David De Xea «Mançester Yunayted”dən yeni təklif alıb.
“Football-plus.az” xəbər verir ki, «Daily Mirror”un məlumatına görə, rəhbərlik 32 yaşlı qapıçı ilə müqaviləninmüddətini bir il uzatmağa hazırdı. David klubun şərtlərini qəbul etsə, həftədə 200 min funt sterlinq alacaq. Hazırda onun maşı 375 min funt sterlinqdi.
De Xea MY-də 2011-ci ilin iyulundan çıxış edir. İspaniyalı futbolçu son mövsümdə bütün yarışlarda 58 oyuna çıxıb. Qapıçının hazırkı müqaviləsinin müddəti isə 2023-cü il iyunun 30-na qədərdi.