CAS-ın "Turan Tovuz"la bağlı qərarı açıqlandı - SON DƏQİQƏ

15.06.2026 23:25
Ölkə futbolu
İdman Arbitraj Məhkəməsi (CAS) "Turan Tovuz"un müraciəti ilə bağlı qərarını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, qurum UEFA Appelyasiya Orqanının klub haqqında 2 iyun tarixində verdiyi qərarı qüvvədə saxlayıb.

Bu barədə "bozqurd"un mətbuat xidməti məlumat yayıb:

"15 iyun tarixində verilən qərara əsasən bütün idman prinsiplərinə riayət edərək vəsiqə qazandığımız Konfrans Liqasının 2025/26 mövsümündə iştirak etməyəcəyik"