Şahin Diniyevin “Səbail”də görmək istəmədiyi futbolçunun aqibəti necə olacaq? – RƏSMİ AÇIQLAMA

12.01.2023 14:56 446
Premyer-liqa / Manşet
"Səbail"in baş məşqçisi Şahin Diniyev Tural Bayramlını Antalyaya təlim-məşq toplanışına aparmayıb.

Mediada bununla bağlı fərqli fikirlər səslənir. Futbolçunun hətta müqaviləsində qeyd olunan məbləğin klub tərəfindən ödənilməyəcəyi təqdirdə ayrılmağı düşünmədiyi iddia olunur. Bayramlı əvəzedici heyətdə olsa belə, müqavilə müddəti başa çatana qədər oynayıb pulunu almağı düşünür.

Maraqlıdı, bu iddialar nə dərəcədə həqiqəti əks etdirir? Klub rəhbərliyinin məsələyə münasibəti necədi? Bu suallara cavab tapmaq üçün "Səbail"in icraçı direktoru Fərəc Əliyevlə əlaqə saxladıq. Onun "Football-plus.az" saytına açıqlaması belə oldu:

"Tural Bayramlı bizə belə bir şey deməyib. Bəli, baş məşqçi onu təlim-məşq toplanışına aparmadı. Çünki futbolçunu əsas komandada görmür. Amma Tural bizə "pulumu verin, gedim" sözünü deməyib. Onun klubla müqaviləsi var və biz də bütün öhdəlikləri yerinə yetirəcəyik. Böyük ehtimalla icarəyə veriləcək. Satmağımız inandırıcı görünmür, amma icarəyə verə bilərik. Biz onunla yalnız icarəyə verilməsi üçün komanda axtarmaq barədə bir neçə dəfə söhbət etmişik. Hazırda "Səbail-2"nin heyətində məşq edir. Fərdi trenajor məşqləri zamanı belindən mikrozədə alıb. Hazırda müalicədədi".


ŞAİR ABDULLA