• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Borussiya” “Verder”dən qisasını aldı - Almaniya çempionatı

DÇ

15-02-2023, 14:0

Tur cümə günü enişdə olan iki komandanın - “Şalke-04” ilə “Volfsburq”un qolsuz dueli ilə start götürdü. Hezlenkirhenlilərdə qələbəsiz seriya 6, “canavarlar”da isə 3 oyuna çatdı.

“Bavariya” heç-heçə sindorumndan sonra artıq tamamilə özünə gəlib. “Bohum”u asanlıqla yenməklə komandanın rəsmi oyunlarda qələbə seriyası 3, məğlubiyyətsiz seriyası 19 oyuna (15 qələbə, 4 heç-heçə) yüksəldi. Amma bu qələbə Münhen nəhənginə rəqiblərdən uzaqlaşmağa kömək etmədi. Çünki əsas izləyicilər də turu qələbəylə başa vurdular. “Verder”in qonağı olan Dortmund “Borussiya”sı həm qələbə seriyasını davam etdirmək, həm də bu rəqibdən qisas almaq niyyətində idi. Axı bu komandaların ilk dövrədə Dortmunddakı matçında 89-cu dəqiqəyə qədər 0:2 hesabı ilə uduzan “Verder” ağlasığmaz bir geridönüş edərək qalib gəlmişdi. Bu dəfə “musiqiçilər” nəinki 3, heç 1 qol da vura bilmədilər. Edin Terziçin ağıllı əvəz etməsi yenə işə yaradı. 18 yaşlı ingiltərəli vinger Bayno-Gittens meydana daxil olduqdan cəmi 1 dəqiqə sonra qələbə qolunu vurdu. “Borussiya” bu mövsüm sonradan meydana çıxan oyunçuları ən çox (10) qol vuran komandadı!

Terziçin kollektivinin 2023-dəki statistikası göz oxşayır: 6 rəsmi oyun, 6 qələbə! Amma eynilə bu cür göstəricilərlə daha bir komanda – “Union” da öyünə bilər. Turun mərkəzi oyununda “Leyptsiq” səfərinə yollanan paytaxt təmsilçisi heç də favorit sayılmırdı. Üstəlik sentyabrın ortalarından bu yana heç kimə uduzmayan “öküzlər” fasiləyə öndə yollandılar. Amma “Union” fasilədən sonra 2 qol vurub əzmkar qələbə qazanmaqla növbəti dəfə bu mövsümün əsas sürprizi olduğunu göstərdi. “Leyptsiq”in rəsmi matçlarda 18 oyunluq məğlubiyyətsiz seriyasına son qoyuldu. “Union” isə tarixində ilk dəfə bundesliqada ardıcıl 5 oyunluq qələbə seriyası yaxalamış oldu.

Daha bir gözlənilməz nəticə Kölndə qeydə alındı. Tarixinin ən yaxşı mövsümünü keçirən və son 7 turda uduzmayan “Ayntraxt” “Reyn Energi Ştadion”da darmadağın oldu. Amma “Köln” səfərləri zatən tarixən frankfurtlular üçün uğursuz keçir. Komanda XXI əsrdə bu şəhərdə keçirdiyi 14 bundesliqa matçının cəmi 1-də qalib gəlib (4 heç-heçə, 9 məğlubiyyət). “Leyptsiq”lə “Ayntraxt”ın uduzması “Frayburq”un işinə yaradı. Qrifonun penaltidən vurduğu 2 qol sayəsində “Ştutqart”ı yenən Kristian Ştrayxın kollektivi 4-cü pilləyə yüksəldi. “Bayer-04” 2, “Herta” isə 4 oyunluq məğlubiyyət seriyasına son qoydu. Paytaxt təmsilçisinin qələbəsi daha parlaq alındı. Son 4 turda cəmi 1 qol vuran və üstəlik hesabda geri düşdüyü qarşılaşmalarda 2021-in dekabrından bu yana qələbəsi olmayan “Herta” Münhenqladbax “Borussiya”sını hesabı açmağına peşman etdi!

20-ci tur
Bavariya – Bohum 3:0

Müller, 41. Koman, 64. Qnabri, 74-p. (75000)
Bavariya: Zommer, Pavar, Upamekano, De Liqt, Kanselo (Koman, 60), Qoretska, Musiala (Blind, 67), Sane (İbrahimoviç, 77), Müller (Devis, 46), Qnabri, Çupo-Motinq (Tel, 67).

Verder – Borussiya D 0:2

Bayno-Gittens, 67. Brandt, 85. (42100)
Borussiya: Kobel, Ryuyerson (Menye, 88), Zyule, Şlotterbek, Gerreyro, Əmrə Can, Bellingem, Brandt (Dahud, 89), Roys (Salih Özcan, 66), Reyna (Bayno-Gittens, 66), Mukoko (Alle, 29).

Leyptsiq – Union 1:2

Henrixs, 24 – Haberer, 61. Knoxe, 72-p. (47069)
Leyptsiq: Blasvix, Simakan (Poulsen, 74), Klostermann, Qvardiol, Halstenberq (Raum, 88), Soboslai, Laymer (Aydara, 62), Şlager, Henrixs, Andre Silva (Forsberq, 74), Verner.
Union: Ronnov, Duxi, Knoxe, Leyte, Yuranoviç, Layduni (Torsbi, 86), Xedira, Haberer (Russiyon, 80), Gisselmann (Seqyun, 81), Bekker (Mixel, 62), Berens (Sibaço, 62).

Köln – Ayntraxt F 3:0

Hübers, 49. Skiri, 71; 86. (50000)
Ayntraxt: Trapp, Tuta, Hasebe (Alario, 80), N'Dika, Buta (Knauff, 66), Kamada, Sou (Rode, 72), Maks, Lindström (Borre, 66), Götse, Kolo Muani.

Hoffenhaym – Bayer-04 1:3

Nsoki, 77 – Abdrix, 6. Diabi, 47. Hlojek, 56. (20619)
Bayer-04: Qradetski, Tapsoba, Ta, İinkapye, Frimponq (Bellarabi, 86), Kərəm Dəmirbay (Adli, 82), Andrix, Sinkqraven (Bakker, 81), Diabi (Palasios, 73), Virts, Hlojek (Əmiri, 73).

Frayburq – Ştutqart 2:1
Qrifo, 60-p; 84-p. – Fürix, 30. (34700)
Frayburq: Flekken, Kübler, Ginter, Linhart, Günter, Eqqeştayn, Höfler, Doan (Petersen, 90), Sallai (Höler, 69), Qrifo (Qulde, 90), Qreqoritş (Con Vu Yon, 79).

Herta – Borussiya M 4:1

Nqankam, 30. Dardai, 52. Şerhant, 90+1. Lukebakio, 90+7-p. – Elvedi, 17. (40973)

Maynts-05 – Auqsburq 3:1

Li Çje Sun, 21; 52. Onisivo, 24 – Demiroviç, 28-p. (22200)

Şalke-04 – Volfsburq 0:0
(60836)

1. Bavariya 20 12 7 1 59-18 43
2. Union 20 13 3 4 35-24 42
3. Borussiya D 20 13 1 6 40-26 40
4. Frayburq 20 11 4 5 32-31 37
5. Leyptsiq 20 10 6 4 40-26 36
6. Ayntraxt F 20 10 5 5 40-29 35
7. Volfsburq 20 8 6 6 38-26 30
8. Bayer-04 20 8 3 9 33-32 27
9. Verder 20 8 3 9 31-39 27
10. Borussiya M 20 7 5 8 35-33 26
11. Köln 20 6 8 6 32-31 26
12. Maynts-05 20 7 5 8 30-32 26
13. Auqsburq 20 6 3 11 25-36 21
14. Hoffenhaym 20 5 4 11 29-39 19
15. Bohum 20 6 1 13 24-49 19
16. Herta 20 4 5 11 24-36 17
17. Ştutqart 20 3 7 10 23-36 16
18. Şalke-04 20 2 6 12 14-41 12

Bombardirlər: Füllkruq (Verder) – 13, Nkunku (Leyptsiq) – 12, Qrifo (Frayburq) – 11, Türam (Borussiya M), Musiala (Bavariya) – 10.
Növbəti turun oyunları fevralın 17-19-da keçiriləcək: Auqsburq – Hoffenhaym, Borussiya M – Bavariya, Volfsburq – Leyptsiq, Bohum – Frayburq, Ştutqart – Köln, Ayntraxt F – Verder, Union – Şalke-04, Borussiya D – Herta, Bayer-04 – Maynts-05.

Turun rəqəmi
0 – Onsuz da bərbad mövsüm keçirən “Şalke-04” son turlarda qolsuzluq xəstəliyinə tutulub. Bu komanda nə özü qol vura bilir, nə də rəqiblərə imkan verir. Bu tur helzenkirhenlilərin ardıcıl 3-cü qarşılaşmasında qapılara qol vurulmadı. Bir komandanın 2-ci dövrəyə ardıcıl 3 qolsuz heç-heçə ilə başlamasına bundesliqa tarixində cəmi 3-cü dəfə rast gəlindi. Daha öncə bu, “Köln” (1995/96) və “Fortuna”nın (1976/77) başına gəlmişdi. Maraqlıdı ki, elitada sonuncu dəfə bunu yenə də “Fortuna” yaşamışdı. Düsseldorf təmsilçisi 2012/13-ün 2-4-cü turlarında qolsuz bərabərlikləri sıralamışdı. Onu da bildirək ki, turnirin tarixində bir komandanın ardıcıl 4 dəfə 0:0 oynamasına rast gəlinməyib.

Turun ulduzu
Elye Skiri (Köln) – Tunisli yarımmüdafiəçi təqvim ilinə mükəmməl start verib. “Ayntraxt”la qarşılaşmada dubl edən 27 yaşlı futbolçu 2023-cü ildə bundesliqada keçirdiyi 5 qarşılaşmada vurduğu qolların sayını 5-ə çatdırdı. Başqa sözlə desək, Skiri hələ ki bu il turnirin ən məhsuldar oyunçusudu. Maraqlıdı ki, bu seriyaya qədər Skiri ardıcıl 19 çempionat oyununda fərqlənə bilməmişdi.

Turun sitatı
Tomas Müller, “Bavariya”nın forvardı: “Oyunumuzdan razı qala bilərik. İnamlı qələbə qazandıq. Fərq daha böyük ola bilərdi. 90 dəqiqənin heç bir anında oyunumuzda eniş yaşanmadı. Düzdü, ilə inamlı start vermədik. Amma 2023-də hələ də heç kimə uduzmamışıq. İntensiv oynayırıq və əsil komanda təsiri bağışlayırıq. Hərçənd bu futbolun PSJ-ni yenmək üçün kifayət edib-etməyəcəyini bilmirəm”.

2-ci BUNDESLİQA
20-ci tur: Arminiya – Hanza 0:1, Karlsrue – Qroyter 2:1, Nürnberq – Reqensburq 1:0, Holştayn – Maqdeburq 2:3, Hannover-96 – Paderborn 3:4, Haydenhaym – Hamburq 3:3, Sankt Pauli – Kayzerslautern 1:0, Darmştadt – Ayntraxt B 2:1, Fortuna – Sandhauzen 2:0.

1. Darmştadt 20 13 6 1 35-16 45
2. Hamburq 20 13 2 5 38-24 41
3. Haydenhaym 20 10 7 3 38-25 37
4. Paderborn 20 11 2 7 44-236 35
5. Kayzerslautern 20 9 8 3 34-26 35
6. Fortuna 20 10 2 8 32-26 32
7. Hannover-96 20 8 4 8 29-27 28
8. Holştayn 20 7 7 6 35-34 28
9. Sankt Pauli 20 6 8 6 27-25 26
10. Hanza 20 7 3 10 18-27 24
11. Qroyter 20 5 8 7 25-30 23
12. Karlsrue 20 6 4 10 29-33 22
13. Nürnberq 20 6 4 10 17-27 22
14. Ayntraxt B 20 5 6 9 23-32 21
15. Maqdeburq 20 6 3 11 26-39 21
16. Arminiya 20 6 2 12 27-32 20
17. Sandhauzen 20 5 4 11 23-36 19
18. Reqensburq 20 5 4 11 21-36 19

Bombardirlər: Qlatsel (Hamburq) – 14, Klayndinst (Haydenhaym), Leyperts (Paderborn) – 11.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-05-2022, 21:0

''Beşiktaş'' ev derbilərində məğlubedilməzdi

Dünya futbolu

29-01-2023, 16:0

"Barselona" qələbə seriyasını 7-ə çatdırdı

Premyer-liqa

21-10-2022, 11:0

"Qarabağ" 30-a çatdı

Dünya futbolu

9-11-2022, 18:0

6 oyunluq məğlubiyyətsiz seriyası qırıldı

Dünya futbolu

7-05-2022, 14:0

“Böyük beşlik”də mövsümün ən uzun qələbə seriyası

Aktual
Xoni Montiel İspaniyaya dönüb? - klub rəsmisindən açıqlama
“Zirə” avrokuboklara getməsə, günahkar kim olacaq? – “Qartallar”dan açıqlama
Mikels qardaşlarının Azərbaycan macəraları - 9 duelin yalnız ikisində üz-üzə gəliblər
RFŞ Dambrauskası təbrik etdi - "Çempionlar Liqasında böyük uğurlar qazanan "Qarabağ"ı qabaqladı"
“Sözün açığı, Veysəllə son danışığımızda bildirmişdik ki...” – bıçaqlanan futbolçu ilə bağlı yeni xəbər
“Şamaxı” çempion üçün şərəf dəhlizi açacaqmı? – mayın 3-ü, saat 16.00-da...
Son xəbərlər
  • Bu gün, 15:37
    “Sabah”ın U-16 komandası da çempion oldu
  • Bu gün, 15:11
    Millimiz Qazaxıstanla üz-üzə gələcək
  • Bu gün, 14:58
    “Mən gələndə Çempionlar Liqasına qayıdış perspektivi kifayət qədər uzaq görünürdü“ - Karrik
  • Bu gün, 14:09
    Xoni Montiel İspaniyaya dönüb? - klub rəsmisindən açıqlama
  • Bu gün, 13:18
    Heydər Əliyevin xatirəsinə həsr edilmiş turnir keçiriləcək
  • Bu gün, 13:06
    Əliyar Ağayevin cəzası bitdi?
  • Bu gün, 12:47
    "Qarabağ" "Turan Tovuz"a qarşı - YENİLƏNİR
  • Bu gün, 11:48
    Gələn mövsüm B seriyasında oynayacaqlar
  • Bu gün, 11:18
    “Barselona” ilə razılığa gəldi
  • Bu gün, 10:52
    “Zirə” avrokuboklara getməsə, günahkar kim olacaq? – “Qartallar”dan açıqlama
  • Bu gün, 10:32
    Klubunda daha bir il oynayacaq
  • Bu gün, 09:57
    Bir ildən sonra A seriyasına qayıtdılar
  • Bu gün, 00:13
    “El Klasiko”da görünməyəcək
  • Dünən, 23:38
    Londondan Mançesterə yollana bilər
  • Dünən, 23:21
    Mikels qardaşlarının Azərbaycan macəraları - 9 duelin yalnız ikisində üz-üzə gəliblər
  • Dünən, 23:10
    "Qəbələ" avrokuboklar uğrunda mübarizə aparmalı idi" - Rəşad Sadıqov
  • Dünən, 22:40
    “Yuventus”u tərk edəcək
  • Dünən, 22:09
    "Bu oyunda da bəsit qol buraxdıq" - Kaxaber Sxadadze
  • Dünən, 21:57
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:16
    "Tarix yazmaq niyyətindəyik" - Valdas Dambrauskas
  • Dünən, 20:56
    Yeni təklifi müsbət cavabladı
  • Dünən, 20:21
    "David Santosun zədələnməsi oyunun qırılma anı idi" - Ayxan Abbssov
  • Dünən, 20:05
    Yayda işsizə çevriləcək
  • Dünən, 19:20
    Arbeloaya o da xələf ola bilər
  • Dünən, 19:00
    4 illik həsrətə son qoydular
  • Dünən, 18:38
    Sabiq nigeriyalı futbolçu Osimhenə bu nəhəngə keçməməyi məsləhət gördü
  • Dünən, 18:06
    "Zirə" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 17:55
    Cəlalın komandası xal itirdi
  • Dünən, 17:15
    ''İnter Mayami'' Messinin yubiley matçında tarixi bir şok yaşadı
  • Dünən, 16:45
    Osimhen fanatlardan üzr istədi
  • Dünən, 15:54
    Diyarbəkir təmsilçisi Türkiyə çempionatında oynayacaq
  • Dünən, 14:47
    "Şamaxı" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 14:06
    “Formula-1” İstanbula dönür!
  • Dünən, 13:43
    Alkaras “Rolan Qarros”u da buraxacaq, Roma turnirini də
  • Dünən, 13:12
    Drayzaytlla Krosbidən tarixi uğur
Daha çox
Oxunub: 192
Vernidub Abubakarla Sakonu komandadan qovub?! – o kobud səhvin əks-sədası…
Oxunub: 147
"Sabah" və "Zirə" kubokun finalında əcnəbi hakimə razılıq verdi - AFFA hansı addımı atacaq?
Oxunub: 137
AFFA "Sabah" - "Qarabağ" oyunu ilə bağlı qərarları niyə açıqlamır? - Erkin Hüseynov susdu...
Oxunub: 133
“Pul hər şeyi yox, çox şeyi həll edir” – “Şamaxı”dan cavab
Oxunub: 127
“Neftçi”nin dördüncü olmaq şansı “Zirə” ilə müqayisədə daha yüksəkdi
Oxunub: 125
Elvin Cəfərquliyevlə bağlı yayılan bütün xəbərlər yalandı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə