• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Luis Enrike yeni PSJ yaradır

Dünya futbolu

12-07-2023, 21:0

Son illər daim gündəmdə olan klublardan biri də PSJ-di.

"Football-plus.az" xəbər verir ki, elə bu yay da istisna deyil. Paris klubunun bugünlərdə Kristof Qaltye ilə müqaviləni pozduğunu xəbər vermişdik. Ötən həftə son aylarda haqqında çox danışılan Luis Enrike ilə sövdələşmə də baş tutdu. Niyə Parisdə növbəti dəfə baş məşqçini dəyişdilər və indi komanda hansı dəyişikliklərə məruz qalacaq?

Qaltye klubu niyə razı salmadı?
Hər şey Luiş Kampuşun gəlişi ilə başladı. PSJ ötən il onu pərdəarxası idman direktoru təyin etdi: portuqaliyalı futbolçu transferinə və baş məşqçi axtarışına görə cavabdehlik daşıyırdı. Onda parislilər Maurisio Poçettino ilə vidalaşdılar və klubda həlledici fiqura çevirəcəkləri vədi ilə sensasiyon şəkildə Kilian Mbappenin müqavilə müddətini uzatdılar. Şayiələrə görə, Mbappe PSJ-dən Zinəddin Zidanı baş məşqçi vəzifəsinə gətirməyi xahiş edibmiş, ancaq o boyun qaçırıb – bəlkə də Marsel keçmişimə və ya layihəyə inanmadığına görə.

Onda alternativ variantlar üzərində iş başladı və rəhbərlik 2021-ci ildə “Lill”ə ölkə çempionatının qızıl medallarını qazandıran Kristof Qaltyenin üzərində dayandı. Yeri gəlmişkən, Qaltye də Marseldəmdi, ancaq bu məqam onun təklifi qəbul etməsinə mane olmadı. Düzdü, Qaltye məhz Kampuşun namizədi idi, Mbappenin yox.

DÇ-2022-yə qədər hər şey əla gedirdi: parislilər 3-4-3 sxemi ilə oynayıdılar, Messi ilə Neymarın məhsuldarlığı göz qamaşdırırdı, PSJ isə məğlubiyyətsiz irəliləyirdi. Yalnız yarım il ərzində artıq 17 qol vuran Mbappe narazı idi. Qaltyenin sistemində mərkəz hücumçusu kimi yer alması fransalı ulduzun qətiyyyən xoşuna gəlmirdi, onun sevimli mövqeyi sol cinahdı. Belədə Kristof sxemlərlə bağlı rotasiyaya başladı: 4-4-2-ni, 4-3-1-2-ni və 4-3-3-ü sınadı.
Yazda PSJ eksperimentlər üzündən yıxıldı. Parislilər “Bavariya” ilə dueldə, ümumiyyətlə, nə etməli olduqlarını anlamırdılar. Bu isə Çempionlar Liqasından çox acı şəkildə (münhenlilər iki oyunun nəticəsinə görə 4:0 hesabıyla qalib gəldi) uzaqlaşmaq bahasına başa gəldi. Mbappe ilə Neymar ruhdan düşdü. Və dünya çempionatından qayıdan Kilian formasını bərpa etdisə, braziliyalı artıq fevralda zədə üzündən mövsümü vaxtından əvvəl başa vurdu.
Nəhayət, Qaltye özü irqçi qalmaqalın mərkəzinə düşdü: aydın oldu ki, mütəxəssis hələ “Nitsa”da işləyərkən heyətdə qaradərili və müsəlman futbolçuların hədsiz çoxluğundan gileylənirmiş. Yazda bu məsələ, sadəcə, müzakirə olunurdusa, yayda hər şeyin ciddi olduğu üzə çıxdı: polis artıq Qaltyeni saxlayıb və indi onu üç ilə qədər həbs cəzası gözləyir. Paris klubu isə təhqiqat fonunda onunla müqaviləni pozmaq prosesini sürətləndirdi.

Bəs Enrike nə edəcək?

Luis Enrikenin təyinatı ötən çərşənbə günü rəsmiləşsə də, o artıq qollarını çırmalayaraq növbəti mövsüm üçün heyəti formalaşdırmağa başlayıb. Yeni baş məşqçi dərhal hələ “Barselona” dönəmindən xoş münasibətdə olduğu Neymara zəng edib. Luis braziliyalıya bel bağlayır, ancaq ondan məslislərdən, karnavallardan uzaqlaşaraq futbola köklənməsini istəyir – Ney bu tələblərə cavab verməsə, baş məşqçi onun gedişinin əleyhinə olmayacaq.
Hələ Neymarla bağlı durum az-çox aydındı. Mbappe ilə bağlı vəziyyət çox dolaşıqdı. Birincisi, bütün yay boyunca Kilian, PSJ və “Real”ın baş rollarda olduğu transfer serialı izləyəcəyik. Hətta Enrikenin ictimaiyyət önündə Mbappenu klubda qalacağını elan etməsi belə heç nəyi dəyişmir. İkincisi, “L'Equipe” artıq vurğulayır ki, PSJ rəhbərliyi Luisə məhz komandanı Mbappedən asılılıqdan qurtaracaq məşqçi gözü ilə baxır. Ya rəhbərlik ciddi şəkildə fransalı ulduzun satışına köklənib, ya da Enrikenin onun qəlbinə yol tapacağına, futbolçunu statusundan imtinaya razı salacağına inanır. İkinci variant, demək olar ki, mümkünsüzdü. Bu üzdən Mbappenin satışı variantına baxaq. Bir halda ki, media da bu variantda israrlıdı. Jurnalist Fransua Qallardo yazır ki, “Real” 224+56 milyon avro müqabilində Kilianı almağa yaxındı. Guya Florentino Peres artıq pulu PSJ-nin hesabına köçürüb və iyulun sonu üçün dəbdəbəli təqdimat mərasimi hazırlayır.

Bu fonda parislilərin Luis Enrikeyə komandanı yenidən qurması üçün böyük transfer büdcəsi ayıracağı ilə bağlı şayiələr məntiqli görünür. Fabritsio Romanoya inansaq, klub tezliklə Luka Ernandes, Milan Şkrinyar, Li Kan İn, Marko Asensio, Şer Ndur və Manuel Uqartenin transferini rəsmən açıqlayacaq. Enrikeyə bu da bəs etmir: o, Bernardo Silva ilə Joao Felişin də transfer olunmasını istəyir. Şayiələrə inansaq, Bernardo “Mançester Siti”də yorulub və artıq başqa yerdə oynmaq istəyir, Felişə isə “Atletiko”da bel bağlamırlar.

Enrikenin konkret nəyə ümid etdiyi dəqiq bilinmir. Geriyə boylanarkən güman etmək olar ki, Luis klubdakı bütün proseslərə nəzarət etmək, öz üslubunu aşılamaq və komandanın əsas bəndi olmaq istəyir. Mbappe ilə Kampuşun mövcudluğu şəraitində isə bu çətindi. Ancaq yenə bir çox mənbə iddia edir ki, PSJ rəhbərliyi bu durumda Enrikenin tərəfini tutmağa hazırdı. Həm də ona görə ki, Kampuşla Kilian agent Jorje Mendeşlə sıx əlaqələrə malikdi və o da kluba ciddi təsir göstərir.

Ancaq bu da variantlardan biridi. Əks fikirlər də var. Məsələn, “El Nacional” iddia edir ki, yeni baş məşqçi layihəsini Mbappe ətrafında qurmaq istəyir və hətta onun anası ilə şəxsən danışmağı planlaşdırır. Bir sözlə, nəzəriyyələr hədsiz çoxdu. İstənilən halda PSJ-ni irəlidə böyük dəyişikliklər gözləyir, bu isə o deməkdi ki, yay “transfer pəncərəsi” dövründə xəbər baxımından darıxmayacağıq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-07-2023, 18:0

Qaltye yerini Luis Enrikeyə verdi

Dünya futbolu

23-04-2023, 17:0

Qaltye həbs oluna bilər

Dünya futbolu

28-05-2023, 19:0

PSJ-yə o da təyinat ala bilər

Dünya futbolu

31-05-2022, 22:0

Zidanla bağlı ehtimal aradan qalxdı

Dünya futbolu

2-07-2022, 12:0

PSJ-də yeni baş məşqçi

Dünya futbolu

10-11-2022, 12:0

Luis Enrike milli komandanı hansı kluba dəyişəcək?

Aktual
Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Son xəbərlər
  • Bu gün, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Bu gün, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
  • Bu gün, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
  • Dünən, 23:52
    "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
  • Dünən, 23:31
    Cavid Hüseynovdan acı etiraf: “Komanda hələ ki 60 dəqiqə oynamağa hazırdı”
  • Dünən, 23:00
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Dünən, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Dünən, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Dünən, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Dünən, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Dünən, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Dünən, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Dünən, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Dünən, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Dünən, 16:33
    Milli komandaya qayıtdı
  • Dünən, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:31
    Şimali Amerikaya yollandı
  • Dünən, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Dünən, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Dünən, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Dünən, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Dünən, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Dünən, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Dünən, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Dünən, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Dünən, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Dünən, 10:36
    Milli komandaya qayıtdı
  • Dünən, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Dünən, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 127
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 125
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə