“Liverpul”dan Almaniya klubuna keçdi

1.07.2023 18:56 221
Dünya futbolu
Fabio Karvalyo “Liverpul”u tərk edib.

"Football-plus.az" xəbər verir ki, gənc futbolçu bundan sonra “Leyptsiq”də çıxış edəcək.

Portuqaliyalı yarımmüdafiəçi növbəti mövsümü icarə əsasında Almaniya klubunda keçirəcək.

Qeyd edək ki, 20 yaşlı futbolçu ötən mövsüm İngiltrə premyer-liqasında 13 oyun keçirib və 2 qol vurub.