• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sabah”dan “riqalı məktəblilər” üçün futbol dərsi - KÖŞƏ

Manşet / Yazarlar / Konfrans Liqası

31-07-2023, 19:0

“Sabah”ın avrokuboklardakı debütü uğurlu alındı.

Düzdü, püşkatmada rəqibin adı məlum olandan sonra müəyyən narahatlığımız var idi. Latviya təmsilçisinin son vaxtlar uğurlu qrafik cızması, uzun müddət davam edən məğlubiyyətsiz oyunlar seriyası gözümüzü qorxudurdu. Üstəlik oyundan əvvəl “Sabah”ın Riqada baş məşqçisiz qalmaq ehtimalı da ortaya çıxdı. Rusiya ilə məlum münaqişə səbəbindən Latviya hökumətinin bu ölkənin vətəndaşlarına tətbiq etdiyi qadağalardan “Sabah” əziyyət çəkə bilərdi. Yaxşı kı, zamanında məsələnin həlli yolu tapıldı və Musayev əhəmiyyətli oyunda komandasının yanında olmağı, anında göstərişlər verməyi bacardı. Razılaşaq ki, istənilən bir komanda üçün belə vacib oyunda baş məşqçinin öz yerində olması əsas şərtdi. Bu mənada “Sabah” RFŞ üzərində ilk qələbəsini meydandan kənarda, Murad Musayevi Latviya sərhədlərindən keçirməklə qazandı.

Sözsüz, oyunun gedişində “Sabah”ın avrokuboklarda debüt etdiyi həyəcandan hiss olunurdu. Düzdü, komandanın heyətində yetərincə təcrübəli futbolçular çıxış edir və onlar üçün belə həyəcan elə də ciddi çətinlik sayılmazdı. Murad Musayev də start heyətində yerli futbolçulara üstünlük verməklə daha bir psixoloji həmlə etmiş, komandasının hər fərdinə güvəndiyini göstərmişdi. Bu isə komandanın özünəinamının artmasına təsir etdi. Dəqiqələr irəlilədikcə “Sabah” rəqibin meydanının ağasına çevrildi, futbolçular özlərini daha rahat hiss etməyə başladılar. Anatoli Nuriyevin 19-cu dəqiqədə qapı tirində “partlayan” zərbəsi isə hər şeyin yaxşı olacağının işarəsi idi. Dəqiqələr irəlilədikcə “Sabah” rəqibini “dişinə vurur”, zəif və güclü tərəflərini müəyyənləşdirir, üstünlüyü ələ almağa başlayırdı. Bu mənada Boyan Letiçin üç dəqiqə sonra hesabı açması da oyunun məntiqi axarına uyğun oldu. Azərbaycan premyer-liqasının gümüş mükafatçısı səviyyə fərqini ortaya qoydu, səfərdən layiqli qələbə ilə döndü.

Rəqibin futbolçuları qonaqlardan geri qaldığını başa düşür, bunu aqressiv, bəzən də kobud oyunla ört-basdır etməyə çalışırdı. Amma həmin axşam “Sabah”ın RFŞ üzərində üstünlüyünü bu kobudluqla ört-basdır etmək mümkün deyildi. Məsələnin sevindirici tərəfi odu ki, ilk yarıda xeyli həyəcanlı və inamsız görünən Yusif İmanov da fasilədən sonra soyuqqanlı davranırdı. Gənc qapıçı konkret bir neçə epizodda inamlı çıxışla diqqətləri üzərinə çəkdi, komandasının xilaskarına çevrildi. Bu məqam gələcək oyunlara da ümidlə baxmağa əsas verir. Çünki Yusifə təkcə “Sabah”ın qapıçısı yox, milli komandamızın gələcəkdə əsas “çərçivə qoruyucusu” kimi böyük ümidlər bəsləyirik. Zaman göstərir ki, İmanov istedadının üzərinə təcrübəsini də əlavə etməklə yaxşı və etibarlı qapıçıya çevrilməkdi.

Artıq Riqadakı oyun keçmişdə qalıb. Heç şübhəsiz, “Sabah” səfərdə qazandığı üstünlüyü Masazırda da davam etdirəcək və turu keçən tərəf olacaq. Komandanın hazırkı potensialı təkcə Latviya təmsilçisini üstələməyə yox, növbəti turda “Partizan”la da yaxşı mübarizə aparmağa, hətta mərhələni keçməyə imkan verir. Məlum məsələdi ki, o zamana qədər Azərbaycan premyer-liqası da start götürəcək, “Sabah”ın oyun təcrübəsi artmağa başlayacaq. Bunun da sayəsində həm futbolçular formalarını daha da yaxşılaşdıracaq, həm də yeni gələnlər ümumi ansambla uyğunlaşmağı bacaracaq. Bütün bu müsbət məqamlar isə “Sabah”ın avrokuboklar perspektivi haqda pozitiv düşünmək üçün zəmin yaradır. Avrokuboklarda debütant olmasına baxmayaraq, “Sabah”a azarkeşlərin ümidi böyükdü. Masazıra “böyük futbol”u gətirən, avrokubok həyəcanı yaşadan komanda potensialına uyğun daha da irəliləməli, Konfrans Liqasının qrup mərhələsinə tərəf boylanmaqdan çəkinməməlidi. Riqadakı oyun bizim üçün böyük bir yolun başlanğıcı oldu. RFŞ isə həmin qarşılaşmadan özü üçün müəyyən dərslər çıxara bilər. Elə adına uyğun. Komandanın adının açılışı Riqa Futbol Məktəbidi. Qoy “riqalı məktəblilər” “Sabah”dan alacaqları dərsi uzun müddət unutmasınlar. Bizimkilər bu dərsin davamını riqalı qonaqlara Masazırda da verəcəklər. Buna şübhəniz olmasın!

AMAL

Paylaş:
Digər xəbərlər

Manşet / Konfrans Liqası

25-07-2023, 16:0

“Sabah” latviyalılar qarşısında şərt qoyub: ya hamını buraxırsız, ya da oynamırıq! - TƏFƏRRÜAT

Ölkə futbolu / Manşet

25-07-2023, 14:0

UEFA “Pünik”ə etmədiyi güzəşti “Sabah”a edəcəkmi?

Manşet / Konfrans Liqası

25-07-2023, 21:0

Latviya çempionatında oynayan həmyerlimiz “Sabah”ın rəqibinin sirrini açıqladı

Ölkə futbolu / Konfrans Liqası

21-06-2023, 17:0

"Biz komanda olaraq güclüyük, heç kimdən qorxmuruq"

Ölkə futbolu / Manşet

27-07-2023, 17:0

RFŞ Əfqan Talıbovu təəccübləndirib - AÇIQLAMA

Aktual
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
Son xəbərlər
  • Dünən, 23:52
    İngilis futbolçu “2” aldı
  • Dünən, 23:40
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 23:32
    İspaniyaya qarşı oynamayacaq
  • Dünən, 22:50
    Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda
  • Dünən, 22:09
    “Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
  • Dünən, 21:30
    Qadın güləşçimizdən tarixi uğur
  • Dünən, 21:01
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 20:30
    “Şamaxı” yeni qapıçı transfer etdi
  • Dünən, 19:55
    İki güləşçimiz finalda - AÇ
  • Dünən, 19:17
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 18:46
    Əvəzedicilər Liqası nə vaxt başlayacaq?
  • Dünən, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Dünən, 17:44
    Almaniyaya qayıtdı
  • Dünən, 17:13
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:42
    Niderlandda qərar tutdu
  • Dünən, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Dünən, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Dünən, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Dünən, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Dünən, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Dünən, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Dünən, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Dünən, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Dünən, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Dünən, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Dünən, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Dünən, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Dünən, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Dünən, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Dünən, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • 10-07-2026, 23:0
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • 10-07-2026, 22:0
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • 10-07-2026, 22:0
    Mançesterdən Madridə yollandı
  • 10-07-2026, 21:0
    Florensiyanı tərk etdi
  • 10-07-2026, 21:0
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 137
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə