• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Erməni futbolçu mənə "Heydər Əliyevi vəzifədən çıxarsınlar, görərsiz başınıza nə oyun açacağıq" dedi" - Xankəndi "Qarabağ"ında çıxış etmiş sonuncu azərbaycanlı

Aktual

15-10-2023, 23:0

Bu gün prezident İlham Əliyev 100 illik münaqişəyə son qoydu. Ölkə başçısı Xankəndinə səfər edərək Azərbaycan bayrağını dalğalandırdı.

İctimaiyyətdə böyük sevinc yaşayır. Xalqımız bayram edir. Bu qələbə futbol sahəsinə də təsir edir. İndi bir çoxları təklif edir ki, iyunun 2-də oynanılacaq Azərbaycan Kubokun finalı Xankəndində keçirilsin. Əslində bunu dəyərləndirmək olar. Lakin bu, dövlətin ən ali qurumlarının verəcəyi qərardı.
Bir zamanlar Xankəndini təmsil edən “Qarabağ” adlı futbol klubu var idi. Təbii ki, həmin komandada azərbaycanlılar da top qovurdu.

Bir müddət öncə “Qarabağ”da çıxış etmiş Samir Ələkbərovla Xandəndindəki xatirələri ilə bağlı söhbətləşmişdik. Bu günkü tarixi hadisə münasibəti ilə həmin komandada top qovmuş sonuncu azərbaycanlı ilə əlaqə saxladıq. Söhbət Munis Abdullayevdən gedir. Hazırda hakim-inspektor olaraq fəaliyyət göstərən futbolçunu dinləyək:

“1986-cı il idi. “Neftçi”nin əvəzedici heyətində oynayırdım. Sankt-Peterburqda “Zenit”lə oyunda ayağımı sındırdılar. Hardasa 3 ay futboldan uzaq düşdüm. Sonra məsləhət etdilər ki, 2-ci dəstə komandalarının birində 6 ay təcrübə keçim. Ondan sonra yenidən “Neftçi”yə qayıtmalı idim. Həmin vaxt Xankəndini təmsil edən “Qarabağ” komandası məni istədi. Klubun rəhbəri Aleksey Balayan idi. O, mənim oyunumu görmüşdü. Komandaya dəvət etdi. Sonra baş məşqçi ilə görüşdük, danışdıq. Əsas heyətdə oynayacağımı dedilər. Beləcə Xankəndi təmsilçisi “Qarabağ”a transfer olundum. 1987-ci ildən başladım burda çıxış etməyə. Bizdə iki nəfər osetin var idi. Üç nəfər də Ermənistandan gəlmişdi. İkisi İrəvandan idi. “Ararat”da çıxış edirdilər. Digəri isə Eçmiədzindən idi. Qalanları da Xankəndindən olan ermənilər idi. Tək azərbaycanlı mən idim. Bir il öncə isə Samir Ələkbərov burda oynayırdı. Onun haqqında da yüksək fikirdə idilər. Hamı deyirdi ki, Samir burda çox yaxşı oyun sərgilədi. Sonradan mənim də oyunumu bəyəndilər. Bəlkə də Samirin də yadına gələr. Mənim vaxtımda əsas tribuna ilə üzbəüz iki sektorda ancaq azərbaycanlılar oturardılar. Hamısı da mənim oynuma baxmağa gəlirdilər. Xocalıdan, Şuşadan, elə Xankəndindən olan azərbaycanlılar həmişə stadionda olurdular.

"Erməni futbolçu mənə "Heydər Əliyevi vəzifədən çıxarsınlar, görərsiz başınıza nə oyun açacağıq" dedi" - Xankəndi "Qarabağ"ında çıxış etmiş sonuncu azərbaycanlı


Mən 1987-ci ilin iyul ayına kimi bu şəhərdə ermənilərdən hansısa soyuqluq hiss etməmişdim. Bu gün prezidentimizin çıxış etdiyi meydanın solunda park var. Orda azərbaycanlılar yığışırdı. İçində çayxana işləyirdi. Mən də hərdən orda otururdum. Orda bu söhbətlərlə bağlı ilk dəfə nəsə eşitdim. Bir azərbaycanlı var idi. Bizə dedi ki, ermənilər istəyir ki, Qarabağı ayıraraq Ermənistanla birləşdirsinlər. Mən də dedim ki, bu, necə ola bilər? Qarabağ Azərbaycanın mərkəzindədi. O da mənə dedi ki, siz bilmirsiz. Bununla bağlı işlər gedir. Mən ilk dəfə orda belə söhbəti eşitdim. 10 gün sonra yenidən çayxanaya gəldim. Həmin vaxt süd kombinatında işləyən azərbaycanlı var idi. Onu işdən çıxartmışdılar. Artıq azərbaycanlıları yavaş-yavaş təmizləməyə başlayırdılar. Buna yalandan diaqnoz qoymuşdular ki, qanında mikrob var. Həmin şəxs sonradan Moskvaya özünü yoxlatdırmağa getdi. Hər şey qaydasında idi. Yenidən işinə qayıtdı. Sonra ət kombinatında işləyən azərbaycanlı dedi ki, məni sıxışdırırlar. Belə-belə proseslər başladı.

Özümün başına da qəribə hadisə gəldi. 1987-ci ilin sentyabrında Sumqayıtda “Xəzər”lə oynayacaqdıq. Stadiona yaxın ərazidə mehmanxana var idi. Sumqayıtlılar oranı çox yaxşı tanıyır. İndi söküblər. Orda qalırdıq. Axşam yeməyindən sonra otaqdan çölə çıxdım. Heç kimi görə bilmədim. Həyəti filan gəzdim. Heç kim yoxdu. Qəribə idi. Sabah oyunumuz var, amma futbolçular ortalıqda yoxdu. Sonra bizdə çıxış edən mərkəz müdafiəçisi Varjan Babayan var idi. Qarabağ ermənisi idi. Mən çıxış edən müddətdə bir dəfə də olsun Azərbaycan dilində kəlmə kəsməmişdi. Gördüm ki, bütün futbolçular onun otağından çıxır. Mənimlə eyni otaqda Erik Xaçaturyan qalırdı. Bakı ermənisi idi. Əlimdən tutaraq dedi ki, gəl otağa. Soruşdum ki, nə olub? Heç nə demədi. Çox uzatdı, amma danışmadı. “Bütün komanda üzvləri ordadı, amma niyə yoxam?, - deyə soruşdum. Əl çəkmədim. Axırda məcbur olub dedi ki, otaqda kasetə qulaq asırdıq. Amma nəyə aid olduğunu söyləmədi. Dedi ki, nəyinə lazımdı? Axırda “taparam kaseti özün qulaq asarsan” dedi. Oyun oldu. 0:1 hesabı ilə uduzduq. Sonra gəldik Xankəndinə. Həmin kaseti Erikdən aldım. Qulaq asdım. Xışıltı səsləri gəlirdi. Səhralıq ərazi idi. Uşaqlar qışqırırdı. At səsləru gəlirdi. Yaşlı xanımlar nəsə danışırdılar. Axırda başa düşdüm ki, bu, guya ki, türklərin ermənilərə etdiyi soyqrımın səsyazmasıdı. Bu kaseti bütün Xankəndindəki ermənilərə paylamışdılar. Sonradan başa düşdüm ki, bunu “Xəzər”lə oyundan öncə oyunçulara motivasiya vermək üçün qulaq asdırırlar. Bu səbəbdən də məni otağa çağırmayıblar. Hələ ortalıqda heç nə olmayanda, 1987-ci ildə bu kasetləri bütün Xankəndi erməniləri arasında yaymışdılar ki, azərbaycanlılara qarşı nifrət yayılsın. 4-5 gün sonra komanda yoldaşlarımızla birgə oturmuşduq. Həmin o erməni Babayan mənə satışdı. Dedi ki, azərbaycanlılar kimi pis millət yoxdu. Bu da mənə təsir etdi. Üzündən bir dənə yumruq vurdum. Erikgil bizi ayırdılar. Bu zaman həmin erməni “Heydər Əliyevi vəzifədən çıxartsınlar, görərsiz başınıza nə oyun açacağıq” dedi. Həmin vaxt bu cümləni başa düşmədim. İllər keçəndən sonra başa düşdüm. Söhbət olmuşdum sentyabrda, oktyabrın 23-də Ulu Öndər Heydər Əliyevi vəzifədən çıxartdılar. 1988-ci ilin fevralın 13-də Xankəndində ilk mitinqlər başladı. Sonradan bu hadisəni xatırladım. Başa düşdüm ki, erməni bu sözü özündən demədi. Ya evində, ya qonaq gedəndə və ya başqa hardasa kimdənsən eşidərək bilib.

“Krunk” cəmiyyəti var idi. Qarabağdakı ermənilər üçün maddi yardım toplayırdılar. O vaxtı mən də öz maaşımdan əlavə pul alırdım. Hamıya vermirdilər. Əsas heyət üzvlərinə əlavə maaş verirdilər. Məni də yazmışdılar Xankəndindəki lampıçka zavoduna. Aylıq maaşı alırdım. Ora işə komanda yoldaşlarım dedilər ki, onsuz da maaş alırsan, mükafatlar da var. Qoy həmin pul yığılsın, mövsümün sonunda götürərsən. Məni bir sənəd verdilər. Hər dəfə gedirdim, ora peçat vururdular. Deyirdilər ki, maaşın köçdü hesabına. Mövsüm bitəndə gəldim pulumu almağa. Kassir dedi ki, hesabında pul yoxdu. Mən də dedim ki, 1 ildi adım burda gedir. Hər dəfə gəlib qol çəkirəm. O da bildirdi ki, sənin pulum köçüb “Krunk” cəmiyyətinə. Mən heç belə bir qurumun olduğunu bilmirdim. Mənim razılığım olmadan belə şey etmişdilər. Gördüm ki, danışmaqla heç nə olan deyil. Qayıtdım bazaya. Komandanın baş məşqçisi Mikael Mkrtiçev idi. Ona baş verənləri nəql etdim. Mənimlə arası yaxşı idi. Dedi ki, narahat olma. Zəng etdilər zavodun direktoruna. O da kassirə tapşırdı. Axırda gedib pulumu aldım. Təsəvvür edin ki, nə qədər azərbaycanlının belə pulunu mənibsəyiblər”.




Munis Abdullayev sosial şəbəkələrdə yayılan Azərbaycan Kubokunun finalının Xankəndində keçirilməsi iddiasını dəstəklədiyini də dilə gətirdi:

“Bu gün çox sevincli gündü. Cənab prezidentimiz bayrağımızı Xankəndində dalğalandırdı. Mən inanıram ki, kubokun finalı da orda keçiriləcək. Bu tək mənim ürəyimdən keçmir. Bütün futbol ictimaiyyətinin istəyi belədi. Amma nə zaman keçirilməsi mənim verəcəyim qərar deyil. Amma belə fikri dəstəkləyirəm. Onsuz da nə zamansa bu reallaşacaq”.


Hakim-inspektor Xankəndində futbol klubu yaradılması haqda da danışdı:

“Bu işləri zaman göstərəcək. Azərbaycanlılar orda yaxşı akademiyada da yaradacaq. Futbol klubu da fəaliyyət göstərəcək. Orda erməni var ki, futbol da oynasın (gülür). Xankəndində əla stadion var. Çox gözəl bazası da var. Ərazi də möhtəşəm yerdədi. İnşallah, hər şey əla olacaq”.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

21-09-2023, 16:0

Samir Ələkbərov: “Xankəndində özüm komanda yaradacam, baş məşqçi də...” - AÇIQLAMA

Ölkə futbolu / Manşet

23-09-2023, 15:0

Bundesliqada top qovan iki azərbaycanlı yığmaya dəvət olunmur

Aktual
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
“Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
"İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
Son xəbərlər
  • Dünən, 23:57
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • Dünən, 23:37
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
  • Dünən, 23:05
    ''Qalatasaray'' evdə uduzdu
  • Dünən, 22:33
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 22:00
    Ederson iddiaları təkzib etsə də...
  • Dünən, 21:38
    “Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
  • Dünən, 21:00
    Namiq Ələsgərov "Kəpəz"də
  • Dünən, 19:47
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 19:16
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 18:45
    "Sabah azarkeşlərimizin köməyi və dəstəyi ilə mərhələ keçəcəyik" – Valdas Dambrauskas söz verdi
  • Dünən, 18:36
    “Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
  • Dünən, 18:00
    Şimali Amerikaya yollandı
  • Dünən, 17:32
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:00
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 16:30
    Boyan Letiç "Araz-Naxçıvan"da
  • Dünən, 16:00
    ''UltrAslan''ın lideri saxlanıldı!
  • Dünən, 15:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Dünən, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Dünən, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Dünən, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
  • Dünən, 13:08
    “Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
  • Dünən, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Dünən, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Dünən, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Dünən, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Dünən, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Dünən, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 06:28
    Cəlalın komandası qalib gəldi
  • 9-08-2026, 23:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 9-08-2026, 22:0
    Romadan Milana üz tuta bilər
  • 9-08-2026, 22:0
    "Səbail" 4 legioner transfer etdi
  • 9-08-2026, 21:0
    Klubu ilə yenidən anlaşdı
  • 9-08-2026, 21:0
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • 9-08-2026, 20:0
    Rahil Məmmədov "Turan Tovuz"da
Daha çox
Oxunub: 274
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 128
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 100
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə