“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, bu vəzifəyə Cavid Hüseynov təyin edilib. Mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Cavid Hüseynov məşqçi kimi “Şamaxı”da fəaliyyətə başlayıb. “Cəbrayıl” və “Turan Tovuz”da da çalışan 38 yaşlı mütəxəssis bir müddət “Səbail”in də baş məşqçisi olub.