• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Dünən, amma 56 il əvvəl...

Manşet / Yazarlar

1-12-2022, 15:0

“Neftçi”nin yüzminlərlə azarkeşi üçün dünən adi gün – mənə elə gəlir ki, komandası meydana çıxmayan gerçək azarkeşlər üçün qalan bütün günlər adidi! – idi.

Amma məhz noyabrın 30-da, sadəcə, 56 il əvvəl Bakıda elə möhtəşəm hadisə baş verib ki, ağ-qara rənglərə könül verənlər illərdi onun istisinə qızınır, xəyalları ilə məst olurlar. Əlbəttə, söhbət “Neftçi”nin birinci və sonuncu dəfə SSRİ çempionatında bürünc medal qazanmasından gedir. “Ağ-qaralar” paytaxtda “Spartak”ı qəbul edirdi...
Əslində o medal bürünc yox, gümüş olmalıydı, “Neftçi” 2-ci yeri tutan Rostov OİK-ini səfərdə də məğlub etmişdi, evdə də. Tarixdə isə qarşılıqlı oyunların hesabı yox, nəticə qalır. Əlahəzrət nəticə SSRİ çempionatının həmin mövsümünü OİK-in 47, “Neftçi”nin 45 xalla bitirdiyini diqtə edir.

Bakılıların yeganə “bürünc”ünə bütün bu illər ərzində içdən və çöldən o qədər çamur atıblar ki, adam bəzən bu mövzuya müraciət etməkdən çəkinir. Amma bu mənim şəxsi fikrimdi ki, Azərbaycanda təkcə ötən əsrin 60-cı yox, 80-ci illərində də medal qazanmağa qadir komanda var idi. Təəssüf ki, 8-ci onillikdə ən yüksək nəticə 9-cu yer oldu. Həmin dövrdə futbolumuza rəhbərlik edənləri işbazlıqda, nəticələri yaşıl meydandan kənarda müəyyənləşdirməkdə suçlayanlara isə bir cavabım var: əlbəttə, bizimkilərin də hansısa cəhdə al atması mümkündü. Ancaq görünür, “xalçaaltı oyunlar”ı nəinki ruslar və ukraynalılar, heç gürcülərlə ermənilər qədər də bacarmamışıq ki, nəticələrimiz belə miskin görünür.

Müstəqillik dönəminin “Neftçi”si qrupa düşdü, ardından “Qarabağ” estafeti ələ aldı və artıq 9 ildi şərəflə daşıyır. “Qarabağ”ın ardıcıl uğurları təkcə futbol Avropasına yox, vaxtilə bizi bəyənməyən, uğurlarımıza xor baxan postsovet məkanına da özünəməxsus mesajdı. Kor gözünüzü açın və görün ki, azərbaycanlılar da futbol oynamağı bacarır, özü də yetərincə yüksək və sizin çata bilmədiyiniz səviyyədə!

Noyabrın 30-cu gününün eşqi ilə “Neftçi”yə və “Spartak”a aid ən etibarlı qaynaqlara da baş vurdum ki, yeni nəsə tapım. “Neftçi”nin 70 illiyinə həsr olunan, 2007-ci ildə ışıq üzü görən kitabda bakılıların “Spartak”la həlledici oyununu 45 min azarkeşin izlədiyi göstərilib. Təsəvvür edirsizmi, 37 min yerlik stadion bundan 8 min artıq adamı həmin gün “qoynuna alıb”, yəni bütün ara keçidlər, sektorların üstü, tribunaların altı da tutulub. Maraqlıdı ki, “Spartak”a aid ensiklopedik kitabda da azarkeş sayı 45 min göstərilir. Və o kitabda bu sözlər də yer alıb:

“Şaxtyor”, “Paxtakor” və “Kayrat” üzərindəki eyni – 2:1 hesablı üç qələbə komandaya “bürünc” ümidini qaytardı. Hər şeyi əsas rəqib, moskvalıları 1 xal qabaqlayan “Neftyanik” ilə Bakıdakı son turun oyunu həll edəcəkdi. Təəssüf ki, Banişevskinin dublu və Markarovun qolu bakılılara böyükhesablı qələbə və bununla birgə bürünc medallar qazandırdı”.


...Janrın tələbinə uyğun olaraq, həmin son oyunda – düz 56 il əvvəl “Neftçi”nin ağ-qara formasını geyən heyəti də xatırladıram: Sergey Kramarenko, Nikolay Boqdanov, Vladimir Bruxti, Yaşar Babayev, Aleksandr Trofimov, Vyaçeslav Semiqlazov, Kazbek Tuayev, Anatoli Qryazev (Mübariz Zeynalov, 76), Anatoli Banişevski, Eduard Markarov, Valeri Hacıyev.

ORXAN

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

23-03-2022, 21:0

Laval "Neftçi"də bir il də böyüdü

İdman

18-09-2022, 21:0

Yığmamızdan ilk

Aktual / Günün xəbəri

21-06-2022, 15:0

Ağasəlim Mircavadov: “Onun erməni olması bizi heç vaxt narahat etməyib” - ÖZƏL AÇIQLAMA

Aktual
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
Son xəbərlər
  • Dünən, 23:52
    "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
  • Dünən, 23:31
    Cavid Hüseynovdan acı etiraf: “Komanda hələ ki 60 dəqiqə oynamağa hazırdı”
  • Dünən, 23:00
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Dünən, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Dünən, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Dünən, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Dünən, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Dünən, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Dünən, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Dünən, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Dünən, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Dünən, 16:33
    Milli komandaya qayıtdı
  • Dünən, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:31
    Şimali Amerikaya yollandı
  • Dünən, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Dünən, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Dünən, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Dünən, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Dünən, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Dünən, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Dünən, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Dünən, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Dünən, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Dünən, 10:36
    Milli komandaya qayıtdı
  • Dünən, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Dünən, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Dünən, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • 30-07-2026, 23:0
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • 30-07-2026, 23:0
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 126
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 120
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə