Cəlal "Arda"da növbəti oyununu keçirdi

29.06.2023 10:21 266
Dünya futbolu
Cəlal Hüseynov “Arda”da (Bolqarıstan) növbəti oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, 20 yaşlı mərkəz müdafiəçisi "ÇSKA-1948"ə (Sofiya) qarşı yoxlama görüşündə iştirak edib.

Millimizin üzvünün start heyətində yer aldığı oyun 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, C.Hüseynov bundan əvvəl “Maritsa” ilə matçda da (3:1) ilk "11-lik"də olub. Bu, onun “Arda”da ilk oyunu idi.