“Mançester Yunayted” ona ehtiyac duymadı

9.07.2023 22:54 236
Dünya futbolu
David De Xea artıq “Mançester Yunayted”in oyunçusu deyil.

"Football-plus.az" ispaniyalı qapıçı komandadan rəsmən ayrılıb.

İngiltərə klubunun saytı 32 yaşlı qolkiperlə müddəti iyunun 30-da başa çatan müqavilənin yenilənmədiyi haqda məlumat yayıb. Beləliklə, David 12 ildən sonra mançesterlilərdən ayrılıb.

Qeyd edək ki, De Xea MY-yə 2011-ci ilin yayında “Atletiko”dan transfer olunmuşdu. O, artıq sabiq klubunda 545 oyuna çıxıb və 190 matçda qapısını toxunulmaz saxlayıb.