Bilindiyi kimi, "köhlən atlar"ın aparıcı oyunçularından biri də Elvin Cəfərquliyevdi.
Görəsən, 23 yaşlı müdafiəçiyə də təklif varmı? Varsa, özü də komandadan ayrılmaq niyyətindədimi?
Elvin "football-plus.az"ın suallarını belə cavabladı:
"Bu məsələlərlə menecerim maraqlanır. Bu haqda belə danışığımız olmayıb. Hansısa ciddi təklif olsa, mənim də xəbərim olardı. Elə bir danışıq hələ ki yoxdu. Legioner həyatı? Əlbəttə, düşünürəm. Niyə də olmasın?! Burda ilk növbədə gərək komandam razı olsun. Sonra mənim razılığım gəlir. Ancaq indi bütün fikrim “Qarabağ”ladı".
KAMAL SƏFƏR






