• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Böyük şəhərin tək komandası”nın stadionunda cəhənnəm əzabı

Ölkə futbolu / Manşet

5-11-2023, 16:0

Gecəni rahat yatmasam da, dünən ruh yüksəkliyi ilə oyandım, yuyundum, idmanımı etdim, yeməyimi yedim.

Qarşıda Sumqayıt səfərim vardı. Axı böyük şəhərin tək komandası doğma publika önündə elitanın qələbələr sıralayan "Araz-Naxçıvan"ını qəbul edirdi. Bakıdan, daha dəqiqə desək, Yeni Yasamaldan “gənclik şəhəri”nə təxminən 90 dəqiqəlik vaxt sərf edib yetişdim. Əvvəlcə media nümayəndələrinin otağına daxil olub televizorda göstərilən "Qarabağ" -"Kəpəz" oyununu 10-15 dəqiqə izlədim. Hesab 7:1 idi. "Kapital Bank Arena"dakı matçın startına təxminən 17-18 dəqiqə qalırdı. Otağı tərk edərək tribunaya yollandım. Jurnalistlər üçün ayrılan lojaya yaxınlaşarkən 60+ yaşında bir dayı "burda oturmayın, yiyəsi var", - deyə xəbərdar etdi. Ona jurnalist olduğumu bildirərək xəbərdarlığına məhəl qoymadım. Adamın yaxından-uzaqda media nümayəndəsi və ya bu sektorla əlaqəli biri olmadığını anladım. Sorğu-suala başladı. Könülsüz, amma sərt cavablar verirdim. "Ağsaqqal" hələ də beynimi dəng edirdi. Bir az sola nəzər yetirərkən lojada jurnalistlərdən çox sıravi adamların əyləşdiyini gördüm. Demək olar ki, boş yer qalmamışdı.

Yanımda əyləşən harın dayıya “bura media sektorudu, ancaq akkreditasiyası olan jurnalistlər yer ala bilər” dedim.
Həmin "azarkeş" sözümə məhəl qoymadı. Bir qədər sonra özünü ARB-nin əməkdaşı kimi təqdim edən, boynunda akkreditə vərəqi olmayan iki nəfər də özünü yetirərək dayının saxladığı iki yerdə əyləşdi. Onlardan kim olduğunu soruşdum. Cavabında "qardaş, həmkarıq, narahat olma" eşitdim. Təxminən 5 dəqiqə sonra sport24.az saytının əməkdaşı Rəşad Qasımov gəlib yerini almaq istəsə də, gözünə boşluq dəymədi. Çətinliklə ortalarda bir yer tapıldı. Ardınca "apasport"un baş redaktoru Rasim Sultanzadə gəldi. Artıq lojada yer qalmamışdı. "Ağsaqqal"ın və özünü ARB əməkdaşı kimi sırıyanların qalxmaq fikri yox idi...

Yenidən üz tutdum "ağsaqqal"a ki, bəlkə jurnalistin yerindən qalxasız. Qayıt ki, məgər oralarda yer yoxdu? Artıq əsəbim tarıma çəkilmişdi, digər həmkarların da əsəbi son həddə idi. İşin dolaşıq olduğunu uzaqdan görən "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev özünü yetirdi. Təxminən 5-7 dəqiqə “ağsaqqal”a və özünü jurnalist kimi sırıyanlara nəyisə izah edib lojadan qaldırmağa çalışdı. Mətbuat katibinə və bizə dirəşənlər “əşşi, yer söhbəti edirsiz, gələn olsa, durarıq da", - deyə müqavimət göstərirdi.

Zaur Xudiyev qarşısındakıların sözeşitməz olduğunu anladıqdan sonra "səssiz-səmirsiz jurnalistlərin yerini tərk etmək niyyətiniz yoxdusa, polisin gücü ilə burdan qaldıracağıq" dedi. Bundan sonra jurnalistlərin yerini işğal edənlər miskin şəkildə çıxıb getdilər. Görüş maraqlı keçdi, sumqayıtlılar üstün oyunla Muxtar Respublika təmsilçisini məğlub etdi. Amma qarşıda daha bir tragikomediya ilə qarşılaşacaqdıq. 90 dəqiqə sonra mətbuat konfransı üçün otağa tələsərkən gördüyümüz mənzərəyə mat qaldıq.

