• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Messi və Ronaldo üçün 6-cı DÇ, Mbappe üçün Klozeni ötmək imkanı

Dünya futbolu / DÇ 2026

Bu gün, 21:37

Dünya çempionatının futbol tarixinə ən böyük hadisələrdən biri kimi düşmək şansı var. Dünya futbolunun bir çox əfsanəsi ilə vidalaşacaq, həmçinin bəzi gənc superulduzları ilk dəfə planetin ən böyük turnirində görəcəyik.

Bu turniri xüsusi edəcək məqamlardan biri də birdən-birə xeyli rekordun yenilənmək ehtimaldı. Bunlardan bəziləri onillərdi yaşayır. Amma DÇ-2026-da “ömrünü tapşıracaq”.

Messi və Mbappe DÇ tarixinin bombardiri ola bilər
Hazırda rekord məşhur almaniyalı hücumçu Miroslav Klozeyə məxsusdu. O, yığmasının zəfəri ilə əlamətdar olan DÇ-2014 qarşışıq dörd turnirdə 16 qol vurub. Bu yay Lionel Messi və Kilian Mbappe Klozeni ötə bilər: argentinalının hesabında 13, fransalının hesabında 12 qol var. Turnirin 48 komandaya qədər genişləndirilməsi və pley-offa daha bir mərhələnin əlavə olunması üzündən iştirakçılar 7 yox, 8 oyun keçirə bilər. Bu məqa tarixi rəqənləri yeniləmək uğrunda mübarizəni asanlaşdıracaq.

Mbappeyə gəlincə, fransalı ulduz bu mundialda Klozeyə çata bilməsə belə, minimum bir imkanı da olacaq. Kilianın yalnız 27 yaşı var, deməli, nəinki rekordu yeniləyə, hətta izləyicilərindən ciddi şəkildə uzaqlaşa da bilər. Messi isə sonuncu mundialına qatılıb. Leo Miroslavı keçsə də, rekordu gec-tez qırılacaq, ancaq məhz bu mundialda tarixi yeniləmək imkanı var.

Messi və Ronaldo 6-cı dəfə DÇ-də oynayacaq
Messi və Ronaldo tarixə 6-cı dəfə DÇ-də oynayacaq ilk futbolçular kimi düşəcək. Lionellə Kriştiano mundialda ilk dəfə 2006-cı ildə görünüb. Üstündən 20 il ötəndən sonra onlar yenə belə imkan qazanıb. Çox güman, hər biri sonuncu dəfə... Beləcə hər biri Lotar Matteusu və meksikalı əfsanələri – Antonio Karbaxal, Rafael Markes və Andres Quardadonu arxada qoyacaq. Adı çəkilən futbolçuların hər biri 5 dünya çempionatında iştirak edib. Meksika yığmasının qapıçısı Gilyermo Oçoa da 6-cı dəfə DÇ-yə qatılacaq, ancaq o yalnız bu turnirlərin üçündə meydana çıxıb.

Ronaldo ardıcıl 6-cı DÇ-də qol vura bilər
Kriştiano artıq qol vurduğu dünya çempionatlarının sayına görə vahid rekordçudu. O, indiyə qədər 5 (2006, 2010, 2014, 2018, 2022) mundualda fərqlənib. Messi, Pele, Uve Zeeler və Miroslav Kloze dörd dünya çempionatında qol vura bilib. Xatırladaq ki, argentinalı ulduz DÇ-2010-da da oynayıb, ancaq onda bir qol da vurmayıb.

Düzdü, Ronaldo bu dəfə fərqlənə bilməsə, Messi qol vurduğu dünya çempionatlarının sayına görə portuqaliyalı ulduzla bərabərləşə bilər. Hərçənd Kriştianonun azarkeşləri qolsuz qoyması heç də inandırıcı görünmür.

