• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi”nin qazi azarkeşi: “Tərəfdarlar ayağa qalxsa nə cavab verəcəksiz?”

Ölkə futbolu / Manşet

24-06-2023, 15:0

2022/23 “futbol ili” bir çox komandalar üçün düşərli alınsa da, narazılıq yaradan nəticələr qazananlar da oldu. Ən böyük tənqidlərə isə ölkənin əsas yığması və “Neftçi” məruz qaldı.

Millimiz AÇ-2024-ün seçmə mərhələsində keçirdiyi oyunlarda Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzdusa, Estoniya ilə evdə “sülh”ə razı oldu. Üç oyundan sonra hesabında 1 xal olan komanda F qrupunda sonuncu pillədə qərarlaşıb. “Neftçi” isə premyer-liqada 68 xalla bürünc medalları qazandı, ölkə kubokunun final matçında “Qəbələ”yə 0:1 hesabı ilə məğlub oldu. Bakı təmsilçisinin nəticələri qənaətbəxş olsa da, azarkeşlərin tələblərini qarşılaya bilmədi. Sonda əksəriyyətin narazılığını dilə gətirdiyi, haqq-hesab tələb etdiyi mənzərə ortaya çıxdı.

Bilindiyi kimi, müntəzəm azarkeş fikirlərinə yer veririk. Bu dəfə 1-ci Qarabağ müharibəsinin iştirakçısı, “Neftçi” azarkeşi Nazim Cəfərov "Football-plus.az"la əlaqə saxladı, tribuna istədi. Onun həm millimiz, həm də “Neftçi” haqda düşüncələrinə keçid alaq:

"Öncəliklə "Futbol+"ə mənə tribuna verdiyi üçün təşəkkür edirəm. Uzun zamandı bu anı gözləyirdim. Ürək sözlərim çoxdu. 52 yaşım var, 45 ildi "Neftçi" azarkeşiyəm. Əsas məsələyə keçməzdən əvvəl AFFA və "Neftçi" rəhbərliyinə sual vermək istəyirəm. Sizin "Neftçi" ilə qəsdi-qərəziniz var? Ürəyimizi partlatmaq istəyirsizsə, bunu açıq deyin, xəbərimiz olsun. Oyunları izlədiyim vaxtlarda dəfələrlə “təcili tibbi yardım”a müraciət etməli olmuşam. Bir dəfə infarkt keçirmişəm.

Artıq neçənci ildi ki, avrokubok oyunları ərəfəsində baş məşqçi dəyişikliyi baş verir, heyət vaxtında komplektləşdirilmir. Üstəlik klub bir həftə sonra Sankt-Peterburqda keçiriləcək "Matç TV" turnirinə qatılacaq. Sizin istəyiniz nədi? Yoxsa "Neftçi"ni "Xan Lənkəran"i, "Bakı", "Simurq", "Şəmkir" və adını unutduğum başqa klublar kimi tarixə qovuşdurmaq istəyirsiz?

Əsas sualım budu! Ötən ilin bu vaxtları Laurentsiu Regekampfı gətirdiz. Nəticə nə oldu? Nəyi bacardız? Azərbaycanın bütün klubları bizə əzizdi. "Qarabağ" və "Sabah kimi komandalar var ki, çox böyük işlər bacarır. Bu gün "Qarabağ"ın adı çəkiləndə dünya səviyyəsində bir çox klubun canına qorxu düşür. Bəs siz aradan qaldırmaq istədiyiniz klubun tarixindən xəbərdarsız?

"Neftçi" xalqın sərvətidi. Ona flaqman adı təsadüfən verilməyib. İlk dəfə Azərbaycanı ən ad-sanlı turnirlərdə təmsil edən, ən çətin rəqiblər üzərində qələbələr qazanan hansı klubdu? “Birlik kuboku”nu Rusiyadan Azərbaycana kimlər gətirdi? Bu sualların cavabını bilməmək başının üstündə Allahı danmaq deməkdi. Nə istəyirsiz? Ürəyi "Neftçi" ilə döyünən azarkeşləri düşünürsüz? Tərəfdarlar ayağa qalxsa, haqq-hesab tələb etsə, nə cavab verəcəksiz?

Mətbuatda "iki baş məşqçi eyni anda gəlir" sörlövhəli xəbərlər yayılıb. Heç utanmırsız? Sərgən Yalçın bacarıqlı futbolçu olub. Baş məşqçiliyi də göz qabağındadı. Lakin Regekampf gələndə də yaxşı başlamışdı. Sonradan sanki arı yuvasına çöp elədilər. Aləm bir-birinə dəydi. Pərdə arxasında nələr baş verdiyini Allah bilir...

"Neftçi"nin xəstəliyi ağırdı. Bədbəxtlik ordadı ki, klub futbolçularını əlində saxlamağı bacarmır. Hansı oyunçu özünü yaxşı tərəfdən göstərsə, digər klublar cəld davranıb həmin adamı qamarlayır. Bu necə olur? Yəni "Neftçi"nin başqalarından fərqlənən oyunçularına daha artıq maaş verib heyətdə saxlamağa gücü çatmır? Yoxsa başqa klublardan daha az büdcəsi var? Samir Abasovun dövründə nələr baş verdi? Hələ ortaya çıxmayan o qədər məsələ var ki... Klub pis çıxış edirdi? Qətiyyən.

Ümumiyyətlə, "Neftçi" beynəlxalq arenada güclü rəqiblər qarşısında dəfələrlə parlaq qələbələr qazanıb. Lakin bu uğurlarda payı olan bacarıqlı, sözünü deyən futbolçuları dəyər-dəyməzinə əldən verib. Sabir Buqrin, Yusuf Laval, Namik Ələskərov kimi oyunçular klubdan uzaqlaşdı. Rəhman Hacıyev də ölkə futbolunun göz bəbəklərindən biridi. Onun gedişini "Neftçi"nin böyük səhvlərindən biri kimi dəyərləndirmək olar.

Bu gün "Qarabağ" Rəhmanı transfer etsə, hamı görəcək ki, o, nələrə qadirdi. Regekampf oyunçuların bacarığından istifadə edə bilmədi. Onlar düzgün istiqamətdə çalışdırılsaydılar, indi nəticə fərqli ola bilərdi. Hələ Emin Mahmudovun qalıb-qalmayacağı da bəlli deyil. Bu, açıq-aşkar "Neftçi"yə qarşı qəsdi-qərəzdi. Bunu çəkinmədən deyirəm. Tarixi olan klubun baş məşqçi mövzusunda çaş-baş qalması gülüncdü. Halbuki ölkəmizdə gənc olsalar da, təcrübəli kadrlar çoxdu.

Təbii ki, yaşlılara da müraciət etmək olar. Ayxan Abbasov, Elmar Baxşıyev, Qurban Qurbanov, Samir Abasov, Tərlan Əhmədov kimi baş məşqçilər var. Onlar həm əsas yığmamıza, həm də "Neftçi"yə layiqli şəkildə rəhbərlik edərlər. Xüsusilə Tərlan Əhmədov rəhmətlik Böyükağa Hacıyevin "əlindən su içib". Bu özbaşınalığa nəzarəti bərpa etməyin vaxtı çatıb. "Neftçi"sevərlərə kim hesabat verəcək? "Futbol+" vasitəsilə həm yığmamızın, həm də "Neftçi"nin kapitanı, futbolumuzum Ronaldosu Emin Mahmudova səslənmək istəyirəm. Ondan xahiş edirəm ki, klubu tərk etməsin. Karyerasını "ağ-qaralar"da davam etdirsin. Düşünürəm ki, bu mənim kimi bir çox azarkeşin istəyidi”.


Həmsöhbətimiz sözünə belə davam etdi:

“Yığma haqda da fikirlərimi diqqətinizə çatdırım. Düzdü, Azərbaycan çətin qrupda yer alıb. Rəqiblər məğlub edə biləcəyimiz tərzdə deyildi. Məğlubiyyətləri anlayışla qarşılamaq olardı. Estoniya ilə qarşılaşmadakı biabırçı nəticəyə qədər. Vallah, buna biabırçılıqdan başqa ad vermək olmur. Əcnəbi məşqçi axı bizə nə üçün lazımdı? Tərlan Əhmədovu "Kəpəz"dən uzaqlaşdırdılar. Çünki o, tələbkar mütəxəssisdi. Onun iş prinsipləri olmasaydı, o vaxt "Neftçi" quyunun dibindən yüksələ bilməzdi. Bundan başqa, elə U-21-in baş məşqçisi Samir Əliyev də millinin rəhbərliyinə gətirilsə, nə edəcəyini biləcək. Ümumiyyətlə, yığmamızda gəncləşdirmə siyasəti aparılmalıdı. Necə ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu yolla dünya miqyasında ad-san qazanan komanda formalaşdırdı. Bəhs etdiyim çatışmazlıqlara tezliklə aydınlıq gətirilməlidi. Sonda onu da deyim ki, nəticələrdən asılı olmayaq, mənim üçün yenə də sevdiyim klub "Neftçi", sona qədər dəstəkləyəcəyim yığma Azərbaycandı".


KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Maraqlı

2-05-2023, 12:0

“Neftçi”nin yaponiyalı azarkeşi komandanın məşqində oldu

Ölkə kuboku / Manşet

3-06-2023, 22:0

"Qəbələ" ölkə kubokunun qalibi oldu - YENİLƏNİB

Yığma / Manşet

8-03-2023, 00:0

Millimiz Polşaya məğlub oldu - YENİLƏNİB

Yığma / Manşet

17-06-2023, 21:0

Millimiz Estoniyaya da qalib gələ bilmədi - YENİLƏNİB

Aktual
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Son xəbərlər
  • Bu gün, 17:58
    Milandan Turinə yollana bilər
  • Bu gün, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Bu gün, 16:01
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Bu gün, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Bu gün, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Bu gün, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Bu gün, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Bu gün, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Bu gün, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Bu gün, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Bu gün, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Bu gün, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Bu gün, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Bu gün, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Bu gün, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Bu gün, 10:00
    Mançesterdən Madridə yollandı
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Daha çox
Oxunub: 205
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 140
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 120
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 96
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə