“Neftçi”nin yeni mövsüm öncəsi açıq məşqi təşkil olunacaq. Məşq iyulun 18-i, saat 18:00-da “Palms Sports Arena”da başlanacaq.
Komandanın hazırlığını canlı izləmək üçün “Forza Neftçi” Azad Azarkeş Qrupu ilə yanaşı, bütün azarkeşlərimizi tribunalarda gözləyəcəyik. Stadiona giriş sərbəstdi. Saat 16.00-dan etibarən “Palms Sports Arena”da yerləşən rəsmi mağazamız da qapılarını qonaqlar üçün açacaq. Azarkeşlərin ən geci saat 17:30-da stadionda olması tövsiyə edilir.
Açıq məşqə KİV nümayəndələri də dəvətlidi. Onlar üçün məşqdən əvvəl “Neftçi"nin baş icraçı direktoru Cenk Sümer və baş məşqçi Yuri Vernidubun iştirakı ilə brifinq təşkil ediləcək.
"Neftçi": açıq məşq və brifinq təşkil olunacaq
Ölkə futbolu