Messi DÇ tarixinin ən yaxşı assistenti ola bilər
Dünya çempionatında məhsuldar ötürmələrin sayını göstərən statistika ilə bağlı bəzi problemlər var. Ona görə ki, müxtəlif qaynaqlar ilk turnirlərdəki ötürmələri fərqli sayırlar. Ancaq “Britannica” ensiklopediyasının versiyasın söykənsək, argentinalı əfsanələr – Lionel Messi ilə Dieqo Maradona hərəyə 8 ötürmə ilə bu göstəricidə liderliyi bölüşür. Deməli, vahid lider olmaq üçün Leoya cəmi bir ötürmə lazımdı. Və bu çox maraqlı süjet olardı. Leo qol sayında Klozeni, məhsuldar ötürmə sayında isə əfsanəvi və mərhum həmvətənini arxada qoya bilər.

Messi DÇ-də qələbə sayına görə rekordçu ola bilər
Messinin Klozeni təkcə qol yox, qələbə sayında da ötmək imkanı var. Hazırda almaniyalının hesabında 17, argentinalının hesabında isə 16 qələbə var. Argentina yığmasının, sadəcə, fiasko yaşaması lazımdı ki, Messi bu zirvəni fəth edə bilməsin. Klozeyə çatmaq üçün 1, təmiz 1-ci yerə çıxmaq üçün 2 qələbə qazanmaq kifayətdi.

Mbappe final sayına Kafunun rekordunu təkrarlaya bilər
Əfsanəvi müdafiəçi ardıcıl üç dünya çempionatının (1994, 1998, 2002) finalında meydana çıxan yeganə oyunçudu. Braziliyalı əfsanə bu finalların ikisində qələbə qazanıb.

Mbappe artıq iki dəfə dünya çempionatının finalçısı olub: birində qalib gəlib, o birində uduzub. Yeri gəlmişkən, DÇ-2022-nin finalında het-trik edib və yığmasını az qala finala daşıyacaqdı. “Xoruzlar” bu dəfə də finala qədər irəliləsə, Mbappe Kafuya çatacaq, 2030-da isə nəzəri cəhətdən hətta onu ötmək şansı da var.

Yığmalar haqda danışırıqsa, indiyə qədər yalnız AFR (1982-dən 1990-a qədər) və Braziliya (1994-dən 2002-yə qədər) ardıcıl üç dəfə finala vəsiqə qazanıb. Bu dəfə həmin kampaniyaya Fransanın qoşulmaq imkanı var.

Deşam ən çox qələbə qazanan baş məşqçi ola bilər
Didye Deşam artıq iyulda Fransa yığmasından ayrılacağını elan edib. O, gethagetdə DÇ tarixinə ən çox qələbə qazanan baş məşqçi kimi düşə bilər. Hazırda rekord 1964-78 aralığında AFR yığmasının “sükanı arxasında” olan əfsanəvi Helmut Şönə məxsusdu. O, yığmanı DÇ-lərdə 25 oyuna çıxarıb, 16 qələbə qazanıb. Bu iki göstərici hələ də keçilməzdi. Deşamın hesabında hazırda 14 qələbə var. Şönə çatmaq üçün iki, yeni rekord üçün üç qələbəyə ehtiyac duyur. Deşamın elə qrup mərhələsində bu hədəfə çatması tam realdı.

Şön həmçinin dünya çempionatlarında baş məşqçi kimi oyun sayına (25) görə rekordçudu. Deşam indiyə qədər yığmanı 19 oyuna çıxarıb. Onun bu göstəricidə də Şönü keçməsi üçün Fransa yığması ən azı yarımfinala qədər irəliləməlidi.

