Daha iki heç-heçə - DÇ səhəri

16.06.2026 09:06 16
Dünya futbolu / DÇ 2026
Futbol üzrə 23-cü dünya çempionatında gecə və səhər saatlarında daha iki oyun keçirilib. H

əm H qrupunun Səudiyyə Ərəbistanı – Uruqvay, həm də G qrupunun İran – Yeni Zelandiya oyunu heç-heçə bitib. Ümumiyyətlə, turnir çərçivəsində keçirilən son 4 oyunun hamısında bərabərlik qeydə alınıb.

Səudiyyə Ərəbistanı – Uruqvay 1:1
Abdulelah Əl-Əmri, 41 – Maksimiliano Arauxo, 80.

İran – Yeni Zelandiya 2:2
Ramin Rezaeyan, 32. Məhəmməd Mohebi, 64 – Elayca Cast, 7; 54.

Bu gün saat 23.00-da I qrupunda Fransa – Seneqal oyunu keçiriləcək.