"Sabah"ın potensial rəqiblərinin sayı azaldı

16.06.2026 11:36 21
Avrokuboklar
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində mübarizəyə başlayacaq “Sabah”ın potensial rəqib say azalıb.

"Football-plus.az" UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, bu say 14-dən 7-ə düşüb. Sizi "bayquşlar"ın potensial rəqiblərinin adlarıyla tanış edirik.

Şemrok Rovers (İrlandiya)
KuPS (Finlandiya)
Linkoln Red İmps (Cəbəllütariq)
Riqa (Latviya)
Flora (Estoniya)
Larn (Şimali İrlandiya)
TNS (Uels)