"Zirə" kapitanı Qismət Alıyevlə müqavilənin müddətini uzadıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.
Qismət Alıyev 2020-ci ildən "Zirə"də oynayır.
Xatırladaq ki, paytaxt təmsilçisi bunadək Eren Aydınla, Davit Volkov, Aydın Bayramov, Elçin Əlicanov və Enrike Kustodio ilə də müqavilənin müddətini uzadıb.
Kapitan daha iki il "Zirə"də
Ölkə futbolu






