2022/23 mövsümü üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” bu gün növbəti yoxlama oyununu keçirib.
Football-plus.az xəbər verir ki, Aleksey Baqanın komandası “Kapital Bank Arena”nın ehtiyat meydançasında “Kəpəz”lə üz-üzə gəlib. "Kimyaçılar" rəqibini 3:2 hesabı ilə üstələyib. Oyunda “Sumqayıt”nın qollarını Vüsal İsgəndərli, Elşən Abdullayev və Araz Abdullayev vurub.
Bununla da, "Gənclik şəhəri" təmsilçisi yeni mövsümə hazırlığın birinci mərhələsini başa vurub. Komanda 1 günlük istirahətin ardından iyulun 16-da təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyənin Bolu şəhərinə yola düşəcək. 30 iyul tarixinədək davam edəcək toplanış müddətində Aleksey Baqanın yetirmələri 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi və oyunların keçiriləcəyi tarix barədə klubun rəsmi media hesabları tərəfindən məlumat veriləcək.