Kurtua və Noyer “quru” oyun rekordunu yeniləyə bilər
Qapıçı rekordlarından danışsaq, onda xatırlatmalıyıq ki, dünya çempionatlarında ən çox “quru” oyun keçirənlər Piter Şiltonla Fabyen Bartezdi – hərəy 10. Şilton üç turnirdə iştirak edib və məhz o, Maradonadan “Tanrının əli” adlandırılan qolu buraxıb. Bartez də üç dünya çempionatında iştirak edib, hətta onlardan birinin (1998) qalibi olub.
Tibo Kurtua ilə Manuel Noyerin hesabında 7 “quru” oyun var. Yeri gəlmişkən, son iki dünya çempionatının heç bir oyununda qapısını toxunulmaz saxlaya bilməyən almaniyalı yenə də mundiala yollanıb. Əsas qapıçı olsa, Şiltonun rekordunu yeniləyə bilər. Kurtua ilə bağlı vəziyyət fərqlidi. Belçikalı qapıçı yığmada yığmada yerini qorusa, əsas qapıçı kimi qalsa, yığma da DÇ-2030-a yollansa, üfüqdə daha bir şans görünür.

DÇ-2026 qol rekordunu yeniləyəcək
DÇ-2022 futbol tarixinə ən məhsuldar mundial kimi düşdü: 172 qol! Ancaq bu rekord, çox güman, böyük fərqlə yenilənəcək. Bunun da sadə bir səbəbi var – oyun sayı artıb. Dörd il əvvəl turnirdə cəmi 64 oyun keçirildisə, bu dəfə say 104-ə çatacaq. Məhsuldarlıq rekordunun yenilənməsi üçün, sadəcə, hər oyuna 1,67 qoldan ibarət olan orta tempi qorumaq kifayətdi. Müasir futbol üçün bu heç də yuxarı göstərici deyil.

Ən çox azarkeşli mundial olacaq
Tamaşaçı sayı ilə bağlı rekord ABŞ-də keçirilən DÇ-94-ə məxsusdu. Onda turnir çərvivəsində keçirilən 52 oyunu 3 milyon 587 min 538 tamaşaçı izləmişdi. Qarşıdakı mundialda bu sayın yetərincə çox artacağı gözlənilir. Yenə də səbəb formatla bağlıdı: oyun sayı DÇ-94 ilə müqayisədə iki dəfə artıq olacaq, ABŞ, Meksika və Kanadadakı stadionların tutumu da böyükdü.

Argentina nadir rekordu təkrarlaya – titulunu qoruya bilər
Son dünya çempionatının qalibi olan Argentina yenə də titula iddialılar sırasındadı. Lionel Skaloninin komandası yenidən kuboku qazansa, Argentina DÇ-ni ardıcıl iki dəfə qazanan 3-cü yığma olacaq. Bunu ilk dəfə italiyalılar 1934 və 1938-ci illərdə, ikinci dəfə isə braziliyalılar 1958 və 1962-ci illərdə qazanıb. Artıq 64 ildi heç kim titulu qoruya bilmir. Argentina, nəhayət, bu seriyanı qırmaq imkanına malikdi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-04-2023, 20:0

Messi ilə Mbappe ilk “100-lük”də

DÇ 2026

20-12-2022, 12:0

Messi bombardirlər siyahısında üç nəfərdən geri qalır

Dünya futbolu

19-11-2023, 16:0

Messi, Ronaldo və Neymarı arxada qoydu

İdman

6-01-2023, 16:0

Messi 1-ci, Mbappe 2-ci, Nadal 3-cü oldu, Ronaldo siyahıda yer almadı

Dünya futbolu

11-12-2024, 01:0

Mbappe ÇL tarixinə bunu bacaran 9-cu futbolçu kimi düşdü

DÇ 2026

20-12-2022, 19:0

DÇ-də bu hədd aşıldı

Aktual
"Kəpəz"də yeni sədr və baş məşqçi! - təyinatlar bu həftə açıqlanacaq
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
"Sabah"ın növbəti transferi... - "bayquşlar"ın müdafiə xətti keçilməz olacaq?
“İnşallah, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanarlar” – “Sabah” bazarı dağıdır
“Qardaş ölkə topa nəzarət etsə də, uduzdu” – Türkiyənin çatışmazlığı nə idi?
“Neftçi” Varqas üçün milyonyarım ödəyəcək?
Son xəbərlər
  • Bu gün, 22:46
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 22:32
    MBA ilə MHL-də çempion müəyyənləşdi - Tramp təbrik etdi
  • Bu gün, 22:21
    "Şəfa" üç futbolçunu yola saldı
  • Bu gün, 22:09
    İlk sensasiya: Avropa çempionu debütantla bacarmadı! - DÇ gecəsi
  • Bu gün, 21:37
    Messi və Ronaldo üçün 6-cı DÇ, Mbappe üçün Klozeni ötmək imkanı
  • Bu gün, 21:07
    "Kəpəz"də yeni sədr və baş məşqçi! - təyinatlar bu həftə açıqlanacaq
  • Bu gün, 20:59
    Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
  • Bu gün, 19:58
    ''Neftçi''nin sabiq ulduzu efirdə ağzına gələni danışdı! - ''11'' nömrə kimdi?''
  • Bu gün, 19:12
    "Sabah"ın növbəti transferi... - "bayquşlar"ın müdafiə xətti keçilməz olacaq?
  • Bu gün, 18:41
    Millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri
  • Bu gün, 18:27
    AFFA-nın baş katibi FİFA-nın sammitində
  • Bu gün, 18:06
    İki boksçumuz Dünya kubokuna qələbə ilə başladı
  • Bu gün, 17:50
    Terim DÇ-yə məğlubiyyətlə başlayan Türkiyəyə məsləhətlər verdi
  • Bu gün, 17:10
    “İnşallah, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanarlar” – “Sabah” bazarı dağıdır
  • Bu gün, 16:30
    "Kəpəz"in sabiq qapıçısı "Şəfa"da
  • Bu gün, 16:25
    "Pafos" Murad Məmmədovun keçidini açıqladı
  • Bu gün, 15:53
    Parisi tərk edəcək
  • Bu gün, 14:55
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 14:37
    FİFA ABŞ-yə buraxılmayan hakimin pulunu ödəyəcək
  • Bu gün, 14:13
    Topuriyanın məğlubiyyətsizlik seriyası başa çatdı - Castin Qetji Ağ Evdə kəmərin sahibi oldu
  • Bu gün, 13:43
    Nazim Sadıxov artıq Bakıda: “Yenidən tarix yazmağa hazıram”
  • Bu gün, 13:22
    “Sabah” basketbol klubunda yeni təyinat
  • Bu gün, 12:51
    Avstraliya tarixində bir ilkə imza atdı
  • Bu gün, 12:20
    Arda Turan ilin məşqçisi seçildi
  • Bu gün, 11:59
    “Bizlə cinayətkarlar kimi davranırlar” - Seneqal və Özbəkistan yığmaları sərt yoxlamaya məruz qalıb
  • Bu gün, 11:28
    “Qardaş ölkə topa nəzarət etsə də, uduzdu” – Türkiyənin çatışmazlığı nə idi?
  • Bu gün, 10:57
    “Turan”da kütləvi ayrılıq
  • Bu gün, 10:26
    “Neftçi” Varqas üçün milyonyarım ödəyəcək?
  • Bu gün, 10:00
    Kot d'İvuar və İsveçdən qələbə - DÇ səhəri
  • Dünən, 23:58
    “10 gün keçəndən sonra mənə yaxınlaşıb bonus istəyirdilər ki, pulumuzu...” – Ağasəlim Mircavadov
  • Dünən, 23:38
    Almaniya debütantı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:17
    Liverpuldan Londona yollandı
  • Dünən, 22:56
    Millimiz İspaniyaya uduzdu
  • Dünən, 22:35
    "Turan Tovuz" hazırlıqlara başladı
  • Dünən, 22:16
    Klopp dünya çempionatındakı bu yeniliyə görə FİFA-nı yıxıb-sürüdü
Daha çox
Oxunub: 500
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 272
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 262
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 245
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 226
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə