• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Regekampfla yola davam etməyin mənası yox idi - TƏHLİL

Ölkə futbolu / Manşet

23-06-2023, 13:0

“Neftçi” rəsmən Lauentsiu Regekampfla yolları ayırdı. Klub rəsmilərindən və rumıniyalı mütəxəssisin özündən bununla bağlı nəsə öyrənə bilmədik.

İlkin versiya belədi ki, “ağ-qaralar”ın rəhbərliyi, yəni Muşahidə Şurası 2022/23 mövsümündəki nəticələrdən narazı qalıb. Bu səbəbdən də flaqman təzminat ödəyərək Regekampfı yola salıb. Maraqlı məqam bundan ibarətdi ki, “Neftçi” rumıniyalını məhz bir il öncə, iyunun 21-də ictimaiyyətə təqdim etmişdi. 12 ay sonra isə onunla yollar ayrıldı. Bəs 1 il ərzində Laurentsiu flqmanda nə ilə yadda qaldı? Gəlin, bu yola birgə nəzər yetirək.

Konfrans Liqasında uğursuzluq

Samir Abasovun gedişindən sonra “Neftçi”də qeyr-müəyyənlik var idi. Konkret komanda havada qalmışdı. Regekampfın təyinatı gözləntiləri bir qədər artırmışdı. Çünki portfoliosu yaxşı çalışdırıcı idi. Azarkeşlər “Neftçi”dən uğurlar gözləyirdi. Rəhbərlik də baş məşqçiyə uyğun heyət formalaşdırmaq üçün çalışırdı. Bunun nəticəsində Kenni Sayef, Ataa Caber, Qodsvey Donyo, Vato Arveladze, Yeqor Boqomolski kimi futbolçular transfer edildi. Bundan əlavə, Mərt Çəliklə bağlı problem həll olundu. Beləliklə, tam olmasa da, rumıniyalı müəyyən qədər özü üçün heyət formalaşdıra bildi. İndi əsas hədəf Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq idi. İlk oyun səfərdə “Aris”ə qarşı keçirildi. Qeyri-adi rotasiya edən Rege Mbocu müdafiənin mərkəzindən sağa çəkmişdi. Mütəxəssislər bunun yanlış olduğunu bildirsə də, çalışdırıcı inadından dönmədi. Nəticədə Konfrans Liqasının startı uğursuz oldu. Flaqman “Aris”ə 0:2 hesabı ilə uduzdu. Hər nə qədər çətin olsa da, “Neftçi” Bakıdakı görüşdə rəqibi üstələyə bildi. Bunun sadə səbəbi var idi. Çünki baş məşqçi azarkeşlərin dəstəyi ilə bu rəqibi keçə biləcəklərini düşünürdü. Belə də oldu. Regekampf hansısa dəyişiklik etmədi. Səfərdəki heyətlə “Aris”i mübarizədən kənarlaşdırdı.

Növbəti rəqib Avstriya təmsilçisi “Rapid” idi. Bakıda möhtəşəm dəstəyin sayəsində bakılılar 2 qol vurdu. Lakin öndə olmağın arxayınlığı flaqmana baha başa gəldi. Avstriyalılar müdafiədəki boşluqdan istifadə edərək son dəqiqədə fərqlənməklə ölkəsinə ümidli döndü. Əminəm ki, Vyanadakı oyunu “Neftçi” azarkeşləri heç vaxt unutmayacaq. Qaçırılan epizodlar, Eminin zərbəsindən sonra dirəkdən dönən top və nələr-nələr… Komanda qol vurmaq üçün hər şey edirdi. Lakin son zərbələr alınmırdı. Bundan əlavə, “ağ-qaralar” müdafiədə tez-tez səhvlərə yol verirdi. Çünki xətlərarası əlaqə o qədər də güclü deyildi. Sanki Rege ancaq hücum haqda düşünürdü. Bu da flaqmana baha başa gəldi. Əsas vaxt 1:0 hesabı ilə “Rapid”in xeyrinə başa çatdı. Əlavə vaxtda daha bir qol vuran Vyana klubu mərhələni keçən tərəf oldu. Bu məğlubiyyətin iki səbəbkarı var idi: Laurentsiu Regekampf və Kenni Sayef. Rumıniyalı mütəxəssis müdafiə sistemini yanlış tərtib etmişdi. Bu səbəbdən də arxa xətdə boşluqlar yaranırdı. Sayefin günahından isə danışmağa dəyməz. Onun qaçırdığı epizodlar qolla nəticələnsəydi, indi Regekampf Bakıdan qovulmazdı...

“Qarabağ” və “Sabah”dan aşkar geridə qalmaq

Konfrans Liqasındakı uğursuzluqdan sonra diqqətlər Misli premyer-liqasına yönəlmişdi. “Neftçi” heyətindəki futbolçulara görə liqanın favoritlərindən sayılırdı. Lakin avrokuboklarla vidalaşandan dərhal sonra “Sabah”la səfərdəki oyun uğursuzluqla nəticələndi. Murad Musayevin komandası flaqmanı məğlub edərək Regekampfa “salam” verdi. Düzdü, bundan sonra rumıniyalı mütəxəssisin komandası ardıcıl 4 tur qələbə qazandı. Lakin əsas rəqiblərdən olan “Qarabağ”a məğlubiyyət işləri korladı. Dövrənin son turunda “Turan Tovuz”la doğma meydanda heç-heçə problemlərin xəbərçisi idi. İkinci dövrədə də flaqman özünü yaxşı tərəfdən göstərə bilmədi. Yenə “Sabah”a və “Qarabağ”a qarşı oyunlarda məğlubiyyət yaşandı. Bakılılardan zəif olan “Sumqayıt”la 2:2-lik heç-heçə Regekampfın işini daha da qəlizləşdirdi. Qış fasiləsində “Neftçi”də dəyişikliklərin olacağı gözlənilirdi. Komandanın az da olsa, çempionluq şansı var idi. Bunu dəyərləndirmək lazım idi. Düzdü, Donyo ilə Yusuf Lavalın satışı işləri qəlizləşdirmişdi. Lakin onların yerinə Mateus Saldanya və Kilan Lebon transfer edildi. Bundan əlavə, millinin üzvü Höccət Haqverdi komandaya cəlb olundu. Bu transferlərdən hiss olunurdu ki, “Neftçi” “Sabah” və “Qarabağ”ı üstələmək potensialında olmayacaq. Lakin Regekampf hər dəfə mətbuat konfransında deyirdi ki, bizim bu rəqiblərlə oyunlarımız var, onları məğlub edə bilərik. 3-cü dövrənin elə ilk görüşündə “bayquşlar”a məğlubiyyət hər şeyin üstündən, demək olar ki, xətt çəkdi. Sonradan “Qəbələ”, “Qarabağ” və “Kəpəz”lə heç-heçələr azarkeşlərin ümidlərini bir qədər də sarsıtdı. 2022/23 mövsümünün 4-cü dövrəsini isə flaqman üçün fiasko adlandıra bilərik. “Qəbələ”yə 1:2 hesablı məğlubiyyət, “Qarabağ”la oyunda darmadağın (0:4) hardasa başadüşüləndi. Lakin Tovuzda “Turan Tovuz”a 0:4 hesablı yenilgi “ağ-qaralar”ın azarkeşlərinin yaddaşından heç vaxt silinməyəcək. Onlar bunu Regekampfa bağışlamayacaq. “Neftçi” ötən “futbol ili”ndə əsas rəqiblərindən ancaq “Sabah”ı uda bildi. Son turdakı 1:0 hesablı qələbə yüngül təsəllidən başqa heç nə deyildi...

Kubok arzusunun puç olması

Regekampfın rəhbərlik etdiyi komanda ölkə kubokunu qazansaydı, bəlkə də bu gün onun istefası gündəmdə olmayacaqdı. Çünki “ağ-qaralar”ın rəhbərliyi heyətin kasad olduğunun fərqində idi. Rumıniyalı mütəxəssis, özünün vurğuladığı kimi, bu məqamı bəhanə etmirdi. Lakin bir çox oyunlarda oyunçuların performansından narazılıq edirdi. Bu da dolayı yolla heyətdən şikayətlənmək idi. Amma 4-cü dövrənin oyunları zamanı, demək olar ki, ancaq kubokdan danışırdı. Rumıniyalı qarşısına bir hədəf qoymuşdu - Azərbaycan kubokunun qalibi olmaq! Bunun üçün ideal şərait də var idi. Premyer-liqada əsas rəqibləri olan “Qarabağ” və “Qəbələ” 1/4 finalda mübarizəni dayandırmışdı. “Neftçi” isə çətinliklə “Zirə”ni üstələyərək yarımfinala vəsiqə qazanmışdı. “Boz qurd” uzun illərdən sonra böyük futbola qayıtmışdı. Hamı “ağ-qaralar”ın tovuzluları rahat üstələyəcəyini düşünürdü. Lakin işlər qaydasında getmədi. Ayxan Abbasovun komandası Tovuzda rəqibini 1:0 hesabı ilə məğlub etdi. “Bakcell Arena”dakı oyundan son dəqiqədə vurulan 2 qol flaqmanı finala daşıdı. Həlledici oyunda rəqib “Qəbələ” idi. Çoxları “Neftçi”ni favorit hesab edirdi. Çünki həm maliyyə, həm də heyət baxımından Bakı klubu Qəbələ təmsilçisindən üstün idi. Hətta qarşılaşmanın “Bakcell Arena”da keçirilməsi də Regekampf üçün əlavə üstünlük idi. Lakin komanda bacarmadı. 90 dəqiqə ərzində “Neftçi” “Qəbələ”nin qapısı önündə samballı hücum təşkil edə bilmədi. Əksinə, Elmar Baxşıyevin komandası rəqibi tam sıxmışdı. Bunun nəticəsində ilk əlavə 15 dəqiqədə penaltidən vurulan qol “Qəbələ”ni çempion etdi. Bununla da rumıniyalı mütəxəssisin kubok arzusu da ürəyində qaldı.

Yuxarıda qeyd olunanları göz önünə gətirdikdə Regekampfla yolların ayrılmasını doğru addım saymaq olar. Çünki bir mövsüm öncə eyni hal Samir Abasovla yaşanmışdı. Həmin dövrdə azərbaycanlı mütəxəssis premyer-liqada 2-ci olmuş, ölkə kubokunun finalına vəsiqə qazana bilməmişdi. Məhz bu səbəbdən də onunla yeni müqavilə bağlanmamışdı. Əcnəbi mütəxəssis yerli məşqçidən daha pis nəticə əldə edirsə, onunla yola davam etməyin hansısa mənası yox idi.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

21-06-2023, 14:0

​​“Neftçi” Laurentsiu Regekampfı yola saldı

Premyer-liqa / Manşet

13-11-2022, 14:0

Regekampf Rumıniyaya qayıtmaqda israrlıdı

Manşet / Yazarlar

24-05-2023, 12:0

Regekampfın taleyi ölkə kubokundan asılıdı: mütəxəssis çempionluğa oynayacaq heyət istəyir

Ölkə futbolu / Manşet

6-06-2023, 16:0

“Neftçi” Regekampfın təzminat məsələsinə aydınlıq gətirdi – RƏSMİ

Ölkə futbolu / Manşet

28-07-2022, 21:0

"Samir Abasovun “Neftçi”dən gedişinə əsas səbəbkar özü oldu”

Aktual
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Son xəbərlər
  • Bu gün, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Bu gün, 17:58
    Milandan Turinə yollana bilər
  • Bu gün, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Bu gün, 16:01
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Bu gün, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Bu gün, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Bu gün, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Bu gün, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Bu gün, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Bu gün, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Bu gün, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Bu gün, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Bu gün, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Bu gün, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Bu gün, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Bu gün, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Bu gün, 10:00
    Mançesterdən Madridə yollandı
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
Daha çox
Oxunub: 205
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 140
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 120
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 96
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə