Tur “Frayburq”un “Volfsburq” üzərində inamlı qələbəsi ilə start götürdü.
Mövsümün sonunda futbolla vidalaşacağını açıqlayan Nils Petersen üçün oyun əlamətdar oldu. 2015-dən bəri “Frayburq”un şərəfini qoruyan 34 yaşlı təcrübəli forvard “Yevropa Park Ştadion”dakı sonuncu oyunda mövsümdəki ilk qolunu vurdu. Unikal bir rekordun sahibi olan Petersen göstəricisini daha da yaxşılaşdırdı. O, bundesliqada sonradan meydana çıxaraq vurduğu qolların sayını 34-ə çatdırdı.
Şənbə günü əsas diqqətlər, təbii ki, “Alyans Arena”ya yönəlmişdi. “Bavariya” rəhbərliyi artıq bu tur çempion olmağın əleyhinə deyildi. Klub prezidenti bildirmişdi ki, “Borussiya”nı büdrədəcəyi təqdirdə “Auqsburq” üçün bir qatar pivə göndəriləcək. Amma necə deyərlər, sən saydığını say, gör “Leyptsiq” nə sayır. Buna qədər heç vaxt “Alyans Arena”da qalib gəlməyən, ümumiyyətlə, münhenlilərə qarşı keçirdiyi 18 rəsmi oyunun yalnız birində qələbəyə sevinən “Leyptsiq” əzmkarlıq nümayiş etdirərək bütün Avropanı mat-məəttəl qoydu. “Bavariya” martın əvvəllərində bu posta gətirilən Tuxelin başçılığı altında 11-ci rəsmi oyunda 4-cü dəfə uduzdu (5 qələbə, 2 heç-heçə). Halbuki komanda bu mövsüm Naqelsmannla ilk 37 rəsmi oyuna cəmi 3 dəfə uduzmuşdu! “Rekordmayster” həm də tarixində 14-cü dəfə bir mövsümü evdə uduzmadan tamamlamağa yaxın idi. Amma “Leyptsiq” buna imkan vermədi və 3-cü pilləni özü üçün təmin etdi. Şənbə gününün daha bir mühüm hadisəsi “Herta”nın son 10 ildə ilk dəfə elita ilə vidalaşması oldu.
Bazar günü Dortmund “Borussiya”sı “Auqsburq”la səfər oyununda fanatlarını bir qədər intizarda saxladı. Meydan sahibləri 38-ci dəqiqədən azlıqda oynasalar da, “arılar” ilk qolu yalnız 58-ci dəqiqədə vurdular. Nəticədə komanda 3 cavabsız qolla qalib gəldi. Beləliklə, dortmundluları çempionluqdan cəmi 90 dəqiqə ayırır. “Bavariya”nın 10 illik hegemonluğuna son qoymaq üçün, sadəcə, son turda evdə “Maynts-05”i yenmək tələb olunur. Qeyd edək ki, komandalar mövsümü eyni xalla bitirəcəkləri təqdirdə top fərqi əsas götürüləcək. Bu göstəricidə isə “Bavariya” üstündü. Ona görə də “Borussiya”ya yalnız qələbə lazımdı. Hərçənd sınıq-salxaq “Bavariya”nın evdə yenə bilmədiyi “Köln”ü səfərdə məğlub edəcəyinə də heç kim zəmanət verə bilməz...
33-cü tur
Bavariya – Leyptsiq 1:3
Qnabri, 25 – Laymer, 65. Nkunku, 76-p. Soboslai, 86-p. (75000)
Bavariya: Zommer, Mazraui (Mane, 86), Pavar, De Liqt, Kanselo (Upamekano, 86), Kimmix, Qoretska (Qravenberx, 69), Koman (Tel, 77), Müller, Musiala, Qnabri (Sane, 69).
Leyptsiq: Blasvix, Simakan (Henrixs, 46), Orban, Qvardiol (Klostermann, 87), Halstenberq, Soboslai, Laymer, Aydara (Kampl, 69), Olmo (Diallo, 87), Nkunku, Andre Silva (Forsberq, 69).
Auqsburq – Borussia D 0:3
Alle, 58; 84. Brandt, 90+3. (30660)
Borussiya: Kobel, Volf, Zyule, Hummels (N.Şlotterbek, 90+1), Ryuyerson, Brandt, Əmrə Can, Gerreyro (Roys, 80), Malen (Reyna, 90+2), Adeyemi (Salih Özcan, 72), Alle.
Hoffenhaym – Union 4:2
Bebu, 22. Kramariç, 36-p.; 90. Dabbur, 90+9 – Duxi, 45+4. Layduni, 90+5. (30150)
Union: Rönnov, Trimmel (Yuranoviç, 70), Yekkel (Sibaço, 80), Duxi, Leyte, Russiyon, Xedira Torsbi (Layduni, 46), Haberer (Levelinq, 69), Berens, Bekker.
Frayburq – Volfsburq 2:0
Günter, 71. Petersen, 75. (33300)
Frayburq: Flekken, Şmidt (Kübler, 70), Ginter, Linhart, Şallai (Şmid, 90), Eqqeştayn, Höfler, Vaysshaupt (Günter, 70), Doan (Petersen, 70), Höler (Çon Vu Yon, 90+1), Qrifo.
Bayer-04 – Borussiya M 2:2
Adli, 15. Kərəm Dəmirbay, 20 – Hofmann, 58. Ştindl, 90. (30210)
Bayer-04: Qradetski, Tapsoba, Ta, İnkapye, Frimponq, Palasios, Kərəm Dəmirbay, Bakker, Virts (Əmiri, 72), Diabi (Hlojek, 84), Adli (Azmun, 67).
Şalke-04 – Ayntraxt F 2:2
Terodde, 1. Polter, 85 – Kamada, 21. Tuta, 59. (61575)
Ayntraxt: Trapp, Buta (Ebimbe, 84), Tuta, Ndika, Ture, Lents (Knauff, 60), Sou, Rode (Lindström, 73), Götse, Kamada, Kolo Muani (Borre, 84).
Verder – Köln 1:1
Şmid, 73 – Tiqqes, 36. (41846)
Maynts-05 – Ştutqart 1:4
İnqvartsen, 23 – Endo, 41. Girassi, 64. Fürix, 78. Kulibali, 90+1. (33305)
Herta – Bohum 1:1
Tuzar, 63 – K.Şlotterbek, 90+4. (70692)
1. Borussiya D 33 22 4 7 81-42 70
2. Bavariya 33 20 9 4 90-37 68
3. Leyptsiq 33 19 6 8 60-39 63
4. Union 33 17 8 8 50-38 59
5. Frayburq 33 17 8 8 50-42 59
6. Bayer-04 33 14 8 11 57-46 50
7. Volfsburq 33 13 10 10 56-46 49
8. Ayntraxt F 33 12 11 10 56-51 47
9. Maynts-05 33 12 9 12 52-53 45
10. Köln 33 10 12 11 48-52 42
11. Borussiya M 33 10 10 13 50-55 40
12. Verder 33 10 6 17 51-63 36
13. Hoffenhaym 33 10 5 18 47-56 35
14. Auqsburq 33 9 7 17 42-61 34
15. Ştutqart 33 7 11 15 44-56 32
16. Bohum 33 9 5 19 37-72 32
17. Şalke-04 33 7 10 16 33-67 31
18. Herta 33 6 8 19 40-68 26
Bombardirlər: Füllkruq (Verder) – 16, Qrifo (Frayburq), Kolo Muani (Ayntraxt F), Nkunku (Leyptsiq), Qnabri (Bavariya) – 14, Türam (Borussiya M) – 13.
Sonuncu turun oyunları mayın 27-də keçiriləcək: Köln – Bavariya, Borussiya D – Maynts-05, Leyptsiq – Şalke-04, Union – Verder, Ayntraxt F – Frayburq, Bohum – Bayer-04, Volfsburq – Herta, Borussiya M – Auqsburq, Ştutqart – Hoffenhaym,
Turun rəqəmi
1 – coxdan belə dramatik mövsüm izləməmişdik. Tanrının işinə bax ki, son illərdə intriqa sarıdan bəlkə də ən kasad turnir olan bundesliqa bu mövsüm “böyük beşlik”də intriqanın ölmədiyi yeganə turnirdi. Sona 1 tur qalmış “Bavariya” tarixində ilk dəfə evdə “Leyptsiq”ə uduzaraq zirvəni əldən verdi! Artıq “rekordmayster”in taleyi öz əlində deyil. Qeyd edək ki, bundesliqada sonuncu dəfə sona bir tur qalmış liderin dəyişməsinə 2006/07-də rast gəlinmişdi. O vaxt tura lider kimi daxil olan “Şalke-04”ün Rur derbisində uduzmasından istifadə edən “Ştutqart” zirvəni ələ keçirmiş və 1 həftə sonra çempionluğu rəsmiləşdirmişdi.
Turun ulduzu
Sebastyan Alle (Borussiya D) – təcrübəli forvard “xərçəng”ə qalib gələndən sonra indi də “Borussiya”nı çempionluğa daşıyır. Mövsümün həlledici dönəmində əla forma yığan Alle vacib qollar vurmaqda davam edir. “Arılar” bu tur məhz onun dublu sayəsində mövsümün ən vacib qələbələrindən birini, bəlkə də birincisini qazandılar. 28 yaşlı oyunçu 5-i son 3 turda olmaqla bundesliqada artıq 9 qol vurub. Ümumiyyətlə, ikinci dövrədə “Borussiya”nın bütün hücum xətti ən xoş sözlərə layiqdi. Adeyemi – Alle - Malen “üçlüy”ü ilk dövrədə 0 qol vurmuşdusa, ikinci dövrədə artıq 24 dəfə fərqlənib!
Turun sitatı
Tomas Tuxel, “Bavariya”nın baş məşqçisi: