• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Regekampfın “dalay-dalay” etməsi - KÖŞƏ

Manşet / Yazarlar

7-06-2023, 14:0

“Neftçi”nin builki taleyi uzaq 1966-nı xatırlatdı. Həmin il “ağ-qaralar” SSRİ çempionatının bürünc medalını qazanmışdı. Moskva “Spartak”ı ilə həlledici oyunda tribunalardan çəkilən bir şəkil tez-tez rastımıza çıxır. Həmin şəkildə “Neftçi”nin bir azarkeşi əlində rus dilində yazılan pankart tutur: “Bürünc bizim, qalanı sizin”.

Eyni ssenari bu il də təkrarlandı. “Neftçi” sanki bürünc medalları özü üçün təmin edəndən sonra əli-ayağı mübarizədən soyudu, taleyi ilə barışdı. Elə bil kimsə həmin o məşhur fotonu “Neftçi”nin bazasından asıb, hər gün futbolçuların telefonuna eyni mesajı göndərirmiş. Futbolçuların da beyninə həmin şüar həkk olunub, deyiblər ki, “bürünc” bəsimizdi, qalan mükafatlar başqalarına nəsib olsun.

“Neftçi”nin uduzmasını da görmüşük, xal itirdiyi oyunları da. Amma çoxdan kubokun finalında olduğu qədər aciz görməmişdik. Rumıniyalı Laurentsiu Regekampf meydana 11 istəksiz adam buraxmışdı. Bəzi epizodlarda onların peşəkar futbolçu olmasına, xüsusi istedad daşımasına şübhə yaranırdı. Adət etmişik ki, kapitan Emin Mahmudov çətin məqamlarda sinəsini irəli verir, liderlik qabiliyyətini nümayiş etdirir. Ondan sonra da komanda yoldaşları onun arxasınca gedib, rəqibə çətin anlar yaşadıb. Amma bu dəfə elə deyildi. “Neftçi” o qədər zəif görünürdü ki, kapitan da bu bataqlıqda itib-batmışdı, meydanda varlığı ilə yoxluğu hiss olunmurdu. Ölkənin ən qocaman komandasının mövsümün ən vacib oyununda belə çarəsiz görünməsi komandanın daxilində ciddi problemlərin olmasının xəbərçisidi. 90 dəqiqənin sonuna qədər “Neftçi”nin oyunundakı bu lənglik, sistemsizlik, istəksizlik dəyişmədi. Futbolçular necə çarəsiz idisə, elə onlara yol göstərməli olan rumıniyalı mütəxəssis də çarəsiz idi.

Oyunu izləyən azyaşlı azarkeş də başa düşürdü ki, “Neftçi”nin oyununda sürət, rəngarənglik çatmır. Amma Regekampf bunu görmürdü. Görsəydi, yanında əyləşdirdiyi cinah oyunçusu Azər Salahlını “döyüşə atardı”. Bəli, bir güllə bahar olmadığı kimi, Salahlı da təkbaşına xilaskar rolunu oynaya bilməyəcəkdi. Lakin onun sürətindən cinahlarda yararlanmaqla “Neftçi”nin oyununu canlandırmaq mümkün idi. Hamımız Azərin sürətinə, cinahda oynamaq qabiliyyətinə bələdik. Ən azı matçın sonlarına doğru onu oyuna qoşmaqla yorğun “Qəbələ” müdafiəsini təzyiq altına salıb, səhvə yola verməyə məcbur etmək mümkün idi. Xaotik şəkildə rəqibin üzərinə getməyə çalışan “Neftçi”nin oyununda sürətli cinah keçidləri çatışmırdı. Fransalı yarımmüdafiəçi Kilan Lebon az-çox bunu bacarırdı, elə “Neftçi” meydanda az-çox nəsə göstərə bilirdisə, onun sayəsində edirdi. Cinah keçidlərinin sayını və sürətini artırmaqla “Qəbələ”nin müdafiəsini yarmaq, Kristof Atanqananın qoruduğu qapıya yol tapmaq mümkün olacaqdı. Ölkə kubokunun finalını izləyənlər sözlərimi təsdiqləyər ki, 120 dəqiqəlik mübarizə zamanı “Neftçi” rəqibin “çərçivə”sinə düz-əməlli zərbə vurmağı bacarmadı. Yalnız bir epizodda dirək “Qəbələ”ni qoldan xilas etdi, vəssalam.

Əldən düşən, nə etdiyini bilməyən rəqibin üzərinə gedən “Qəbələ” kuboku başı üzərinə qaldırmağa layiq idi. Sonda belə də oldu. “Qırmızı-qaralar” faktiki səfərdə oynadıqları oyunu qalib bitirməyi bacardı. Bu işdə onlara Regekampf və onun cəsarətsiz futbolçuları da yardımçı oldu. “Neftçi” mövsümü major notda başa vurmaq üçün yaxaladığı son şansı da biabırçı şəkildə əldən verdi. Heç şübhə etmirəm ki, bu nəticə klubun prezidenti Kamran Quliyevi də çox utandırdı. Elə buna görə də AFFA prezidenti Rövnəq Abdullayevlə PFL prezidenti Elxan Səmədovun əlini sıxmaq, onların verdiyi medalı boynundan asmaq üçün mükafatlandırma mərasiminə qatılmadı, fəxri kürsüyə çıxmadı. Bəlkə də azarkeşlərin final fitindən sonra səsləndirdiyi “istefa” şüarları onun əhvalını korladı, özünə qapanmağa məcbur etdi. Elə Regekampf da danışmağa söz tapmadı. Heç təsadüfi deyil ki, “Neftçi”nin baş məşqçisinin oyunla bağlı fikirlərinə, kuboku əldən vermələri barədə mülahizələrinə rast gəlmədik. Çünki “aşığın” (Regekampfın) sözü qurtarıb. Bundan sonra heç “dalay-dalay” etməyin də mənası yoxdu.

Samir Abasovu səhnədə dekor qurmağa layiq bilən “Neftçi”nin Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanovdan yeni bənzətmə gözləməyə dəyər. Birini mən demişəm, Regekampfı “dalay-dalay” edən aşığa bənzətmişəm, indi söz Zaur bəydədi.

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

11-05-2022, 14:0

"Neftçi" bunu 3-cü dəfə bacardı

Manşet / Yazarlar

1-12-2022, 15:0

Dünən, amma 56 il əvvəl...

Aktual / Manşet

18-05-2022, 11:0

PFL premyer-liqanın bombardirinə xüsusi mükafat verəcək - AÇIQLAMA

Premyer-liqa / Manşet

19-05-2023, 16:0

Mükafatlandırma “Qarabağ” - “Turan Tovuz” oyunundan sonra olacaq

Manşet / Yazarlar

24-05-2023, 12:0

Regekampfın taleyi ölkə kubokundan asılıdı: mütəxəssis çempionluğa oynayacaq heyət istəyir

Aktual
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Son xəbərlər
  • Bu gün, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • Dünən, 23:55
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • Dünən, 23:32
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • Dünən, 23:01
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • Dünən, 22:06
    Qurban Qurbanov Ağdama səfər etdi
  • Dünən, 21:54
    "Şamaxı"da növbəti ayrılıq
  • Dünən, 21:50
    Sadıq Sadıqov dünyasını dəyişdi
  • Dünən, 21:30
    "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
  • Dünən, 20:00
    Millimiz Macarıstana uduzdu
  • Dünən, 19:32
    “Şəfa” yeni baş məşqçisini açıqladı
  • Dünən, 19:01
    Terim Türkiyənin DÇ-də şansları haqda nə dedi? - ''Bizim üçün sərhəd yoxdu''
  • Dünən, 18:10
    "Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
  • Dünən, 17:22
    ''Beşiktaş''ın yeni məşqçisi İstanbula gəldi
  • Dünən, 16:47
    Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
  • Dünən, 15:51
    ''Trabzonspor'' DÇ-də oynayacaq futbolçu aldı
  • Dünən, 15:05
    AFFA-da seminar keçirildi
  • Dünən, 14:14
    “Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
  • Dünən, 13:16
    Əziz Yıldırımın rəqibi ''bombaları partlatdı'' - Luis Suares, Merih Dəmirəl...
  • Dünən, 12:45
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:54
    UEFA ona ağır cəza kəsdi
  • Dünən, 11:23
    "Karvan-Yevlax"da növbəti ayrılıq
  • Dünən, 10:52
    “Real”dan ayrılacağını bəyan etdi
  • Dünən, 10:31
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Dünən, 10:00
    Vlahoviç hara gedir?
  • 4-06-2026, 23:0
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • 4-06-2026, 23:0
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • 4-06-2026, 22:0
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • 4-06-2026, 22:0
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • 4-06-2026, 21:0
    Onun yolu Madridədi?
  • 4-06-2026, 21:0
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • 4-06-2026, 20:0
    Milli komandada yeni təyinat
  • 4-06-2026, 20:0
    Yeni kapitan oldu
  • 4-06-2026, 19:0
    Romadan Milana üz tuta bilər
  • 4-06-2026, 19:0
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • 4-06-2026, 18:0
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
Daha çox
Oxunub: 451
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 224
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 211
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 197
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə