“Neftçi”nin yaponiyalı azarkeşi komandanın məşqində oldu

2.05.2023 12:58 255
Maraqlı
Yaponiyadan Azərbaycana gələn “Neftçi” azarkeşi Akinari Yamada bu gün flaqmanın “Qarabağ”la oyunöncəsi məşqini ziyarət edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb.

“Neftçi”nin “Bakcell Arena”da yerləşən fanşopundan kapitan Emin Mahmudovun formasını alan azarkeş futbolçular ilə görüşərək onlardan avtoqraf götürüb və yüksək qonaqpərvərlik üçün klub nümayəndələrinə təşəkkürünü bildirib.