"Şəfa"da növbəti müqavilə

16.06.2026 13:18 12
Ölkə futbolu
“Şəfa” futbolçusu Elnur Cəfərov ilə müqavilə müddətini uzadıb.

"Football-plus.az" xəbər verir ki, 29 yaşlı vinger ilə 1 illik müqavilə imzalanıb.

Elnur Cəfərov 2025-ci ilin yanvarından “Şəfa”da çıxış edir. O, iki mövsüm ərzində premyer-liqaya yüksələn komandanın aparıcı üzvlərindən biri olub.

"Şəfa" bunadək Tərlan Quliyevlə də müqaviləni uzadıb.