Fərəc Əliyev: “Bu yöndə qərarları Şahin Diniyev verir”

9.01.2023 15:34 951
Premyer-liqa / Manşet
“Səbail” artıq 4 futbolçu ilə yollarını ayırsa da, əvəzində yalnız Adil Nağıyev komandanın sıralarına dönüb.

Maraqlıdı, yeni transferlər olacaq? Bu istiqamətdə işlər gedir?

Football-plus.az olaraq bu suallarla klubun icraçı direktoru Fərəc Əliyevə müraciət etdik:

“Komandaya hansı futbolçunun gələcəyi və kimin heyətdən uzaqlaşdırılacağı baş məşqçinin işidi. Bu yöndə bütün qərarları Şahin Diniyev verir. Biz də onun qərarlarına dəstək oluruq”.


ŞAİR ABDULLA