• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Xarici investorların futbolumuza ayaq basmasının əleyhinə deyiləm”

Dünya futbolu

29-06-2023, 11:0

İyunun 22-də Türkiyə Futbol Federasiyasında prezident seçkisi keçirildi.

"Football-plus.az" xəbər verir ki, Ankarada yerləşən “Mariott Otel”də baş tutan seçkinin nəticəsi faktiki əvvəlcədən məlum idi. Çünki ötən ildən bəri bu vəzifəni icra edən və bəzi narazılıqlara baxmayaraq, işinin öhdəsindən pis gəlməyən Mehmet Büyükekşi budəfəki seçkidə yeganə namizəd idi.

Yusuf Günay və Həmit Altıntop ayrılmadı
Xatırladaq ki, 62 yaşlı Büyükekşi ötən ilin iyunun 16-da keçirilən seçkiyə də yeganə namizəd kimi qatılmış və ilk dəfə bu vəzifəyə gəlmişdi. Sadəcə, ötənilki seçki əvvəlki başqan Nihat Özdəmirin istefasının ardından növbədənkənar xarakter daşıdığından Büyükekşi yalnız birillik dönəm üçün seçilmişdi. Budəfəki seçki üçün əslində Büyükekşinin bir rəqibi peyda olmuşdu. Mayın əvvəllərində Sebahattin Devecioğlu namizədliyini irəli sürmüş və hətta layihələrini də açıqlamışdı. Amma o, iyunun ortalarında seçki üçün demokratik ab-havanın olduğuna inanmadığını bildirərək namizədliyini geri çəkmişdi. Seçkidə Büyüykekşinin qalib gəlməsi üçün səslərin 50 faizini toplaması yetərli idi. O, 191 səsdən 169-nu qazandı. 22 səs isə keçərsiz sayıldı. Beləliklə, Mehmet Büyükekşi qarşıdakı 4 illik dönəmdə TFF-nin prezidenti vəzifəsini icra edəcək! Qurumun 14 nəfərlik yeni idarə heyətinin tərkibinə gəlincə, burda dörd dəyişiklik var. Əvvəlki idarə heyətində yer alan Nuthet Küçükel Ezberci, Murat Aksu, İdil Karademirlidağ və Talat Papatya yeni dönəmdə yer almayacaq. Onları Ruşen Çətin, Mustafa Eröğüt, Şafak Müderrisgil və Haluk Kalyoncu əvəzləyib. Əvvəlki 10 nəfər – İbrahim Burkay, Həmit Altıntop, Yusuf Günay, Yalçın Orhan, Alkın Kalkavan, Müslüm Özmən, Volkan Can, Əli Düşməz, Ərman Kalkandelen və Ramazan Üçdan Büyükekşi ilə birlikdə yola davam edəcək. Bu da o deməkdi ki, Yusuf Günay və Həmit Altıntopun ayrılacağı ilə bağlı şayiələr təsdiqini tapmayıb. Yusuf Günay uzun illər “Qalatasaray”da çalışıb və faktiki TFF-də bu klubun maraqlarına xidmət edir. “Fənərbaxça” başqanı Əli Koç onu altdan-altdan iş görməkdə günahlandıraraq “göstəbək” adlandırmış və istefasını tələb etmişdi. Amma Günay TFF-də işləməkdə davam edəcək. Eləcə də Büyükekşinin sağ əli sayılan və yığmanın nəticələrinə görə cavabdehıik daşıyan Altıntopun da ayrılacağı və onun əvəzinə Məsut Özilin gətiriləcəyi iddiaları səslənirdi. Amma yeni dönəmdə, göründüyü kimi, Altıntop da işini davam etdirəcək.

Çakır HK-nın yeni sədri olacaq?
Bu arada seçkinin keçirildiyi gün səhər saatlarında TFF yeni mövsümdə tətbiq olunacaq legioner limitinin detallarını açıqlayıb. Bilindiyi kimi, limitlə bağlı yekun qərar hələ mayın ortalarında verilmişdi. Superliqa klublarına yeni mövsümdə 14 legionerlə müqavilə imzalamağa icazə veriləcək. Amma start heyətində onlardan maksimum 8-i oynaya biləcək. Yəni ötən mövsüm olduğu kimi, “8+3” limiti tətbiq olunacaq. Əslində klubların 14-dən artıq legionerlə müqavilə imzalamaq haqqı var. Sadəcə, 14-cüdən sonra hər sonrakı əcnəbi futbolçu üçün federasiyaya 600 min lirə ödəniləcək. Bu məbləğ “altyapı”ya xərclənəcək. Daha bir yenilik ondan ibarətdi ki, klublara Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan vətəndaşı olan maksimum 1 futbolçunu yerli statusunda oynatmağa icazə veriləcək. Eləcə də Türkiyə vətəndaşlığı olub Türkiyə yığmasında oynamaq şansı olmayan və mavi karta sahib olan maksimum 1 oyunçunun da yerli statusunda oynamasına icazə veriləcək. Məsələn, sonuncu meyara uyğun gələn futbolçu kimi “Qalatasaray”lı Yusuf Dəmiri göstərmək olar. Türkiyə vətəndaşı olmasına rəğmən, Avstriyada doğulan və artıq bu ölkənin yığmasında debüt etdiyi üçün Türkiyənin şərəfini qorumaq haqqı olmayan Yusuf ötən il legioner sayılırdısa, qarşıdakı “futbol ili”ndə yerli statusunda oynayacaq.

Bu arada Türkiyə mətbuatında Büyükekşinin planlaşdırdığı dəyişikliklər barədə maraqlı iddialar ortaya atılıb. Bunlardan biri Türkiyə yığmasının baş məşqçisi Ştefan Kuntsun istefaya göndərilərək onun əvəzinə Abdulla Avcının gətirilməsidi. Əslində bu məsələ uzun müddətdi gündəmdədi. Kunts orta hesabla toplanılan xallara görə Türkiyə yığması tarixinin ən uğurlu məşqçisi statusunda olmasına baxmayaraq, mətbuat və futbol ictimaiyyəti ondan əl çəkmir! Ümumi fikir belədi ki, yığma son matçlarda hər nə qədər çətinliklə istəyinə çatsa da, bu futbol AÇ-nin qrup mərhələsində uğur qazanmaq üçün kifayət etməyəcək. “Ay-ulduzlular” almaniyalı mütəxəssisin dönəmində 18 oyundan 12 qələbə, 2 heç-heçə, 4 məğlubiyyətlə ayrılıblar ki, bu da orta hesabla hər oyuna 2,11 xal deməkdi. Məsələn, Fatih Terimin son dönəmində Türkiyə 43 qarşılaşmada hər oyuna orta hesabla 2,05, Şenol Günəşin 2-ci dönəmində isə 32 qarşılaşmada hər oyuna orta hesabla 1,72 xal toplayıb. Görəsən, Türkiyəni Millətlər Liqasında C liqasından B liqasına yüksəldən, AÇ-2024-ün seçmə mərhələsində lider edən Kuntsun günahı nədi? Belə söz-söhbətlərin bitməsi üçün o daha nə etməlidi? Digər iddia isə Hakimlər Komitəsi (HK) ilə bağlıdı. Belə ki, Büyüykekşinin hazırda bu komitənin sədri olan Lalə Ortanı istefaya göndərərək onun yerinə Cüneyt Çakırı gətirmək istədiyi deyilir. Amma klubların heç də hamısı bu addımı dəstəkləmir. Təkcə bir faktı xatırladaq ki, Çakır 2021/22-nin sonlarına yaxın 10-dan çox klubun istəyi ilə hakimlikdən qovulmuşdu! Bu məsələ üzündən o, karyerasını bitirmək məcburiyyətində qalaraq DÇ-2022-yə yollanmaq şansını da itirmişdi. Amma qaydalara əsasən Çakırın karyerasını bitirməsinin üstündən artıq 1 il ötdüyünə görə onun HK-nın başına gətirilməsi mümkündü.

“Xarici investorların futbolumuza ayaq basmasının əleyhinə deyiləm”

Mehmet Büyükekşi yeni dönəm üçün prezident seçildikdən sonra jurnalistlərin önünə çıxaraq bunları deyib:

“Son bir ildə etdiklərimizin daha yaxşısını idarə heyətimizlə birlikdə qarşıdakı 4 ildə etməyə çalışacağıq. Bizə güvənənlərə təşəkkür edirəm. Biz hər kəsi sevirik və birlik-bərabərlik içində hərəkət etməyin tərəfdarıyıq. Düzdü, bəzi klublarla xırda anlaşmazlıqlar oldu. Amma heç kimlə problemimiz yoxdu. Ötən bir ildə futbolumuzun marka dəyərini qaldırmaq adına həyata keçirdiyimiz işlər klublarımız tərəfindən dəstəkləndi. Futbol bu ölkədə çox populyardı və ən çox sevilən idman növüdü. Onun marka dəyərini bir qədər də yüksəltməyə çalışmalıyıq. Klublarımız bir-biri, federasiya, hakimlər ilə yaşadıqları problemləri bir kənara qoymalıdı. Yeni səhifə açmağın tam zamanıdı. Biz bütün klublara eyni məsafədəyik. Hamısı bizim üçün dəyərlidi. Heç birinin arasında fərq qoymuruq. Çempionlar Liqasının finalını mükəmməl şəkildə təşkil etdiyimizi bütün dünya gördü. Önümüzdəki illərdə başqa layihələr olacaq. Yayın gəlirlərimiz 500 milyon dollardan 120 milyon dollara qədər geriləyib. Bu mövzuda yeni addımlar atırıq. “Hypercube” firması ilə anlaşmışıq. Bu şirkət bütün peşəkar liqalarımızla bağlı yeni format hazırlamaq niyyətindədi. Yayın gəlirlərinin bölüşdürülməsi ilə bağlı klublarla yenidən bir araya gəlməliyik. Biz əvvəlki sistemi davam etdiririk. Amma bəzi məqamları yenidən müzakirə etmək lazımdı. Yığmanın nəticələrinin sabit olmasını istəyirik. Təbii ki, əsas hədəf AÇ-2024-ün final mərhələsinə, orda da ən azı pley-offa vəsiqə qazanmaqdı. Amma elə etməliyik ki, ondan sonrakı 2-3 böyük turniri buraxmayaq. Yığmamızı ardıcıl nəhəng turnirlərdə görmək hər birimizin arzusudu. Bununla yanaşı, AÇ-2028 və ya AÇ-2032 üçün də çox ümidliyik. Gözəl işlər görmüşük və bu iki turnirdən birinə evsahibliyi etmək istəyirik. Dövlətimizin tikdiyi stadionların bu məsələdə bizə böyük köməyi dəyəcək. Yeni transfer dönəmində klublarımız transferləri dijital şəkildə həyata keçirə biləcək. Gənc futbolçuların yetişdirilməsi ilə bağlı aşağı liqa klublarına da təlimatlar vermişik. Premyer-liqanın yayın gəliri 4,3 milyard funt sterlinq, superliqanın yayın gəliri isə 120 milyon dollardı. Təlimatnamədə bir dəyişiklik həyata keçirdik. Xarici investorların və şirkətlərin Türkiyədə klub satın ala bilməsinin qarşısında mühüm bir əngəl var idi. Belə ki, sahibi əcnəbi olan klublarımızın rəsmiləri federasiya seçkisində və digər toplantılarda iştirak edə bilmirdi. Məsələn, “Göztəpə”ni əcnəbi bir şirkət alıb. Amma klubun sahibi bu seçkiyə qatıla bilmədi. Biz bu maddəni ortadan qaldırdıq. Klublarımızın marka dəyəri artsa, bunun ölkə futboluna da faydası dəyəcək. Muasir futbolun tələblərindən geri qalmamalıyıq. “Mançester Siti”ni Əbu-Dabidən, “İnter”i Çindən, PSJ-ni Qətərdən olan bir şirkət idarə edir. Bunlar bizdə niyə olmasın?! Hər halda, həmin şirkətlər bu klubları alıb öz ölkələrinə aparmırlar. Ona görə də əcnəbi investorların Türkiyə futboluna daxil olmasının əleyhinə deyiləm”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-06-2022, 18:0

TFF prezidentliyinə 9 namizəd ortaya çıxdı!

Aktual

13-05-2023, 10:0

TFF prezidentliyinə ilk namizəd peyda oldu

Dünya futbolu

13-01-2023, 18:0

“Fənərbaxça” ilə oyun ərəfəsində şok istefa

Dünya futbolu

2-06-2022, 14:0

“Beşiktaş”ın prezident seçkisində kim qalib gəldi?

Dünya futbolu

7-01-2023, 13:0

Çeferin yeganə namizəd olacaq

Dünya futbolu

3-07-2022, 12:0

TFF-nin Kuntsa qarşı yeni şərtləri var!

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Dünən, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Dünən, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Dünən, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Dünən, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • 2-06-2026, 23:0
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • 2-06-2026, 23:0
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • 2-06-2026, 22:0
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
Daha çox
Oxunub: 408
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 210
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 200
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 188
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə