• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

De Xeanın “Yunayted” macərası başa çatır - ŞƏRH

Dünya futbolu

8-07-2023, 14:0

Hazırda İngiltərədə ən çox müzakirə olunan mövzulardan biri David De Xeanın gələcəyidi. Deyəsən, 2011-ci ildən “Mançester Yunayted”in şərəfini qoruyan məşhur qapıçı artıq bu kluba lazım deyil.

"Football-plus.az" xəbər verir ki, iyunun 30-da mankunianlarla müqavilə müddəti başa çatdığından 32 yaşlı əlcək sahibi hazırda azad agent statusundadı!

Qeyd edək ki, iyulun 1-də De Xeanın toyu olub. O, həyatını uzun müddətdi birlikdə olduğu Edurne Qarsiya Almaqro ilə birləşdirib. De Xeadan 5 yaş böyük olan bu xanım 2015-ci ildə İspaniyanı “Avroviziya” mahnı müsabiqəsində təmsil edib. Hazırda isə o, aparıcı kimi çalışır. De Xeanın 2022/23-dəki performansına dəqiq qiymət vermək çətindi. Düzdü, o yenə də ənənəsinə sadiq qalaraq bəzi matçlarda kobud səhvlərə yol verdi. “Mançester Siti”, “Brentford”, “Vest Hem” və xüsusilə də “Sevilya” ilə oyunları “Yunayted” fanatları gözəl xatırlayır. Amma digər tərəfdən tanınmış qapıçı ötən mövsüm “Qızıl əlcək” mükafatının sahibi oldu. Belə ki, o, premyer-liqada hamıdan çox – 18 qarşılaşmada qapısından top buraxmadı! De Xeanın “Yunayted”də həftəlik qazancı 375 min funt sterlinqdi. Əslində yeni müqavilə ilə bağlı danışıqlar hələ apreldə başlamışdı. De Xea da “Yunayted”dən ayrılmaq istəmirdi. Ona görə də belə güman olunurdu ki, tərəflər mövsümün sonuna qədər razılıq əldə edəcək. “Yunayted” rəhbərliyi De Xeanın qazancını təxminən yarıbayarı azaldıb əvəzində bonusları artırmağı təklif etmişdi. İspaniyalı qapıçı bu təklifi geri çevirsə də, mayda tərəflər anlaşmağa yaxın idi. Amma “Yunayted” De Xeaya yeni mövsümdə onun əsas qapıçı olacağı ilə bağlı zəmanət vermirdi. Sonradan planlar dəyişdi. “Qırmızı şeytanlar” birdən-birə qapıçı axtarışına çıxdılar. Müqavilə müddətinin bitməsinə az qalmış isə məlum oldu ki, “Yunayted” De Xeaya irəli sürdüyü təklifi geri çevirib! Maraqlıdı ki, bu cür qapıçıya Avropadan təklif yoxdu. Ona maraq göstərən yeganə klub Kriştiano Ronaldonun şərəfini qoruduğu “Əl-Nəssr”di. Şayiələrə inansaq, ərəblər ispaniyalıya həftəlik 250 min funt sterliq maaş təklif edib. Ona görə də bundan sonra nə olacağını heç kim bilmir.

De Xeanın yerini tutmağa əsas namizəd isə ötən mövsüm “İnter”in ÇL-in finalına yüksəlməsində heç də az rol oynamayan Andre Onanadı. Bu da təəccüblü deyil. 27 yaşlı kamerunlu qapıçı “Yunayted”in baş məşqçisi Erik ten Haqa gözəl tanışdı. Çünki yaxın keçmişdə uzun illər “Ayaks”da onun başçılığı altında oynayıb. Jurnalist Alfredo Pedullanın məlumatına görə, “Yunayted” “İnter”ə ilk təklifini irəli sürərək 5 milyon avrosu bonuslarla olmaqla masanın üzərinə 45 milyon avro qoyub. Bu təklif Milan klubunun rəhbərliyini qane etməyib. “İnter” qarşı tərəfdən 50 milyon avro və 10 milyon avro bonus tələb edir. Tərəflərin təxminən 50 milyon avroya anlaşacağı gözlənilir. Onananın ÇL-in finalındakı performansını hətta “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola da tərifləmişdi. Onun ayaqla oynamağı bacarmaq özəlliyi və daha hərtərəfli qapıçı olması xüsusi qeyd olunmalıdı. Ten Haqın fikrincə, belə qapıçının transferi “Yunayted”i yeni səviyyəyə qaldıracaq.

RAMİL YUSİFOV

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

19-06-2023, 14:0

De Xeanın MY-dəki statusu dəyişəcək

Dünya futbolu

18-08-2022, 12:0

"Qarabağ"ın sabiq qapıçısı "Mançester Yunayted"ə keçə bilər

Dünya futbolu

3-09-2022, 19:0

“Mançester Yunayted”də yeni qapıçı

Dünya futbolu

11-06-2023, 18:0

Pikford "Mançester Yunayted"in hədəfində

Dünya futbolu

15-03-2022, 13:0

Bruno “Atletiko”ya qarşı oynamayacaq?

Dünya futbolu

11-07-2022, 17:0

De Xeanın əvəzedicisi ola bilər

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Dünən, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Dünən, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 434
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 196
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 189
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə