• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Şahin Diniyev iyunun 15-dən sonra legioner transferinə fokuslanacaq

Ölkə futbolu

14-06-2023, 15:0

“Səbail” də növbəti “futbol ili”nə hazırlığı davam etdirir. Bilindiyi kimi, ötən mövsüm boğulmaqdan çətinliklə xilas olan “dənizçilər” çempionat bitər-bitməz islahatlara start verib.

Üç mərhələdən ibarət heyət komplektləşdirmə planının, demək olar ki, ikinci hissəsi də başa çatmaq üzrədi. Klub bir neçə futbolçu ilə yolları ayırıbsa, yeni transferlər etməyi də bacarıb. Bununla belə, mətbuatda paytaxt təmsilçisi haqda bəzi iddialar dolaşır. Deyilənlərə inansaq, sadəcə, komandada yox, rəhbərlikdə də bəzi dəyişikliklər gözlənilir. Hətta Şahin Diniyev də köklü dəyişikliklərin baş tutmasında maraqlıdı. Bunlardan ən diqqətçəkəni isə icraçı direktor Fərəc Əliyevin Səbuhi Səfiyarlı ilə əvəzlənməsi xəbəridi. Deyilənə görə, “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyi ilə baş məşqçi arasında görüş keçirilib. Rəsmilər Şahin bəyə geniş səlahiyyət veriləcəyini bildiriblər. Mütəxəssis də bundan istifadə edərək yeni planlar qurub və klubda könlü istəyən ab-havanı yaradır. Digər tərəfdən, ardı-arası kəsilməyən ayrılıq, transfer xəbərlərindən sonra üç gündü “Səbail”də sakitlikdi. Görəsən, yeni oyunçuların gətirilməsi, heyətdəkilərin yol salınması prosesinə ara verilib, yoxsa hələ dəqiq qərar olmadığından açıqlama verilmir?

"Football-plus.az" olaraq yuxarıda qeyd olunan iddiaları dəqiqləşdirmək və ən son məlumatları əldə etmək məqsədilə “Səbail”in baş məşqçisi Şahin Diniyevlə əlaqə saxladıq. Mütəxəssis əvvəlcə Fərəc Əliyevin məsələsinə aydınlıq gətirdi:

“Son günlərdə haqqımda yazılanlardan xəbərim var. Belə uydurma söz-söhbətlərin kimin sifarişi ilə yayıldığını yaxşı bilirəm. Klubda görülən işləri, inkişafa səbəb olacaq prosesləri, düşünülmüş islahatları qəbul etmək istəməyənlər mətbuatın gücündən istifadə edib ara qatmaq istəyirlər. Buna imkan vermək olmaz. Mən, sadəcə, baş məşqçiyəm. İşim heyət formalaşdırmaq və onu düzgün istiqamətləndirib uğur qazanmaqdı. İcraçı direktoru təyin etmək də, vəzifəsindən azad etmək də rəhbərliyin funksiyasıdı. Heç yerdə görünməyib ki, səlahiyyətlərimə daxil olmayan mövzu haqda tövsiyə verim, kiməsə yol göstərim. “Səbail”də ancaq komandanın məsuliyyətini daşıyıram. Fərəc Əliyev klubda hörmət etdiyim, səmimi münasibətim olan şəxslərdən biridi. İndiyə qədər bir-birimizin xətrinə dəyməmişik. Ümid edirəm ki, bundan sonra da elə olacaq. Onun klubdan uzaqlaşdırılması haqda nəsə demək mənə yaraşmaz. Burdakı hədəfim komandanı gücləndirib növbəti mövsümdə layiqincə çıxış etmək, qaneedici uğurlar qazanmaqdı. Başqa mövzuların müzakirə edilməsi, adıma qarayaxmaların tirajlanması yersizdi və xoşagələn hal deyil”.


Mütəxəssisin heyətdə gözlənilən dəyişikliklərlə bağlı açıqlaması isə belə oldu:

“Rafael Məhərrəmli, Elmir Tağıyev, Ədilxan Qarəhmədov və Rahid Əmirquliyevlə yolları ayıracağıq. Rahid yaxşı oğlandı. Komandanın uğurlarında payı olan zəhmətkeş futbolçulardan biridi. Ona klubda başqa iş təklif ediləcək. Qəbul edib-etməyəcəyini deyə bilmərəm, öz işidi. Komandada işinə davam edəcək oyunçulara gəlincə, Ağabala Ramazanov, Adil Nağıyev, Hüseynəli Quliyev, Cabir Əmirli, Vüqar Həsənov, David Qomis və Samir Abdullayev kimi futbolçular növbəti mövsüm üçün heyətdə olacaqlar. İlkin Muradov isə sual altındadı. Mən ayrılmamasının tərəfdarıyam, amma dəqiqləşməyən bəzi məsələlər var. Üç mövqe üçün yerli futbolçu axtarışındayam. İki gün ərzində bu yöndə işlərimi başa çatdıracam. İyunun 15-dən sonra isə legionerlərlə bağlı hissə, yəni son mərhələ start götürəcək. Bu mövzuda hələ ki “sular bulanıqdı”.


Şahin Diniyev “Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyevin icarə əsasında “Səbail”ə gətiriləcəyi haqda yayılan xəbərləri də təkzib etdi.
Beləliklə, aydın oldu ki, “Səbail” Rahid Əmirquliyevlə müqaviləni yeniləmək niyyətində deyil. Ona klub daxilində başqa iş təklif ediləcək. Görəsən, yarımmüdafiəçi “dənizçilər”in təklifi ilə tanış olub? Futbolçu kimi karyerasına davam etməklə klubdaxili hansısa işlə məşğul olmaq arasında hansı seçim ona daha yaxındı? Ümumiyyətlə, onunla maraqlanan başqa klublar var? Əmirquliyevlə əlaqə saxlayıb suallarımıza cavab aldıq:

“Klubdaxili iş haqda xəbəri ilk dəfə sizdən eşidirəm. Mənə bu haqda məlumat verilməyib. Şahin Diniyevlə görüşümüz baş tutmayıb. Digər tərəfdən, hələ ki heç bir klubdan təklif almamışam. İstəyərəm ki, daha 1 il futbol oynayım. “Səbail”də çalışmağa davam etmək məsələsinə gəlincə, təklifdən asılıdı. Nədən ibarət olduğunu hələ bilmirəm”.


Qeyd edək ki, daha əvvəl Luvaqa Kizito, Qustavo de Fransa, Qoba Zakpa, Franko Mazurek, Pyotr Stasyuk, Emil Martinov, Ruslan Hacıyev, Mirabdulla Abbasov, Nihad Qurbanlı, Turan Manafov və Maksim Çex “Səbail”lə vidalaşıb. Yusif Nəbiyev, Süleyman Əhmədov və Rüfət Abdullazadə isə yeni gələnlər siyahısındadı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

11-06-2023, 15:0

Şahin Diniyev onu da yola salır: “Səbail”in yeni icraçı direktoru bu şəxs olacaq - ÖZƏL

Premyer-liqa / Manşet

9-01-2023, 15:0

Fərəc Əliyev: “Bu yöndə qərarları Şahin Diniyev verir”

Ölkə futbolu / Manşet

26-05-2022, 14:0

“Səbail”i Mahmud Qurbanov çalışdıracaq? – ÖZÜ AÇIQLADI

Premyer-liqa

28-12-2022, 18:0

Şahin Diniyev "Səbail"də - RƏSMİ

Aktual / Ölkə futbolu

10-06-2023, 21:0

Şahin Diniyev onun da üstündən "xətt çəkdi" - AÇIQLAMA

Premyer-liqa / Manşet

12-01-2023, 14:0

Şahin Diniyevin “Səbail”də görmək istəmədiyi futbolçunun aqibəti necə olacaq? – RƏSMİ AÇIQLAMA

Aktual
“Qarabağ” yoxlama oyunu keçirəcək?
“Dinamo”da kimlər var?
“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
Son xəbərlər
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:50
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 22:10
    “Qarabağ” yoxlama oyunu keçirəcək?
  • Dünən, 21:41
    "İmişli" "Sumqayıt"ı darmadağın etdi
  • Dünən, 21:10
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:40
    Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Dünən, 20:00
    Ramilin yeni klubu açıqlandı
  • Dünən, 19:31
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:00
    "Turan Tovuz"dan böyükhesablı qələbə
  • Dünən, 18:26
    Birmingemdən Londona yollandı
  • Dünən, 17:55
    "Sumqayıt" hücumçu transfer etdi
  • Dünən, 17:25
    "Zirə" Konate ilə vidalaşdı
  • Dünən, 16:54
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:23
    "Qarabağ"ın potensial rəqibi məlum oldu
  • Dünən, 15:57
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 15:26
    "Sabah" "Orhus"a uduzsa, "Benfika" ilə qarşılaşa bilər
  • Dünən, 15:00
    Millimizin rəqibləri məlum oldu
  • Dünən, 14:41
    “Dinamo”da kimlər var?
  • Dünən, 14:10
    "Sabah"ın potensial rəqibi bilindi - ÇL
  • Dünən, 13:37
    “Sabah” Maludanın mövqeyini onu da gətirdi!
  • Dünən, 13:16
    "Sabah"ı Avropa Liqasında kimlər gözləyir? - "Benfika", "Beşiktaş", ÇSKA...
  • Dünən, 12:57
    Ölkəmizi Avropa Kubokunda təmsil edəcək cüdoçular - SİYAHI
  • Dünən, 12:35
    Pakistan millisinin kapitanı "Qarabağ"da - RƏSMİ
  • Dünən, 12:10
    Ehtiram Quliyev Bakıda Əziz Yıldırımla görüşdü
  • Dünən, 11:45
    "Qarabağ"ın potensial rəqibləri azaldı
  • Dünən, 11:15
    "Sabah"ın potensial rəqibi bəlli olur
  • Dünən, 10:56
    “Sabah”ı pley-offdan ayıran son maneə - “Orhus”
  • Dünən, 10:30
    AFFA yeni mövsüm üçün hakimləri açıqladı - SİYAHI
  • Dünən, 10:00
    “Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
  • Dünən, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Dünən, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • 2-08-2026, 23:0
    Ramik yeni mövsümə qolla başladı!
  • 2-08-2026, 22:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 2-08-2026, 22:0
    Almaniyada klubunu dəyişdi
  • 2-08-2026, 21:0
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 176
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 162
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə