Futbol üzrə 23-cü dünya çempionatı davam edir.
“Football-plus.az” xəbər verir ki, gecə H qrupunun İspaniya – Kabo Verde oyunu ilə başlayıb. Məhz bu oyunda hələ ki turnirin ən böyük sensasiyası qeydə alınıb. Avropa çempionu DÇ-nin debütantının müqavimətini qıra bilməyib.
İspaniya – Kabo Verde 0:0
Bakı vaxtı ilə 23.00-da G qrupunun Belçika – Misir oyunu start götürüb. Hazırda həmin oyunda hesab bərabərdi.
Belçika - Misir 1:1
Məhəmməd Hani, 66-öz qapısına - Emam Aşur, 19.
Gecə saat 2-də H qrupunun Səudiyyə Ərəbistanı – Uruqvay, səhər saat 5-də G qrupunun İran - Yeni Zelandiya oyunu start götürəcək.
Avropa çempionu debütantla bacarmadı, Belçika - Misir oyununda heç-heçə - DÇ gecəsi
Dünya futbolu / DÇ 2026





