• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“12 il ərzində 545 oyun keçirmək xüsusi uğurdu”

Dünya futbolu

12-07-2023, 21:0

Hər xoş nağılın sona çatdığı gün olur.

"Football-plus.az" xəbər verir ki, David De Xea ilə “Mançester Yunayted” arasındakı müqavilənin müddəti bitdi və tərəflər yenisini razılaşdıra bilmədilər. Son 12 ili Mançesterdə keçirən qapıçı klubdan gedir. İspaniyalının MY-dəki əfsanəvi karyerasını xatırlamağın tam zamanıdı – bu müddətdə yüksəlişlər də olub, enişlər də.

Xatırladaq ki, “Yunayted”ə 2011-ci ildə “Atletiko”dan transfer olunan De Xea bu müddətdə 190-ı “quru” olmaqla 545 oyun keçirib – ikisi də “qırmızı şeytanlar”ın qapıçıları üçün rekord göstəricidi. İspaniyalı bu klubla 5 titul qazanıb. Erik ten Haqın komandası yeni mövsümdə yeni qapıçıya qovuşacaq. Çox güman, “çərçivə”də Andre Onana yer alacaq. Mankuninaların kamerunlu qapıçıya görə bonuslar da nəzərə alınmaqla 50 milyon avro ödəməsi gözlənilir.

...Dahi Edvin van der Sar 2011-ci ildə karyerasını bitirdi. Baş məşqçi Aleks Ferqyuson dərhal onun əvəzinə növbəti onillik üçün qapıçı seçdi. Ser Aleks “Atletiko”dan 21 yaşlı De Xeanı bəyəndi. İspaniyalı müqavilə imzalamağa gələndə onu ağ çarşafların arxasında gizlətmişdilər. Hər halda, David kadra düşdü. Onun “Yunayted”dəki karyerasının ağ çarşafla başlaması da rəmzi məqamdı.

Ser Aleks bu sövdələşmədən çox razı idi. Peter Şmeyhel gedəndə o, Van der Sarı tapana qədər bir neçə il əziyyət çəkmişdi. 2011-də həmin səhvi təkrarlamadı. Ferqyuson bütün məşqçi karyerası boyunca MY-nin cəmi üç oyununu buraxıb ki, birində də Davidi izləməyə getmişdi.
Düzdü, De Xeanın MY karyerası o qədər ümidverici başlamadı. MS ilə Superkubok oyununda qola səbəb olan hər iki epizodda inamsız təsir bağışladı. MY həmin oyunda qalib gəldi (3:2), Ferqyuson isə qapıçısını müdafiə etdi: “Onu 2-ci hissədə itələyirdilər, hakim qapıçını qorumalıydı. İngiltərə futboluna xoş gəldin”.

2011/12 mövsümünün 3-cü turu və ilk qaytarılan penalti. Hesab 1:0 olarkən De Xea Robin van Persinin zərbəsini dəf etdi, ardından “Yunayted” Vengerin komandasını əzdi – 8:2. Gerçəkdən Davidin İngiltərəyə uyğunlaşma ilə bağlı problemi var idi. Arıq qapıçı qapıdan çıxışda səhvə yol verirdi – qabaritli rəqiblərlə mübarizələrdə uduzurdu. Bu üzdən ehtiyat oyunçular skamyasında əyləşməli oldu. Elə məişət problemləri ilə də üzləşirdi: De Xeanı az qaıa dükandan ponçik oğurlamağa görə tutacaqdılar – ingilis dilini bilməyən qapıçı ora unutduğu pulqabını götürmək üçün döndüyünü izah etməkdə çətinlik çəkmişdi.

Anders Lindeqor Yeni ilə qədər De Xeanı ehtiyat oyunçular skamyasında oturmağa məcbur etdi. Ardından danimarkalı zədələndi və David “Çelsi” ilə oyunda “çərçivə”yə döndü. Matanın cərimə zərbəsindən “9-luğ”a göndərdiyi çətin zərbəni çıxardı. Ferqyuson yalnız ondan sonra ispaniyalının 1 nömrə olduğunu etiraf etdi və bir daha ehtiyatda saxlamadı.

De Xeanın İngiltərədəki ilk və son çempionluğu 2013-ə təsadüf etdi. O və Ferqyuson sevinc içində idi. Qapıçının ustalığı ilə bağlı bütün şübhələr aradan qalxmışdı. Premyer-liqada 28 oyun, 26 buraxılan top, 11 “quru” oyun. Yalnız Co Hartın supermövsüm keçirməsi ispanın “Qızıl əlcək” qazanmasına mane oldu. Ferqyuson 2013-də gedəndən sonra MY uğursuzluq zolağına düşdü, ancaq David xilaskar rolunu oynamaqda idi. 2015-də “Real” ona görə “Yunayted”in qapısını döydü. Madridlilər də yaxın 10 il üçün qapıçı istəyirdilər. Ancaq lap son anda bu transfer pozuldu. Deyilənə görə, günahkar MY-nin ofisindəki köhnəlmiş faks aparatıdı. Ancaq işin əslində heç bir faks-filan söhbəti olmayıb. Bundan az sonra David klubla yeni – 4 illik müqavilə bağladı.
İllər keçirdi, De Xea isə əvvəlki kimi “Yunayted”də ən yaxşılardan idi. Azarkeşlər 2013/14, 2014/15 və 2015/16 mövsümlərində onu ən yaxşı seçdi. Yalnız 2016/17-də mükafat Ander Erreraya çatdı.

2017/18 mövsümündə David karyerasının zirvəsinə yüksəldi. 2017-ci il dekabrın 2-də “Emireyts”də keçirilən oyunda 14 seyvlə yadda qaldı, MY “Arsenal”ı 3:1 hesabıyla məğlub etdi. Nə ona qədər, nə də ondan sonra premyer-liqada heç bir qapıçı 14-dən artıq seyv etməyib. David həmin mövsümü 18 “quru” oyunla bitirdi və ilk dəfə “Qızıl əlcək” aldı. MY-də mövsümün ən yaxşı oyunçusu üçün mükafat da ona qayıtdı. Ancaq fenomenal mövsümdən sonra qapıçının oyununda tənəzzül yaşandı. De Xea səhv etməyə, çətin olmayan topları buraxmağa başladı. ÇL-in 2018/19 mövsümünün 1/4 finalında Messinin zərbəsindən sonra topu qolunun altından buraxdı. Bununla belə, zaman-zaman “çərçivə”də həmin möhtəşəm Davidi görürdük. Məsələn, həmin il ÇL-in finalına çıxan “Tottenhem”lə Londondakı oyunda 11 zərbə qaytardı və qapının toxunulmazlığını qorudu.

Tədricən ÇL-dəki uğurları unudan “Yunayted” bəzi mövsümlərdə Avropa Liqasında həlledici mərhələyə qədər irəliləyirdi. 2020-də mankunianları yarımfinalda “Sevilya” dayandırdı, 2021-də “Vilyarreal”la final oyununun qalibi penalti seriyasında müəyyənləşdi. David 11 zərbədən heç birini qaytara bilmədi, üstəlik sonuncunu da özü boşa verdi. Qapıçını sakitləşdirmək üçün ser Aleks də meydana çıxmalı oldu. Məhz ondan sonra klubda Davidi akademiyanın yetirməsi Hendersonla əvəz etmək haqda düşünməyə başladılar. Ancaq De Xea 2021/22 mövsümünü möhtəşəm keçirdi və rəqibinə fürsət vermədi. Ardından Din “Nottingem Forest”ə icarəyə verildi.

Bu ili martında ser Aleks De Xeaya xüsusi əlcək bağışladı – ispan qapıçı “quru” oyunların sayında klub rekordunu yenilədiyinə görə. 28 may 2023 - premyer-liqanın son turu. De Xea Aleksandr Mitroviçin penalti zərbəsini dəf edir. Belə çıxır ki, onun premyer-liqada “Yunayted”in heyətindəki son oyunu imiş. Yazboyu Davidlə klub arasında yeni müqavilə ilə bağlı danışıqlar getdi. Ancaq sonda MY qapıçıya müqavilə təklif etmədi. İndi klub daha bir onillik üçün qapıçı axtarır, De Xea isə karyerasında yeni çağırışı qəbul etməyə hazırlaşır.

Reaksiya
Erik ten Haq, MY-nin baş məşqçisi: “Mançester Yunayted”də, heç olmasa, bir oyun keçirmək üçün əla keyfiyyətlər və xarakter lazımdı. 12 il ərzində 545 oyun keçirmək xüsusi uğurdu, özü də hər oyunda diqqət mərkəzində olduğun qapıçı mövqeyində. Dörd dəfə azarkeşlərdən “mövsümün oyunçusu” mükafatını alması onun oyun səviyyəsindən xəbər verir, David həmişə klub tarixinin ən yaxşı qapıçılarından biri kimi xatırlanacaq. Ötən mövsüm ərzində keçirdiyi 25 “quru” oyuna, klubdakı ilk ilimdə meydanda verdiyi töhfəyə görə ona şəxsən öz adımdan təşəkkür edirəm. Bütün oyunçular və personal Davidə möhtəşəm karyerasının növbəti mərhələsində uğur arzulayır”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

8-07-2023, 14:0

De Xeanın “Yunayted” macərası başa çatır - ŞƏRH

Dünya futbolu

9-07-2023, 22:0

“Mançester Yunayted” ona ehtiyac duymadı

Dünya futbolu

25-06-2023, 21:0

De Xea az maaşa qane olacaq?

Dünya futbolu

14-09-2022, 18:0

Oblak premyer-liqa klubunun hədəfində

Dünya futbolu

29-08-2022, 17:0

"Mançester Yunayted" "Barselona"ya bu təklifi etdi

Dünya futbolu

6-05-2022, 15:0

İki futbolçu "Mançester Yunayted"dən ayrılır

Aktual
Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Son xəbərlər
  • Bu gün, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Bu gün, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
  • Bu gün, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
  • Dünən, 23:52
    "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
  • Dünən, 23:31
    Cavid Hüseynovdan acı etiraf: “Komanda hələ ki 60 dəqiqə oynamağa hazırdı”
  • Dünən, 23:00
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Dünən, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Dünən, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Dünən, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Dünən, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Dünən, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Dünən, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Dünən, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Dünən, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Dünən, 16:33
    Milli komandaya qayıtdı
  • Dünən, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:31
    Şimali Amerikaya yollandı
  • Dünən, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Dünən, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Dünən, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Dünən, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Dünən, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Dünən, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Dünən, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Dünən, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Dünən, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Dünən, 10:36
    Milli komandaya qayıtdı
  • Dünən, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Dünən, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 126
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 122
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə