, sonra isə güclülər dəstəsinə çıxmaq istəyirdik. Mən özüm də həmin komandanın idarə heyətində yer alanlardan idim. Çox çalışdıq ki, Lənkərana yenidən böyük futbolu qaytaraq. Üstəlik Azərbaycan futboluna klubun formalaşdırılması və idarəçiliyi baxımından yenilik gətirmək istədik. Amma müxtəlif bəhanələrlə buna imkan verilmədi. 1-ci liqada çıxış etmək üçün  bütün tələblərə cavab verən bir klub yaratmışdıq. Əsl xalq klubu. Azərbaycanın hər yerindən istedadlı gəncləri seçib komanda formalaşdırmışdıq. Hətta tələb olunan depozit məbləği də verməyə hazır idik. Amma Elxan Məmmədov bizə birbaşa dedi ki, bu şərtlərə cavab vermək boş şeydi, premyer-liqada və 1-ci liqada bəlli komandalar oynamalıdı, yeniləri cəlb etməyəcəyik. İcraiyyə Komitəsinin iclasında iki nəfər bu siyasətə qəti etiraz etsə də, qalan üzvlər Elxan müəllimin iradəsi qarşısında heç bir söz demədən onunla razılaşdılar.

Bizə təklif olundu ki, gedin Region Liqasında çıxış edin, çempion olsaz, sizi 1-ci - peşəkar liqaya buraxarıq. Futbol qaydalarını bildiyimiz üçün anlayırdıq ki, belə şey mümkün deyil. Həvəskar liqada çempion olan klubun peşəkar liqaya keçməsi heç bir qanunda nəzərdə tutulmayıb. Peşəkar liqada iştirakın qaydaları başqadı. Təbii ki, bizə verilən sözdə təminatın yalan olduğunu bilirdik. Zatən bizdə yola vermək üçün ən yaxşı ifadə "gedin Region Liqasında oynayın, sonrasına baxarıq"dı. Təbii ki, həvəskar liqada çıxış etmək istəmədik. Çünki bilirdik ki, həvəskar liqada bir mövsüm iştirak edib çempion olsaq da, mövsüm ərzində xərclədiyimiz pullar boşuna gedəcək, yenə də peşəkar liqaya buraxılmayacağıq. Fikrimizin doğru olduğunu sonrakı hadisələr də təsdiq etdi.

Bir çox komandalara da həmin vəd verilmişdi. Məsələn, "Uğur" ardıcıl iki il Region Liqasında çempion oldu, amma 1-ci liqaya buraxılmadı. "Neftçala" 1-ci liqada, səhv etmirəmsə, iki dəfə hamını qabaqlayıb 1-ci olmasına rəğmən, premyer-liqada yer almasına imkan vermədilər. Region Liqası faktiki bataqlıqdan başqa bir şey deyil və köklü klubları ora göndərməklə onları məhvə məhkum etdilər. Bu bir daha göstərir ki, ölkəmizdə futbolun inkişafına cavabdeh olan heç bir qurum müstəqil deyil, fəaliyyətini qanunlar əsasında yox, yuxarılardan hansısa şəxsin və ya şəxslərin göstərişi əsasında təşkil edirlər. Təəssüf ki, "Xəzər Lənkəran 42" də belə aqibətlə üz-üzə qaldı.

Düşünürəm ki, Lənkəran klublarına belə münasibətdə siyasi nüanslar da mövcuddu. Lənkəranda futbol matçları böyük bir kütləvi tədbir olur. Onun idarə edilməsi çox çətin və məsuliyyətli işdi. Fikrimcə, azarkeş dəstəyinin ölkədə görünməmiş səviyyədə olması bəzilərini qorxuya salır. Bu fikrimi əsaslandırmaq üçün bir faktı misal çəkmək kifayətdi. Lənkəran bazarı cəmi iki halda işləmir - Aşura günü və şəhərin komandasının ev oyunları olan gün. "Xəzər Lənkəran", "Xan Lənkəran", "Xəzər Lənkəran 42" mövcud olacağı təqdirdə lənkəranlılar stadiona axışacaqdı. Nəinki lənkəranlılar, bütün cənub regionunun futbol həvəskarları ev oyunları zamanı stadionda olur. Səfər oyunları zamanı Lənkərandan çıxan azarkeşlə dolu avtobus karvanları hələ də yaddaşlardadı. Lənkəran şəhər stadionu 15 min yerlikdi. Biletin ən aşağı qiyməti 1 manat olsa, bu 15 min manat edir. Yəni Lənkəran camaatı, sadəcə, bilet alıb, tribunaları doldurmaqla komandalarını ayaqda saxlaya bilir. Bu gün futbolumuza az-çox bələd olan hamı bilir ki, Lənkəranda böyük futbolun olmamasının səbəbi infrastruktur, maddiyyat, sponsor deyil, başqa problemlərdi. Bu problemin də yaxın zamanlarda aradan qalxacağı gözlənilmir".


ABDULLA İSMAYILOĞLU 

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

24-09-2023, 22:0

“Yeni yaradılan "Lənkəran"ın bizə heç bir aidiyyatı yoxdu”

Ölkə futbolu / Manşet

20-10-2022, 12:0

"Xəzər Lənkəran 42"nin rəhbəri bəlli oldu

Aktual

23-03-2022, 21:0

“Xan Lənkəran”ın prezidenti Mübariz Mənsimovu təbrik etdi

Ölkə futbolu / Manşet

29-06-2023, 16:0

"Xəzər Lənkəran 42" haqsızlıqla barışmır - AÇIQLAMA

Aktual
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
Son xəbərlər
  • Bu gün, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Bu gün, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Bu gün, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Bu gün, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Bu gün, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Bu gün, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Bu gün, 10:00
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Bu gün, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • Dünən, 23:55
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • Dünən, 23:32
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • Dünən, 23:01
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • Dünən, 22:06
    Qurban Qurbanov Ağdama səfər etdi
  • Dünən, 21:54
    "Şamaxı"da növbəti ayrılıq
  • Dünən, 21:50
    Sadıq Sadıqov dünyasını dəyişdi
  • Dünən, 21:30
    "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
  • Dünən, 20:00
    Millimiz Macarıstana uduzdu
  • Dünən, 19:32
    “Şəfa” yeni baş məşqçisini açıqladı
  • Dünən, 19:01
    Terim Türkiyənin DÇ-də şansları haqda nə dedi? - ''Bizim üçün sərhəd yoxdu''
  • Dünən, 18:10
    "Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
  • Dünən, 17:22
    ''Beşiktaş''ın yeni məşqçisi İstanbula gəldi
  • Dünən, 16:47
    Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
  • Dünən, 15:51
    ''Trabzonspor'' DÇ-də oynayacaq futbolçu aldı
  • Dünən, 15:05
    AFFA-da seminar keçirildi
  • Dünən, 14:14
    “Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
  • Dünən, 13:16
    Əziz Yıldırımın rəqibi ''bombaları partlatdı'' - Luis Suares, Merih Dəmirəl...
  • Dünən, 12:45
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:54
    UEFA ona ağır cəza kəsdi
  • Dünən, 11:23
    "Karvan-Yevlax"da növbəti ayrılıq
  • Dünən, 10:52
    “Real”dan ayrılacağını bəyan etdi
  • Dünən, 10:31
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Dünən, 10:00
    Vlahoviç hara gedir?
  • 4-06-2026, 23:0
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • 4-06-2026, 23:0
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • 4-06-2026, 22:0
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • 4-06-2026, 22:0
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
Daha çox
Oxunub: 618
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 226
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 224
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 212
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 203
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə