İki futbolçu "Mançester Yunayted"dən ayrılır

6.05.2022 15:17 613
Dünya futbolu
Mövsümün sonunda "Mançester Yunayted"dən ayrılacaq iki futbolçunun adı məlum olub.

"Football-plus.az" xəbər verir ki, bunlar Erik Bayi və Fil Consdu.

Hər iki müdafiəçi komanda yoldaşlarına klubu tərk edəcəklərini bildiriblər.

Qeyd edək ki, Erik Bayinin "Mançester Yunayted"lə müqaviləsi 2024-cü ildə, Fil Consun sözləşməsi isə 2023-cü ilə qədərdir. Bayi bu mövsüm "qırmızı şeytanlar"da 7, Cons isə 8 oyun keçirib.