Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün əsas mərhələsində bu gün sonuncu oyununu keçirib.
“Football-plus.az” xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda Polşanın qonağı olub. Futzalçılarımız 2:7 hesabı ilə məğlub olub.
Qeyd edək ki, 9 xalı olan Azərbaycan yığması elit-raunda vəsiqəni ötən tur təmin edib.
DÇ-2024-ün əsas mərhələsi
6-cı qrup
7 mart
Polşa – Azərbaycan 7:2
Mikolay Zastavnik, 4, 28, 28, 31, 33, Yakub Raşkovski, 4, Tomaş Krezel, 32 - İsa Atayev, 24, Amadeu, 28.
Hakimlər: Yaqnar Yakobson (Estoniya), İnqus Purins (Latviya), Qriqori Oşomkov (Estoniya)
Koszalin idman zalı, 23.00