Dünyanın ən nüfuzlu basketbol çempionatı da Amerikadadı, hokkey çempionatı da! Təbii ki, bu idman növləri ilə yaxından maraqlananlar səslənən fikirlə mübahisə etməz.
Dünən MBA-da çempionluq uğrunda mübarizə bitdi. “Nyu-York” səfərdə “San-Antonio”nu 94:90 hesabıyla məğlub etdi və seriyadan qələbə ilə ayrıldı – 4:1. “Nyu-York” tarixində 3-cü, 1973-cü ildən bəri isə ilk dəfə MBA çempionu oldu. ABŞ prezidenti Donald Tramp da qələbə münasibəti ilə adı çəkilən komandanı təbrik etdi.
Bu gün isə MHL-də final seriyasına son qoyuldu. Xatırladaq ki, Stenli kuboku uğrunda “Veqas”la “Karolina” mübarizə aparırdı. “Karolina” seriyanı 6-cı oyunda bitirdi – 4:2. “Karolina” tarixində 2-ci, son 20 ildə ilk dəfə Stenli kubokunu qazandı.