"Şəfa" üç futbolçunu yola saldı

15.06.2026 22:21 23
Ölkə futbolu
"Şəfa" daha üç futbolçu ilə yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, müdafiəçi Seymur Rəhimov, yarımmüdafiəçi Elvin İsmayılov və hücumçu İbrahim Əliyevin “Şəfa” ilə müqavilələrinin müddəti başa çatıb.

Xatırladaq ki, "Şəfa" Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov və Amir Ebrahimzadeda ilə də vidalaşıb.