Konfrans otağının stolunun üstünü şirniyyat qalıqları və içiboş su butulkaları "bəzəyirdi”. Bunu bizlər görüb etiraz etməsəydik, bir neçə dəqiqə sonra "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov bu rəzilliyi görəcəkdi. Qısa zaman ərzində Zaur Xudiyev özünün yetirməklə natəmizliyi aradan qaldırdı. Təbii ki, bu xoşagəlməz duruma görə həmkarımız Zauru zərrəcə qınamıram. Əksinə, hansısa məsuliyyətsiz şəxslərə görə 10 ilin jurnalisti durub stol təmizləməli deyil.

Görünür, yalnız futbolumuzda yox, həm də ona baxışımızda tənəzzül var. Yaşıl meydanda klubların, yığmanın inkişafını istəyiriksə, öncəliklə futbola düzgün baxışımız formalaşmalıdı. İnsanlara tribuna mədəniyyəti aşılanmalıdı.

ABDULLA İSMAYILOĞLU 

Paylaş:
Digər xəbərlər

1-ci liqa

15-03-2023, 15:0

"Araz Naxçıvan" "Zirə-2"yə qarşı - YENİLƏNİR

Premyer-liqa

15-08-2023, 17:0

“Dalğa Arena”da sensasiya, “Qarabağ”dan darmadağın - TURUN ŞƏRHİ

Premyer-liqa

19-09-2023, 23:0

“Qarabağ” “Zirə”nin əsas izləyicisi oldu – TURUN ŞƏRHİ

Premyer-liqa

14-07-2022, 21:0

Bölgə təmsilçilərinin duelində 5 qol

Premyer-liqa

6-09-2023, 16:0

Çempionluğa namizədlər hardadı?! - TURUN ŞƏRHİ

Aktual
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
“Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
“Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
“Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
Son xəbərlər
  • Bu gün, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • Dünən, 23:10
    MS-ni tərk edə bilər
  • Dünən, 22:40
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • Dünən, 22:19
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • Dünən, 21:59
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • Dünən, 21:28
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • Dünən, 21:17
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 21:00
    “Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
  • Dünən, 20:13
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 19:41
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    ''Qalatasaray''ın ulduzuna yenə təklif var
  • Dünən, 18:00
    “Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
  • Dünən, 17:39
    Muslera: ''Futbolun mənə bu qədər acı çəkdirəcəyini düşünməmişdim''
  • Dünən, 17:09
    ''Fənər''in bu futbolçusu İsmayıl Kartala lazım deyil
  • Dünən, 16:06
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 15:35
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:14
    ''Beşiktaş''la ''Fənər'' oyunçularını dəyişdirə bilərlər
  • Dünən, 14:53
    AFFA De Blekerlə vidalaşdı
  • Dünən, 14:22
    Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
  • Dünən, 13:51
    Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
  • Dünən, 13:20
    Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
  • Dünən, 12:59
    ''Fənər''in hər iki oyununun hakimi bəlli oldu
  • Dünən, 12:28
    Yığmamız Portuqaliya ilə qarşılaşacaq
  • Dünən, 11:57
    ''Qalatasaray'' sonda paraqvaylı ulduza yönəldi
  • Dünən, 11:36
    “Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
  • Dünən, 11:15
    Anatolinin adı iştirak ərizəsinə salınmadı
  • Dünən, 11:00
    “Qarabağ” Avropa Liqasından Konfrans Liqasına yollandı - REPORTAJ
  • Dünən, 10:53
    Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
  • Dünən, 10:36
    "Sabah"ın futbolçusu Ukrayna klubunda - RƏSMİ
  • Dünən, 10:15
    “Qarabağ”ın Kiyev “Dinamo”su ilə oyunlarının hakimləri
  • Dünən, 09:49
    ''Bavariya''nın fəxri prezidenti Oliseyə görə ''Real'' ilə məzələndi
  • Dünən, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Dünən, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
  • Dünən, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 155
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 154
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 141
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə