"Xəzər Lənkəran 42"nin rəhbəri bəlli oldu

20.10.2022 12:11 2 799
Ölkə futbolu / Manşet
Srağagün Region Liqasının püşkü atıldı. Xəbər verdiyimiz kimi, “Xəzər Lənkəran 42” Cənub regionunda çıxış edəcək.

Ötən sayımızda klubun himayədarının Mais Mənsimov olduğunu diqqətinizə çatdırmışdıq.

"Futbol+"in redaksiyasına məsələ ilə bağlı maraqlı informasiya daxil olub. Deyilənə görə, klubu Ağadadaş Həmidov çalışdıracaq. Təcrübəli mütəxəssis “Xəzər Lənkəran”ın sonuncu baş məşqçisi olub. İnformasiyanı dəqiqləşdirmək üçün onunla əlaqə saxladıq:

“Düzdü, klubun məşqçilər heyətində varam. Amma baş məşqçi mən deyiləm. Mən kluba kömək edəcəm. Ümid edirəm ki, hər şey istədiyimiz kimi olacaq”.


Sonradan redaksiyamıza “ağ-yaşıllar”la bağlı daha maraqlı informasiya daxil oldu. Sən demə, “Xəzər Lənkəran 42”nin prezidenti Höccət Hacıyev olacaq. Bu şəxs uzun müddət “Xəzər Lənkəran” stadionun direktoru olub. Xəbəri dəqiqləşdirmək ьзьn onunla əlaqə saxladıq. Höccət bəy məlumatı təsdiqləsə də, işinin çox olduğunu, yaxın günlərdə klub haqda ətraflı danışacağını söylədi.

İLKİN SULTANLI