Elxan Səmədovdan bombardirə xüsusi hədiyyə

16.06.2026 13:53 13
Ölkə futbolu
Əvəzedicilər liqasında 2025/26 mövsümünün bombardirinə xüsusi hədiyyə təqdim olunub.

"Football-plus.az" xəbər verir ki, “Turan Tovuz-2” komandasının hücumçusu Elçin Qasımov 21 qolla Əvəzedicilər liqasında mövsümün ən sərrast futbolçusu seçilib.

Ona mükafatı Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov təqdim edib.