• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bavariya” və “Borussiya” rəqiblərini “kötəklədi” - TURUN ŞƏRHİ

Dünya futbolu

17-05-2023, 21:0

Tur “Köln”ün “Herta”nı darmadağın etməsi ilə start götürdü.

“Football-plus.az” xəbər verir ki, heyətinin potensialına görə bəlkə də avrokuboklar uğrunda mübarizə aparmağa qadir olan berlinlilər “əmin addımlarla” 2-ci bundesliqaya yollanırlar. Son 10 turda 7-ci dəfə uduzan və sona 2 tur qalmış sonuncu pillədə qərarlaşan bu komandanın bundan sonra xilas olması artıq möcüzə sayılacaq.
Çempionluğa namizədlər – “Bavariya” ilə Dortmund “Borussiya”sı ardıcıl 2-ci turu itkisiz başa vurdu. Münhen nəhəngi sevimli rəqiblərindən olan “Şalke-04”ü yenə “kötəklədi”. “Rekordmayster” helzenkirhenliləri ardıcıl 10-cu bundesliqa matçında məğlub etdi. Son 6 dueldə isə top fərqi 28:0-dı! “Bavariya”ya qol vuran “Şalke-04”ün son futbolçusu 2019-un fevralında türkiyəli forvard Ahmed Kutucu olub. “Borussiya”ların duelində isə təbii ki, sevinən Dortmund təmsilçisi oldu. Münhenqladbax klubu indi “Siqnal İduna Park”dan xalla dönəcək səviyyədə deyil. “Arılar” ilk 32 dəqiqədə 4 top vurmaqla 2-ci hissəni formallığa çevirdilər. “Bavariya”nı qarabaqara izləməkdə davam edən “Borussiya” fanatlarını növbəti parlaq qələbə ilə sevindirdi. Yeri gəlmişkən, “Borussiya” 2023-də “böyük beşlik”də çempionat oyunlarında ən çox (53) qol vuran komandadı. İkinci yerdə “Mançester Siti” (48) qərarlaşıb. “Arılar” intriqanı son tura daşımaq üçün növbəti turda büdrəməməlidi. Özü də komandanı səfərdə Bavariya təmsilçisi “Auqsburq”la oyun gözləyir...

“Leyptsiq” “Verder”lə ev oyununda 87-ci dəqiqəyə qədər geridə olsa da, mükəmməl geridönüşlə hesabına 3 xal yazdı. “Öküzlər”in debütantlara qarşı görüşlərdəki məğlubiyyətsiz seriyası 27 oyuna çatdı! Kəskin enişdə olan “Verder” ardıcıl 10-cu bundesliqa matçında ən azı 2 qol buraxdı. Bu, klubun elitadakı yeni antirekordudu. “Union”la “Frayburq”un dueli faktiki ÇL-ə vəsiqə uğrunda oyun kimi qiymətləndirilirdi. Paytaxt təmsilçisi son 2 turda qola və qələbəyə həsrət qalsa da, ən vacib anda toparlanmağı bacardı. “Union” həm də birdən-birə üç göstəricidə şəxsi rekordunu yenilədi. Komanda bundesliqa çərçivəsində evdəki məğlubiyyətsiz seriyanı 22 oyuna çatdırdı (14 qələbə, 8 heç-heçə). Bundan başqa, berlinlilər mövsümdə 17-ci qələbəni qazanmaqla və xalını 59-a çatdırmaqla da tarixində ilkə imza atdıl. “Maynts-05”i darmadağın edən “Ayntraxt”, nəhayət, 10 oyunluq qələbəsiz seriyaya son qoydu. “Volfsburq” “Bayer-04”ü 6-cə pillədən sıxışdırdısa, “Bohum” sona 2 tur qalmış düşmə zonasını tərk etdi.

Turun rəqəmi
42 – 32-ci tur bundesliqada mövsümün hələ ki ən məhsuldar turu kimi yadda qaldı. 9 qarşılaşmada qapılara 42 qol vuruldu ki, bu da orta hesabla hər oyuna 4,7 qol deməkdi. XXI əsrdə bu turnirdə cəmi 1 dəfə 1 tur ərzində indikindən daha çox qol vurulub. Bu hadisə 2001/02-nin sonuncu – 34-cü turunda baş verib (44 qol).

Turun ulduzu
Şeraldo Bekker (Union) – Surinam yığmasının üzvü “Frayburq”a qarşı turnir cədvəli baxımından olduqca mühüm əhəmiyyət daşıyan qarşılaşmada şou göstərdi. 28 yaşlı hücumçu oyunu 2 qol, 2 məhsuldar ötürmə ilə tamamlayaraq berlinlilərin vurduğu bütün qollarda yaxından iştirak etdi! Buna qədər “Union”un heyətində bundesliqa matçında 4 qolda iştirak edən futbolçu olmamışdı. Elə cari mövsümdə də turnirdə heç kim belə performans sərgiləməmişdi. Bekker “Union”da 4-cü mövsümünü keçirir. Qaradərili futbolçu ilk 3 mövsümdə bundesliqada ümumilikdə 7 qol, 6 məhsuldar ötürməlik fayda vermişdisə, bu mövsüm onun hesabında artıq 11 qol, 6 məhsuldar ötürmə var.

Turun sitatı
Herbert Hayner, “Bavariya”nın prezidenti:

“Sona iki tur qalmış zirvədəyik. Bu da o deməkdi ki, artıq növbəti tur çempionluğu rəsmiləşdirə bilərik. Doğma fanatlar önündə çempion olmaq həmişə xoşdu. Amma qonşularımız “Auqsburq”un köməyinə ehtiyacımız olacaq. Dortmund “Borussiya”sını məğlub edə bilsələr, onlara bir qatar pivə göndərəcəyik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

28-04-2023, 17:0

“Borussiya” sona 5 tur qalmış zirvəyə yerləşdi! – TURUN ŞƏRHİ

Dünya futbolu

3-05-2023, 16:0

Lider yenə dəyişdi, hakim səhvini etiraf etdi - TURUN ŞƏRHİ

Dünya futbolu

14-03-2023, 18:0

“Borussiya” derbidə büdrədi və “Bavariya”nı irəli buraxdı – TƏHLİL

Aktual
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Son xəbərlər
  • Bu gün, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Bu gün, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Bu gün, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Bu gün, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Bu gün, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Bu gün, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Bu gün, 18:45
    İspaniya klubunu tərk etdi
  • Bu gün, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Bu gün, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Bu gün, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Bu gün, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Bu gün, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Bu gün, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Bu gün, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Bu gün, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Bu gün, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Bu gün, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Bu gün, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Bu gün, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Bu gün, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Bu gün, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Bu gün, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • Dünən, 23:45
    Yığmamız İslandiyaya uduzdu
  • Dünən, 22:16
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 21:59
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • Dünən, 21:28
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • Dünən, 20:57
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • Dünən, 20:26
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • Dünən, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Dünən, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Dünən, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Dünən, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 104
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 93
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə